Məhkəmə qərarları › İş №e-2-2(113)-1565/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1565/2020

31.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1565/2020 31.05.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçı "İddiaçı" MMC-nin cavabdehlər Cavabdeh2 X2 və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı pul vəsaitinin hesabdan köçürülməsi və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 59,520 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh2 ASC-nin hesabından Rusiya Federasiyasının “xxxxxxxxxxxxxx” Şirkətinin bank hesabına köçürülməsinin cavabdehlər Cavabdeh2 ASC və Mərkəzi Bank tərəfindən təmin edilməsi, pul vəsaitinin köçürülməsi tapşırığının verildiyi xx.xx.2020-ci il tarixindən köçürmə əməliyyatı tam başa çatdığı tarixə qədər hər gün üçün 59,520 ABŞ dolları məbləğində vəsaitin 0,01%-i miqdarında cərimənin cavabdehlər Cavabdeh2 ASC və Mərkəzi Bankdan tutularaq İddiaçınə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş və elektron informasiya sistemində yerləşdirilmiş sənədləri nəzərdən keçirən məhkəmə, pretenziya və iddia ərizəsinin cavabdehlər tərəfindən almasını təsdiq edən sənədləri aşkar etməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizəyə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.1-ci və 152.1.4-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, həmçinin kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı "İddiaçı" MMC-nin cavabdehlər Cavabdeh2 X2 və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı pul vəsaitinin hesabdan köçürülməsi və cərimənin ödənilməsitələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı "İddiaçı" MMC-yə izah edilsin ki, cavabdehlərlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (poçt qəbzi), eləcə də iddia ərizəsinin alınması barədə sübut (poçt qəbzi) iddia ərizəsinə əlavə edildikdən sonra təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar