Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1564/2020 18.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh Gənclərin X3 qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh Gənclərin X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Gənclərin X1 8.325 manat məbləğində əsas borcun, 52.031 manat məbləğində dəbbə pulunun, 2.000 manat məbləğində əldən çıxmış faydanın, 7,25% məbləğində hesablanmaqla 603 manat məbləğində bank uçot (faiz) dərəcəsinin və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh Gənclərin X5 arasında xx.xx.2017-ci il tarixli, 83/17 №-li “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı İddiaçı MMC sifarişçi Cavabdeh Gənclərin X2 sifarişi əsasında ona məxsus yükləri daşımaqla xidmətlər göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh Gənclərin X5 üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırmışdır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Ümumilikdə, 8325 manat məbləğində göstərilən xidmətə görə haqq cavabdeh tərəfindən ödənilməmişdir. Əlavə olaraq bildirilir ki, müqavilənin 7.2-ci bəndinə əsasən sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikmə günü üçün ümumi dəyərin 1 (bir)% məbləğində əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 52.031 manat məbləğində cərimə hesablanmışdır. Lakin bundan sonra dəfələrlə cavabdehdən borc məbləğini tələb edilməsinə baxmayaraq, bugünədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Eyni zamanda iddiaçı iddianın təmini tədbirinin görülməsinə dair vəsatətlə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin Cavabdeh Gənclərin X3 qarşı pul tələbinə dair iddiası üzrə işin icraatı yekunlaşana qədər, iddianı təmin etmək üçün tədbir kimi, Cavabdeh Gənclərin X3 məxsus “xxxx” ASC–də yerləşən, VÖEN **********; İBAN-H/H AZ 16İBAZ********************; M/H-AZ03NABZ********************; KOD- 805722 olan bank hesabında olan pul vəsaitlərinin üzərinə iddia tələbi həcmində həbs qoyulması, özgəninkiləşdirilməsinin cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə xx xxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh Gənclərin X2 “xxxx” ASC-də olan İBAN-H/H AZ 16İBAZ******************** nömrəli bank hesabında olan pul vəsaitlərinin üzərində 62.959 manat həcmində həbs qoyulmuşdur. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Gənclərin X1 ümumilikdə 8325 manat əsas borcun və 500 manat məbləğində cərimə sanksiyasının tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X9 məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı (icraçı) ilə Cavabdeh Gənclərin X5 (sifarişçi) arasında xx.xx.2017-ci il tarixli, 83/14 saylı “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı sifarişçinin sifarişi əsasında ona məxsus yükləri daşımaqla yükdaşıma xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilənin 5-ci bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 4.2.1-ci bəndinə əsasən sifarişçi icraçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini gecikdirmədən ona ödənilməsini təmin etməlidir. 5.1-ci bəndinə əsasən hər bir daşımanın dəyəri daşıma məsafəsindən və daşıma obyektinin ölçülərindən asılı olaraq, bu müqavilənin tərkib hissəsi olan tərəflər arasında razılaşdırılmış qiymətlərin preyskurantı ilə (əlavə 2) müəyyən edilir. 5.2-ci bəndinə əsasən ayda bir dəfə (hər ayın sonuncu günündə) daşımanın həcmi xidmətin təhvil vrilməsi haqqında aktlara əsasən müəyyən edilir və buna müvafiq olaraq ay ərzində göstərilmiş xidmət üzrə xidmət haqqı hesablanır, təhvil-təslim aktı ilə təsdiq edilir. 8.3-cü bəndinə əsasən sifarişçi tərəfindən ödəmədə gecikmə olarsa, hər gecikən gün üçün ümumi dəyərin 1%-i əlavə hesablanacaqdır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı ilə Cavabdeh Gənclərin X5 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 83/14 saylı “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə 2 saylı əlavədən görünür ki, rayonlar üzrə yükün ağırlığından asılı olaraq qiymət cədvəli müəyyənləşdirilmişdir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh Gənclərin X3 620,00 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAG seriyalı, 649198 saylı, 890,00 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAG seriyalı, 932796 saylı, 440,00 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAH seriyalı, 584919 saylı, 30 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAİ seriyalı, 106438 saylı, 410,00 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAİ seriyalı, 244722 saylı, 1025,00 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAİ seriyalı, 889137 saylı, 1575,00 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAJ seriyalı, 686925 saylı, 1230,00 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAK seriyalı, 341569 saylı, 1780,00 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAL seriyalı, 156123 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh Gənclərin X3 göndərilmişdir. “xxxx” QSC-dən İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə ünvanlanmış məktubdan görünür ki, Cavabdeh Gənclərin X5 tərəfindən İddiaçı MMC-yə xx.xx.2017-ci il tarixdə 140 manat, xx.xx.2017-ci il tarixdə 595 manat, xx.xx.2017-ci il tarixdə 2340 və 440 manat, xx.xx.2018-ci il tarixdə 2000 manat, xx.xx.2018-ci il tarixdə 1000 manat, xx.xx.2018-ci il tarixdə 1000 manat məbləğində ödəniş edilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş arayışdan görünür ki, xx xxxxxxxx 2020-ci il tarixə Cavabdeh Gənclərin X2 İddiaçı MMC-yə qalıq borcu 8325 manat təşkil edir. İddiaçı MMC pretenziya qaydasında məktubla Cavabdeh Gənclərin X3 müraciət edərək, 8325 manat məbləğində borcun 5 iş günü ərzində ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət olunacağını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh Gənclərin X5 arasında xx.xx.2017-ci il tarixli, 83/14 saylı “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmiş, lakin cavabdeh göstərilmiş xidmət haqqını ödəməməklə müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya qeyd olunan “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə üzrə 8325 manat məbləğində borcu yaranmışdır. Mülki Məcəllənin 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdeh müqavilənin şərtlərinə əsasən göstərilmiş xidmət haqqını - 8325 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 8325 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 8325 manat borcun ödənilməsinin gecikdirilməsinə görə 500 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh Gənclərin X2 müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimə ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Gənclərin X1 8.325 (səkkiz min üç yüz iyirmi beş) manat məbləğində əsas borc, 500 (beş yüz) manat məbləğində dəbbə pulu, cəmi 8.825 (səkkiz min səkkiz yüz iyirmi beş) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1564/2020
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1564/2020
18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver