Məhkəmə qərarları › İş №e-2-2(113)-1559/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1559/2024

30.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1559/2024 30.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: göndərmə müqaviləsi, borc tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 28658,66 manat məbləğində qalıq borcun və 200 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə Müqavilə 005 saylı “Mallar və Xidmətlərin alqı-satqısı barədə” müqavilə bağlanmış və iddiaçı işini layiqincə yerinə yetirmişdir. xx.xx.2023-cü il tarixli Seriya: EBDN №432368 saylı,xx.xx.2023-cü il tarixli Seriya: EBDN №433864 saylı, xx.xx.2023 tarixli Seriya:EBDN №287318 saylı, xx.xx.2023 Seriya: EBDN №638587 saylı “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” Qaimələrinə əsasən, ümumi olaraq 52461,60 manat məbləğində yekun borc yaranmışdır. Ümumi borcdan müxtəlif zamanlarda 19819,68 manat ödənilmiş, yekun olaraq 28658,66 manat qalıq borc yaranmışdır. Təqdim edilmiş elektron qaimələrə əsasən 2023-cü ilin sentyabr ayında göstərilmiş xidmət üçün cavabdehə verilmiş invoys üzrə 28658,66 manat məbləğində xidmət haqqı ödəniş müddəti pozulmaqla bu günə kimi iddiaçıya ödənilməmişdir. Müqavilənin 3.2 bəndində ödənişin edilmə qaydası göstərilmişdir, buna uyğun olaraq xx.xx.2023-cü il tarixli Seriya: EBDN №432368 saylı , xx.xx.2023-cü il tarixli Seriya: EBDN №433864 saylı, xx.xx.2023 tarixli Seriya: EBDN №287318 saylı, xx.xx.2023 Seriya: EBDN №638587 saylı “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” qaimələri təqdim edildikdən sonra 5 (beş) gün ərzində xidmət haqqının bank köçürməsi yolu ilə həyata keçirilməli idi. Lakin müxtəlif bəhanələrlə xidmət haqqını ödəməkdən imtina edirlər. Göstərilən səbəbdən iddiaçı şirkətə külli miqdarda zərər dəymiş və belə hal, iddiaçının iş prosesində çətinliklər yaratmışdır. Mübahisələrin məhkəmədən kənar qaydada həlli məqsədi ilə xx.xx.2023-cü il tarixində "xxxx" MMC-yə xəbərdarlıq məktubu (pretenziya) göndərərək, 5 iş günü ərzində borcun ödənilməsini iddiaçı tələb etsə də, xəbərdarlığa əhəmiyyət verilməmişdir. Eyni zamanda “Mediasiya haqqında” AR Qanununa uyğun olaraq, məhkəməyə müraciət etməzdən öncə mübahisələrin həlli məqsədi ilə xx.xx.2023-cü il tarixində "xxxx" MMC-yə “Mediasiya prosesinin tətbiqi barədə” Təklif göndərərək, 10 iş günü ərzində mediasiya prosesində iştirak etməyi təklif etmişdir. xx.xx.2024-cü il tarixində ilkin mediasiya sessiyası üçün ərizə yazaraq, Bakı 10 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. xx.xx.2024-cü il tarixində Bakı 10 saylı Mediasiya Təşkilatından bildiriş göndərildi və xx.xx.2024-cü il tarixinə iclas təyin olunduğu bildirildi. Təyin olunan vaxtda İclasda iştirak iddia tərəf iştirak etsə də, bildirildi ki, 25 yanvar 2024cü ildə “Mediasiya haqqında” AR Qanununa edilmiş dəyişikliyə əsasən, artıq kommersiya mübahisələrinə məhkəməyəqədər baxılması, mediasiya təşkilatlarının səlahiyyətinə aid olunmur, birbaşa kommersiya məhkəmələrinə müraciət olunması mümkündür. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 425.1, 443.1, 445.1, 462.1, 464.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi məhkəmə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Satıcı İddiaçı MMC ilə Alıcı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 005 saylı mallar və xidmətlərin alqı-satqısı müqaviləsindən görünür ki, Alıcının həyata keçirdiyi layihələrdə istifadəsi üçün nəzərdə tutulan, qüvvədə olan norma və standartların tələblərinə cavab verən və ətraflı olaraq hazırki müqaviləyə əlavələrdə (qiymət razılaşma protokolu) əks ediləcək material təminatı və işçilik daxil olmaqla kağız və karton malları “Satıcı” tərəfindən təchizatı, quraşdırılması və işlək vəziyyətdə “Alıcı”ya təhvil verilməsi, “Alıcı” tərəfindən isə həmin malları və xidmətləri qəbul edərək, haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Əlavələrdə malların (xidmətlərin) adlarına, miqdarına, növlərinə, modellərinə, ölçülərinə, qiymətinə, zəmanətinə, qablaşdırılmasına, çatdırılma və icra müddətlərinə və ya digər əlamətlərinə görə məlumat əks oluna bilər. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin müddəti, tərəflərin onu imzaladığı gündən hesablanmaqla, xx.xx.2023-cü il müddətinədək müəyyən edilir. Müqavilənin 3.1-ci bəndinə əsasən malın (xidmətin) qiyməti Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələr (Qiymət razilaşma protokolu) ilə müəyyənləşdirilir. Malın qiymətinə DDP Bakı, Azərbaycan (İncoterms 2010) şərti ilə daşınma və çatdırılma xərcləri və vergilər daxildir. Bu müqavilənin mövzusunda bəhs edilən razılaşmalar üzrə alqı-satqısı həyata keçiriləcək malların (xidmətlərin) dəyəri aşağıdakı qaydada satıcının bank hesabına ödəniləcəkdir: Malın (xidmətin) dəyərinin tam hissəsi (100%) Satıcı tərəfindən təqdim edilən hesab-fakturaya əsasən avans şəklində; Malın (xidmətin)dəyərinin bir hissəsi Satıcı tərəfindən təqdim edilən hesab-fakturaya əsasən avans şəklində, qalan hissəsi isə Alıcıya çatdırılıb quraşdırılıb və təhvil verilən malların (xidmətlərin) dəyərini göstərən müvafiq sənədlərin (təhvil-təslim aktı, elektron qaimə, hesab-faktura və elektron vergi hesab-faktura) ona təqdim olunduğu tarixdən 5 (beş) bank günü ərzində; Malın (xidmətin) dəyərinin tam hissəsi (100%) mal (xidmət) Alıcıya təhvil verildikdən sonra malların (xidmətlərin) dəyərini göstərən müvafiq sənədlərin (təhvil-təslim aktı, elektron qaimə, hesab-faktura və elektron vergi hesab-faktura) ona təqdim olunduğu tarixdən 5 (beş) bank günü ərzində. Müqavilənin 6.1-ci bəndinə əsasən satıcı malları (xidmətləri), sifariş olunduğu tarixdən tədarük (istehsal), çatdırılma və quraşdırılma müddətlərini müəyyən etməklə Əlavələrdə göstərilən müddət ərzində quraşdıraraq, təhvil-təslim sənədi əsasında Alıcıya təhvil verir. EBDN seriyalı, 432368 nömrəli, 01.009.2023-cü il tarixli elektron qaiməyə əsasən 6242,20 manat, EBDN seriyalı, 287318 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 24838.80 manat, EBDN seriyalı, 638587 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3090 manat, EBDN seriyalı, 433864 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 24532.80 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli 14 saylı X1 görünür ki, İddiaçı MMC və Cavabdeh MMC müxtəlif adda malların qiymətlərini cəmi 24532,80 manat məbləğində müəyyənləşdirmişlər. xx.xx.2023-cü il tarixli 15 saylı X1 görünür ki, İddiaçı MMC və Cavabdeh MMC müxtəlif adda malların qiymətlərini cəmi 24838,80 manat məbləğində müəyyənləşdirmişlər. xx.xx.2024-cü il tarixli **********63 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 176 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (qaimə, qiymətlərin razılaşma protokolu) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyəri, 28658,66 manat pulu ödəmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 28658,66 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş 176 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin Cavabdeh MMC-dən iddiaçı ilə aralarında bağlanmış 03 fevral 2023-cü il tarixli 005 saylı müqaviləsi üzrə ödənilməmiş 28658 (iyirmi səkkiz min altı yüz əlli səkkiz) manat 66 (altmış altı) qəpik əsas borc və ödənilmiş 176 (bir yüz yetmiş altı) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar