Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1563/2024 30.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta müqaviləsi, zərər aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 631.72 manat məbləğində sığorta ödənişinin və 40 manat mediasiya xərcinin, cəmi 671.72 manat məbləğində pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 məxsus olan, Cavabdeh1 MMC tərəfindən verilmiş yol vərəqəsi əsasında Cavabdeh3 idarə etdiyi, "xxxx" ASC-də (bundan sonra ASC) icbari sığorta” qaydasında sığortalanmış **-UT-*** dövlət qeydiyyat nişanlı“Kia Optima-minik” markalıavtomobil və X1 idarə etdiyi, **-TY-*** dövlət nömrə nişanlı“Hyundai 130-minik” markalı avtomobilin iştirakı ilə yolnəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh3 təqsirli bilinmiş və AR İXM-in 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. **-TY-*** dövlət nömrə nişanlı “Hyundai 130-minik” markalı avtomobilə dəymiş zərər 465 (dörd yüzaltmış beş) manat müəyyən edilmiş, həmin zərərin aradan qaldırılması üçün Azərbaycan Respublikası Mərkəzi X3 29 iyun 2022-ci il tarixli, 25/2 saylı qərarı ilə təsdiq edilmiş“Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” Qaydalarına müvafiq qaydada nettinqin nəticələrinə əsasən 631.72 Sığorta” qarşısında irəli sürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli PBA********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsindən müəyyən olunur ki, **-UT-*** dövlət qeydiyyat nişanlı “Kia Optima-minik” markalı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti ASC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhər DYPİ-ninxx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ” dan (Forma4) müəyyən olunur ki, baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində **-UT-*** dövlət qeydiyyat nişanlı “Kia Optima-minik” markalı avtomobilin sürücüsü Cavabdeh3 təqsirli bilinmiş və AR İXM-in 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir və hadisə vaxtı **-UT-*** dövlət qeydiyyat nişanlı “Kia Optima-minik” markalı avtomobilmülkiyyət hüququ iləCavabdeh2 məxsus olmuşdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli yol vərəqəsinin surətindən müəyyən olunur ki, **-UT-*** dövlət qeydiyyat nişanlı “Kia Optimaminik” markalıavtomobil yol vərəqəsiəsasında Cavabdeh3 sahibliyi və istifadəsinə verilmişdir. "xxxx" ASC-nin qüsur aktından müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində **-TY-*** dövlət nömrə nişanlı “Hyundai 130-minik” markalı avtomobilə 465 (dörd yüzaltmış beş) manat məbləğində zərər dəymişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli subroqasiya tələblərinin reyestrindən müəyyən olunur ki, nettinqin nəticələrinə əsasən **-TY-*** dövlət nömrə nişanlı“Hyundai 130-minik” markalıavtomobilə dəymiş zərərə görə 631.72 (altı yüz otuz bir manat, yetmiş iki qəpik) manat məbləğində pulun ödənilməsi tələbi həmin avtomobilin sığortaçısı "xxxx" ASC tərəfindən "xxxx" ASC qarşısında irəlisürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-S-23/1262 saylı geriyə tələb (subroqasiya) məktubundan və həmin məktubun çatdırılmasına dair xəbərnamələrdən görünür ki, 631.72 (altı yüz otuz bir manat, yetmiş iki qəpik) manat məbləğində pulun ödənilməsi ASC tərəfindən cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. Bununla yanaşı pretenziya məktubu və iddia ərizəsinin surəti“elektron məhkəmə” informasiya sistemində yerləşdirilmiş, həmçinin pretenziya məktubu “onlayn kargüzarlıq” sistemi vasitəsilə göndərilmişdir. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri, 6 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/6-1097 saylı arayışından müəyyən olunur ki, cavabdehlərlə mübahisənin mediasiya vasitəsilə həlli mümkün olmamış, medasiya sessiyasında iştiraka görə tərəfimizdən 40 (qırx) manat məbləğində pul Bakışəhəri, 6 saylı Mediasiya Təşkilatına ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xəbərnamələrdən görünür ki, iddia ərizəsinin surəticavabdehlərə təqdim edilmişdir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi O.Şeydabəyov məhkəməyə yazılı ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişlər.
5. Məhkəmə iclasının tərəflərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Yol hərəkət qaydaları, yol hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.
8. Cavabdeh1 MMC tərəfindən verilmiş 24 aprel 2023-cü il tarixli 2421 nömrəli yol vərəqəsindən görünür ki, “Kia Optima” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikasının ərazisində gündüz və gecə, həmçinin bazar və bayram günləri idarə oluna bilər.
9. Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ödəniş aktından görünür ki, iddiaçı tərəfindən X2 465 manat ödəniş edilməlidir.
10. "xxxx" ASC tərəfindən verilmiş zərər aktına əsasən hadisə nəticəsində 10TY921 nömrəli avtomobilə dəymiş zərər 465 manat təşkil edir.
11. 31.11.2022-ci il tarixli PBA********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 məxsus 99UT083 dövlət qeydiyyat nişanlı Kia Optima markalı minik avtomobil 5000 manat məbləğində sığortalanmışdır.
12. Elektron notariat sistemindən çıxarışa əsasən Cavabdeh2 tərəfindən 99UT083 dövlət qeydiyyat nişanlı Kia Optima markalı minik avtomobilinə dair Cavabdeh1 MMC-yə etibarnamə verilmişdir.
13. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-yə 631,72 manat məbləğində sığorta ödənişi ödənilmişdir.
14. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
17. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
18. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
19. Həmin Məcəllənin 1113.1-ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar.
20. Məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi barədə iddiaçının irəli sürdüyü tələb Cavabdeh3 olan hissədə əsaslı və təmin edilməlidir.
21. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə sığortalı Cavabdeh2 arasında icbari sığorta müqaviləsi bağlanmış, sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığorta hadisəsi baş vermiş, hadisənin törədilməsinə təqsirli olan Cavabdeh3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmişdir. Hadisə nəticəsində X2 məxsus zərər dəymiş avtomobili sığorta etmiş "xxxx" ASC-yə iddiaçı tərəfindən 631.72 manat məbləğində vəsait ödənilmişdir.
22. Məhkəmə iddia tələbini qalan hissədə, zərərin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən də tutulmalı olması hissəsində əsassız hesab edir.
23. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
24. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi Cavabdeh3 təqsiri üzündən baş vermişdir və buna müvafiq olaraq da o, qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilmişdir.
25. Buna görə də məhkəmə hesab edir ki, hazırkı halda iddiaçıya ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl (delikt) şəxsən Cavabdeh3 tərəfindən törədildiyindən, ziyanın əvəzi də məhz onun tərəfindən ödənilməlidir.
26. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 631,72 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 40 manat mediasiya xərci Cavabdeh3 aid edilməlidir.
V. Nəticə:
56. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh3 631,72 manat məbləğində pul, 40 manat mediasiyaya dair xərc, ümumilikdə 671,72 (altı yüz yetmiş bir manat yetmiş iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova