Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1566/2024 08.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC dən müqavilə və alış sifarişləri üzrə ƏDV daxil 325.940,66 manat borcun və 16.297,03 manat gecikdirilmiş vaxt üçün faiz ümumilikdə, 342.237,69 manat pulun cavabdehdən alınaraq İddiaçı MMC yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Cavabdeh MMC-nin direktoru Rizvan Səfərovun sifarişinə əsasən və tərəflərin arasında bağlanmış müqaviləyə əsasən tikinti və quraşdırma işləri görüb. Qeyd olunan işlər aşağıdakı layihələrdən ibarətdir: Sabunçu rayonu Savalan 2 (PO-26) dəyəri ƏDV daxil 119.309,45 manat, Sabunçu rayonu Yeni Ramana (PO-25) dəyəri ƏDV daxil 65.699,77 manat, Xaçmaz rayonu (PO 73 və PO 159) dəyəri ƏDV daxil 140.973,24 manat. Yuxarıda qeyd olunan layihələrdən Sabunçu rayonu Savalan 2 və Sabunçu rayonu Yeni Ramana layihələri İddiaçı MMC Cavabdeh MMC qəbul edərək təhvil alıb. Sonuncu Xaçmaz rayonu (PO 73 və PO 159) dəyəri 140.973,24 manat olan layihəni baxmayaraq ki, İddiaçı MMC layihəni başa çatdıraraq işlərini görüb Cavabdeh MMC-nin vəzifəli şəxsləri təhvil təslim aktına qəsdən imza atmır. Belə ki, Cavabdeh MMC ümumilikdə İddiaçı MMC yə 325.982.46 manat ödəməli oldğu halda qəsdən ödənişləri ödəmək istəmir. Bu məsələ ilə dəfələrlə danışıqlar aparmışıq lakin heç bir halda ödənişlərin ödəməyəcəyi bildirilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2, Xaçmaz layihəsinin iddiaçının icra etmədiyini bildirdi.
5. İş üzrə digər şəxslər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
7. Məhkəmə belə qənaətə gəlir ki, iş üzrə şəxslər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişlər və belə olan halda, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. - 445.-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
10. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında xx.xx.2022-ci il tarixində podrat müqaviləsi bağlanmışdır.
11. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçi tərəfindən təqdim edilmiş xidmət sifarişinə əsasən GROP-a dair tikinti və quraşdırma işlərini öhdəsinə götürür, sifarişçi isə işlərin yerinə tetirilməsi müqabilində müqaviləyə 1 saylı qoşmada müəyyən edilən qiymətlərinə əsasən xidmət sifarişində və/və ya hazırkı müqavilənin əlavəsində qeyd olunan xidmətləri və işləri qəbul edir.
12. İşin digər mübahisələndirilməyən halı ondan ibarətdir ki, İddiaçı MMC tərəfindən Yeni Ramana layihəsi tam olaraq icra edilmiş, bu barədə tərəflər arasında təhvil təslim aktı imzalanmış və möhürlə təsdiq edilmişdir. Qeyd edilmiş təhvil-təslim aktından görünür ki, Yeni Ramana qəsəbəsinin FO paylayıcı şəbəsinin çəkilməsi üçün iddiaçı tərəfindən 65.669,77 manat dəyərində işlər görülmüşür və bu barədə iddiaçı tərəfindən cavabdehə dəyəri 65.669,77 manat olan xx.xx.2023-cü il tarixli EBDQ 940851 saylı elektron qaimə göndərilmişdir.
13. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi də, qeyd edilən layihənin icra edildiyini və pulun ödənilmədiyini bildirdi.
14. İşin həmçinin digər mübahisələndirilməyən halı ondan ibarətdir ki, İddiaçı MMC tərəfindən Savalan layihəsi tam olaraq icra edilmiş, bu barədə tərəflər arasında təhvil təslim aktı imzalanmış və möhürlə təsdiq edilmişdir. Qeyd edilmiş təhvil-təslim aktından görünür ki, Savalan qəsəbəsinin FO paylayıcı şəbəsinin çəkilməsi üçün iddiaçı tərəfindən 119.309,45 manat dəyərində işlər görülmüşür və bu barədə iddiaçı tərəfindən cavabdehə dəyəri 119.309,45 manat olan xx.xx.2023-cü il tarixli EBDQ 941283 saylı elektron qaimə göndərilmişdir.
15. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi də, qeyd edilən layihənin icra edildiyini və pulun ödənilmədiyini bildirdi.
16. Göründüyü kimi, Yeni Ramana və Savalan layihəsi üzrə işlər iddiaçı tərəfindən am icra edilmiş və sonuncunun qeyd edilmiş layihələr üzrə ödənilməmiş 184.979,22 (65.669,77+119.309,45) manat borcunun olması işin mübahisələndirilməyən halıdır.
17. Hazırda işin mübahisələndirilən hissəsi Xaçmaz rayonu FO paylayıcı şəbəkəsinin çəkilməsi ilə bağlıdır.
18. İddiaçı tərəf Xaçmaz layihəsi üzrə 140.973,24 manat dəyərində, yəni verilmiş olan xx.xx.2023-cü il tarixli PO-73 və xx.xx.2023-cü il tarixli PO-159-da göstərilən məbləğdən də, artıq işlərin görüldüyünü, ancaq cavabdeh tərəfin təhvil-təslim aktını imza etməkdən imtina etdiyini bildirir.
19. Məhkəmə hazırlıq iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 isə, qeyd edilmiş layihə üzrə iddiaçının hər hansı bir iş görmədiyini və işi icra etmədiyini, qeyd edilmiş layihə üzrə işlərin "xxxx" MMC tərəfindən görüldüyünü bildirir.
20. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli PO-73 saylı (purchase order) alış sifarişindən görünür ki, Xaçmaz rayonunda görüləcək işlərinin dəyəri ƏDV daxil 70.800 manat təşkil edir.
21. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli PO-159 saylı (purchase order) alış sifarişindən görünür ki, Xaçmaz rayonunda görüləcək işlərinin dəyəri ƏDV daxil 53.100 manat təşkil edir.
22. Qeyd edilmiş hər iki alış sifarişindən görünür ki, sifarişlər cavabdehin əməkdaşı olan Mahmudov Vüqar tərəfindən verilmişdir.
23. Həmçinin qeyd edilmiş alış sifarişlərinin məzmununa nəzər yetirildikdə görünür ki, görüləcək işlərin həcmi (hansı sayda dirəklərin basdırılması, çəkilməli kabellərin uzunluğu və s.) müəyyən edilməmişdir.
24. Qeyd edilmiş Xaçmaz layihəsinin icrası ilə bağlı təhvil-təslim aktı tərtib edilmədiyindən, iddiaçı tərəfindən cavabdehə elektron qaimə də, göndərilməmişdir.
25. İddiaçı tərəf iddianın qeyd edilən hissəsi ilə bağlı, cavabdehin əməkdaşları ilə olan “mail” üzərindən aparılan yazışmaları, eyni zamanda subpodratçılar "xxxx" MMC, X3, "xxxx" MMC ilə aralarında bağlanmış müqavilələri, qeyd edilmiş müqavilələr üzrə elektron qaimə və ödəniş qəbzlərinə istinad edir.
26. İş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin 1.1-ci bəndindən görünür ki, sonuncu GPON-a dair tikinti və quraşdırma işlərini görməyi, İddiaçı MMC isə işlərin yerinə yetirilməsi müqabilində müqaviləyə 1 saylı qoşmada müəyyən edilən qiymətlərinə əsasən xidmət və işləri qəbul etməyi öhdəsinə götürmüşdür.
27. Qeyd edilmiş müqavilə üzrə "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə xx.xx.2023cü il tarixli dəyəri 8.750 manat olan EBDF 695274 saylı və dəyəri 3.020,5 manat olan EBDF 545375 saylı elektron qaimələr göndərilmişdir.
28. 2 ədəd elektron qaimələrin məzmununa nəzər yetirildikdə görünür ki, görülmüş işlər aralıq dirəklərinin basdırılması və quraşdırılması və kabellərin qoyulması üçün 0,6 m dərinlikdə kanalın qazılması lə bağlı olmuşdur.
29. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, göndərilmiş elektron qaimələr üzrə iddiaçı tərəfindən "xxxx" MMC-yə müvafiq olaraq 8.750 və 3.020,5 manat məbləğində pul ödənilmişdir.
30. İş materiallarından görünür ki, X3 tərəfindən İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli EBDE 013662 saylı dəyəri 9.000 manat olan və xx.xx.2023-cü il tarixli EBDF 387368 saylı dəyəri 8.785,32 manat olan elektron qaimələr göndərilmişdir.
31. Elektron qaimlərin məzmununa yetirildikdə görünür ki, görülmüş işlər FO kabelinin binalarda və dirəklərdə asılması və kabellərin dəmir borulardan asılması işləri ilə bağlı olmuşdur.
32. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, göndərilmiş elektron qaimələr üzrə iddiaçı tərəfindən X1 müvafiq olaraq 9.000 və 8.785,32 manat məbləğində pul ödənilmişdir.
33. İş materiallarında olan İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin 1.1-ci bəndindən görünür ki, sonuncu GPON-a dair tikinti və quraşdırma işlərini görməyi, İddiaçı MMC isə işlərin yerinə yetirilməsi müqabilində müqaviləyə 1 saylı qoşmada müəyyən edilən qiymətlərinə əsasən xidmət və işləri qəbul etməyi öhdəsinə götürmüşdür.
34. Qeyd edilmiş müqavilə ilə bağlı "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə dirəklərin quraşdırıması ilə bağlı işlərin icrasına dair xx.xx.2023-cü il tarixli EBDG 319257 saylı dəyəri 11.993,52 manat olan elektron qaimə göndərilmişdir.
35. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, elektron qaimədə qeyd edilmiş məbləğ öncədən müvafiq olaraq 5.000 manat və 5.164,22 manat olmaqla ödənilmişdir.
36. Məhkəmə bu xüsusda qeyd edir ki, İddiaçı MMC ilə qeyd edilmiş səxslər arasında bağlanmış müqavilələrin və işlərin məhz Xaçmaz layihəsinin icrası ilə bağlı olması halı inandırıcıdır.
37. Belə ki, işin mübaisəsiz halı olan Yeni Ramana layihəsinin icrası ilə bağlı təhviltəslim aktına nəzər yetirildikdə görünür ki, layihənin icrası dövrü 2023-cü ilin yanvar və fevral ayları olmuşdur.
38. Həmçinin də, digər işin mübahisəsiz halı olan Savalan layihəsinin icrası ilə bağlı təhvil-təslim aktına nəzər yetirildikdə görünür ki, layihənin icrası dövrü xx.xx.2022-ci il göstərilməklə 3 ay müəyyən olmuşdur.
39. Göründüyü kimi, qeyd edilmiş "xxxx" MMC, X3, "xxxx" MMC tərəfindən görülmüş işlər isə mübahisəsiz layihələrin icrasından sonrakı tarixlərə aiddir.
40. Bu hal isə, Xaçmaz layihəsi ilə bağlı İddiaçı MMC-nin ümumiyyətlə hər hansı bir işi icra etməməsi barədə Cavabdeh MMC-nin dəlilini təkzib etmiş olur.
41. Həmçinin də qeyd edilməlidir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış lakin, Məhkəmə iclasında İddiaçı MMC tərəfindən alınmadığı qeyd edilən, işə cavabdeh tərəfindən əlavə edilmiş xx.xx.2023-cü il tarixli məktubun məzmunundan görünür ki, cavabdeh tərəf iddiaçının Xaçmaz layihəsi üzrə hər hansı bir işi görməsi halına istinad etməmişdir, qeyd edilmiş məktubda mal-materialların Xaçmaz rayonuna aparılsa da, icraçı tərəfindən tikinti və quraşdırma işlərinin tam icra edilməməsinə istinad olunmuşdur.
42. Göründüyü kimi, qeyd edilmiş hal da, Xaçmaz layihəsi üzrə ümumiyyətlə işin İddiaçı MMC tərəfindən icra edilməməsi barədə dəlilini təkzib etmiş olur.
43. Məhkəmə ona görə hesab edir ki, Xaçmaz layihəsi üzrə işləri icra etmiş və bundan sonra onun həcmi müəyyən edilməlidir.
44. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə Xaçmaz layihəsi üzrə 1-ci alış sifarişi, yəni PO-73 saylı alış sifarişi, xx.xx.2023-cü il tarixdə verilmiş, 2-ci alış sifarişi isə yəni, PO-159 saylı alış sifarişi xx.xx.2023-cü il tarixdə verilmişdir.
45. Qeyd edilmiş hal isə o nəticəyə gəlmək üçün əsas verir ki, Xamaz layihəsi üzrə 1-ci alış sifarişi icra edilmədən, 2-ci alış sifarişinin verilməsi kimi hal, inandırıcı deyildir.
46. Yəni, görünür ki, İddiaçı MMC tərəfindən 1-ci alış sifarişi olan yəni PO-73 saylı alış sifarişində göstərilmiş ƏDV daxil 70.800 manat dəyərində işlər icra edilmiş və bundan sonra digər alış sifarişi verilmişdir.
47. Cavabdeh tərəf məhkəmə hazırlıq iclaslarında Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış olan xx.xx.2023-cü il tarixli müqaviləni, PO-137 saylı xx.xx.2023-cü il tarixli alış sifarişini və təhvil-təslim aktı təqdim edərək, Xaçmaz layihəsi üzrə işlərin "xxxx" MMC tərəfindən icra edildiyini bildirdi.
48. Cavabdeh tərəfindən təqdim edilmiş, Cavabdeh MMC tərəfindən "xxxx" MMCyə PO 137 saylı dəyəri ƏDV daxil 118.000 olan xx.xx.2023-cü il tarixli alış sifarişi verilmişdir.
49. Həmçinin cavabdeh tərəfindən təqdim edilmiş Cavabdeh MMC ilə "xxxx" MMC arasında imzalanmış Akt forma 2-də PO-224-ə istinad olunmuş, digər texniki təhvil-təslim sənədində və işlərin bitməsinə dair son qəbul aktlarında isə imza və möhür olsa da, tarix göstərilməmişdir.
50. PO 137-də görülməli işlərin dəyəri ƏDV daxil 118.000 göstərilsə də, son qeyd edilmiş sənədlərin hər birində görülmüş işlərin dəyəri ƏDV daxil 130.665,46 manat göstərilmişdir.
51. Məhkəmə tərəfindən iş üzrə doğru nəticəyə gəlmək üçün, yəni İddiaçı MMC tərəfindən görülmüş olan işlərin həcmini müəyyən etmək üçün "xxxx" MMC, X3, "xxxx" MMC və "xxxx" MMC müstəqil tələb irəli sürməyən İİİ şəxs kimi işə cəlb edilmişdir.
52. Məhkəmə iclasına ancaq "xxxx" MMC-nin nümayəndəsi gəlmişdir.
53. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən İİİ şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 Xaçmaz layihəsinin "xxxx" MMC tərəfindən icra edildiyini, iddiaçı tərəfindən ancaq X1 ödənilmiş olan 9.000 manat və 8.785,32 manat dəyərində işlərin görüldüyünü, bu görülmüş işlərin də, yararsız olduğunu və sökülərək yenidən görüldüyü bildirdi.
54. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin predmetini "xxxx" MMC tərəfindən Xaçmaz üzrə hər hansı bir layihənin icrası deyil, məhz iddiaçı tərəfindən Xaçmaz layihəsi üzrə işləri icra edib-etməməsi və edibsə hansı həcmdə icra etməsi təşkil edir.
55. Məhkəmə, "xxxx" MMC-nin nümayəndəsinin vermiş olduğu ümumi xarakterli izahatı qeyd edilmiş halla bağlı nəticəyə gəlmək üçün yetərli hesab etmir.
56. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli malların götürülməsi barədə aktdan görünür ki, İddiaçı MMC tərəfindən onlara verilmiş olan alış sifarişlərini imzalamış Vüqar Mahmudov tərəfindən müvafiq mallar verilmişdir.
57. İş materiallarına əlavə edilmiş iddiaçının əməkdaşı olmuş Elvin Pənahlı tərəfindən xx.xx.2023-cü il tarixdə elektron poçt üzərindən Kənan Hacıyevə (KananH@azerconnect.az), Vüqar Mahmudova (mailto:vugar.mahmudov@ultel.azElektron ünvan 1), İsmayıl Əfəndiyevə (mailto:iefendiev@ultel.azElektron ünvan 2) və digər şəxslərə ünvanlanmış məktubdan görünür ki, iddiaçı tərəfindən Xaçmaz layihəsi üzrə xəritədə qeyd edilmiş ərazinin boruların basdırılmasın bitməsi cavabdehə bildirilmişdir.
58. Bundan başqa iş materiallarına əlavə edilmiş, Elvin Pənahlı tərəfindən xx.xx.2023-cü il tarixdə elektron poçt üzərindən Kənan Hacıyevə (KananH@azerconnect.az), Vüqar Mahmudova (mailto:vugar.mahmudov@ultel.azElektron ünvan 1), İsmayıl Əfəndiyevə (mailto:iefendiev@ultel.azElektron ünvan 2) və digər şəxslərə ünvanlanmış məktubdan görünür ki, iddiaçı tərəfindən Xaçmaz layihəsi üzrə sadalanmış malların xx.xx.2023-cü il tarixinədək verilməsi xahiş olunmuşdur.
59. Bundan başqa iş materiallarına əlavə edilmiş Kənan Hacıyev (KananH@azerconnect.az) tərəfindən iddiaçının əməkdaşı olmuş Elvin Pənahlıya (e.penahlı@abccompany.az), Vüqar Mahmudova (mailto:vugar.mahmudov@ultel.azElektron ünvan 1), İsmayıl Əfəndiyevə (mailto:iefendiev@ultel.azElektron ünvan 2) ünvanlamış olduğu məktubdan görünür ki, İddiaçı MMC –nin işlərin sürətli aparılması məqsədi ilə davamlı mal-material tələbi irəli sürməsi təqdir edilmiş və hesabatların doldurulub göndərilməsi xahiş olunmuşdur.
60. İş materiallarına əlavə edilmiş, Elvin Pənahlı (iddiaçının əməkdaşı) tərəfindən xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə elektron poçt üzərindən Kənan Hacıyevə (KananH@azerconnect.az), Vüqar Mahmudova (mailto:vugar.mahmudov@ultel.azElektron ünvan 1), İsmayıl Əfəndiyevə (mailto:iefendiev@ultel.azElektron ünvan 2) və digər şəxslərə ünvanlanmış məktubdan görünür ki, görülmüş işlərə dair həfləlik hesabatlar cavabdehə təqdim edilmişdir.
61. Məhkəmə bu halla bağlı xüsusilə qeyd edir ki, elektron poçt üzərindən aparılan yazışmalarda qeyd edilmiş, Vüqar Mahmudov (mailto:vugar.mahmudov@ultel.azElektron ünvan 1) məhz iddiaçıya mübahisəli layihə üzrə 2 ədəd (PO-73, PO-159) alış sifarişini vermiş olan şəxsdir.
62. Qeyd edilmiş elektron poçt üzərindən aparılan yazışmalar barədə cavabdeh tərəfindən, hər hansı bir iradın bildirilməsi və yaxud nöqsanın göstərilməsi kimi hallar mövcud deyildir.
63. Bundan başqa xx.xx.2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında müzakirə edilmiş, elektron sistemə xx.xx.2024-cü il tarixdə əlavə edilmiş elektron poçt üzərindən aparılan xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli xx.xx.2023-cü il yazışmalardan görünür ki, Abbas Murtuzayev (mailto:a.murtuzayev@abccompany.azElektron ünvan 3) və Elvin Pənahlı (e.penahlı@abccompany.az) tərəfindən Kənan Hacıyevə (KananH@azerconnect.az), Vüqar Mahmudova (mailto:vugar.mahmudov@ultel.azElektron ünvan 1) və digər şəxslərə ünvanlanmış məktubdan görünür ki, iddiaçı tərəfindən cavabdehdən Xaçmaz layihəsi ilə bağlı mal-material istəyi olmuşdur.
64. Həmçinin işə əlavə edilmiş, Kənan Hacıyevə (KananH@azerconnect.az) ünvanlanmış poçt üzərindən aparılan xx.xx.2023-cü il tarixli yazışmadan görünür ki, Xaçmaz layihəsi üzrə əlavə 80 k (80.000) manat məbləğində PO açılmasına dəstək verilməsi xahiş olunmuşdur.
65. Qeyd edilmiş hala da, cavabdeh tərəfindən etiraz bildirilməmişdir.
66. Bundan başqa işə əlavə edilmiş Kənan Hacıyev (KananH@azerconnect.az) tərəfindən, Elvin Pənahlıya (e.penahlı@abccompany.az), Vüqar Mahmudova (mailto:vugar.mahmudov@ultel.azElektron ünvan 1), İsmayıl Əfəndiyevə (mailto:iefendiev@ultel.azElektron ünvan 2) ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, cavabdehə Xaçmaz üzrə rəqəmin PO məbləğini keçməsi halı və ərazi üzrə forma 2-nin hazırlanmasına başlanılması və icra edilmiş ərazi üzrə forma 2-nin təqdim edilməsi bildirilmişdir.
67. İşə əlavə edilmiş, xx.xx.2023-cü il tarixdə iddiaçının əməkdaşı olan Nərmin M. (mailto:narmin.m@abccompany.azElektron ünvan 4) ünvanından Gaukhar Kuzinaya (GaukharK@azerconnect.az), Rizvan Səfərova (RizvanS@ultel.az) ünvanlanmış məktubdan görünür ki, Xaçmaz rayonu üzrə 2 PO-nun göndərildiyi və göndərilmiş PO üzrə işlərin icra edildiyi, ancaq ödəniş aktının imzalanmadığı bildirilmiş və ödəniş üçün dəstək verilməsi xahiş olunmuşdur.
68. İşə əlavə edilmiş, xx.xx.2023-cü il tarixdə Nərmin M. (mailto:narmin.m@abccompany.azElektron ünvan 4) ünvanından Gaukhar Kuzinaya (GaukharK@azerconnect.az), Rizvan Səfərova (RizvanS@ultel.az) və digər şəxslərə ünvanlanmış məktubdan görünür ki, PO 73 və PO 159 üzrə 2329 ədəd dayağın basdırıldığı, 26.412 metr kabel çəkildiyi, kabel və dayaqların quraşdırılmasının cavabdehin nümayəndəsi olan Ramal İsgəndərovun təhvil aldığı, 3 sahə üzrə görülən işlərin dəyərinin 350 K (350.000) manat olduğu qeyd edilmişdir.
69. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf əslində 2-ci alış sifarişi olan PO- 159-un (dəyəri ƏDV daxil 53.100) məhz işlər icra edildikdən sonra göndərildiyini və hətta Xaçmaz layihəsi üzrə göndərilmiş olan alış sifarişində nəzərdə tutulmuş 123.900 manat dəyərdən artıq yəni, 140.973,24 manat dəyərində işlərin icra edildiyini bildirir.
70. Məhkəmə bu xüsusda bir daha qeyd edir ki, İddiaçı MMC tərəfindən 1-ci alış sifarişi olan yəni PO-73 saylı alış sifarişində göstərilmiş ƏDV daxil 70.800 manat dəyərində işlər icra edilmiş və bundan sonra digər alış sifarişi olan PO-159 (dəyəri ƏDV daxil 53.100) verilmişdir.
71. Belə ki, 1-ci alış sifarişi icra edilməmiş, 2-ci alış sifarişinin verilməsi inandırıcı olmamaqla, həmçinin də heç bir məntiqə uyğun deyildir.
72. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 1-ci alış sifarişi olan yəni PO-73 saylı alış sifarişində göstərilmiş ƏDV daxil 70.800 manat dəyərində işlər icra edilmiş və dəyəri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
73. Məhkəmə həmçinin də, hesab edir ki, 2-ci alış sifarişi olan PO-159-da (dəyəri ƏDV daxil 53.100) qeyd edilmiş dəyərdə işlər də, iddiaçı tərəfindən icra edilmişdir.
74. Belə ki, yuxarıda sadalanmış elektron poçt üzərindən olan yazışmalardan görünür ki, layihənin icrası ilə bağlı mütəmadi olaraq mallar götürülmüş, hesabatlar təqdim edilmiş, dirəklərin basdırılması ilə bağlı xəritə göndərilmiş və buna dair cavabdeh tərəfindən ümumiyyətlə hər hansı bir etiraz bildirilməmişdir.
75. Həmçinin də, xx.xx.2023-cü il tarixli yazışmadan görünür ki, cavabdehin özü görülmüş işlərin dəyərinin PO məbləğini keçməsi halı etiraf edilmişdir. Avqust ayında olan yazışmalardan isə görünür ki, ümumi 3 layihə üzrə işin 350.000 olması halı iddiaçının nəzərinə çatdırılmış ancaq iddiaçı tərəfindən buna hər hansı bir etiraz bildirilməmişdir.
76. Məhkəmə qeyd edir ki, ümumiyyətlə cavabdeh tərəf iddiaçıya işin icrası ilə bağlı elektron poçt üzərindən hər hansı bir irad bildirməmişdir.
77. Məhkəmə həmçinin cavabdeh tərəfindən işə əlavə edilmiş, xx.xx.2023-cü il tarixli məktubun (elektr. sıra 50-də qəbz) iddiaçı tərəfindən alınmaması barədə iddiaçının dəlilini əsaslı hesab edir.
78. Belə ki, göründüyü kimi, tərəflər arasında mövcud olmuş bütün işgüzar münasibətlərlə bağlı məsələlər, məhz elektron poçt ünvanı üzərindən həyata keçirilmişdir. Ancaq indiki halda, xx.xx.2023-cü il tarixli məktubun xx.xx.2023-cü il tarixdə saat 10:00-da surətli poçt üzrə kuryerə təqdim edilməsi və məktubun da, xx.xx.2023-cü il tarixdə saat 11:00-da Zemfira adlı şəsxə (X5 ünvanı üzrə) təqdim edilməsini, iddiaçının alması kimi qiymətləndirilməsi nəticəsinə gəlmək üçün əsas vermir. Çünki, adı qeyd edilmiş şəxsin kim olması, iddiaçının və yaxud başqa şirkətin əməkdaşı olması halı qeyd edilməmişdir.
79. Qeyd edilmiş hallardan başqa ən əsası Məhkəmə qeyd edir ki, göründüyü kimi, cavabdeh tərəf, mübahisələndirmədiyi Savalan layihəsi üzrə 119.309,45 manat və Yeni Ramana layihəsi üzrə 65.699,77 manat məbləğində pulu da, hal-hazıradək ödəməmişdir.
80. Həmçinin də, sadalanmış sübutların olmasına rəğmən cavabdeh tərəf iddiaçının Xaçmaz layihəsi üzrə hər hansı bir işi görməmisini təkidlə qeyd etməsi, Məhkəmədə o nəticəyə gəlmək üçün əsas verir ki, cavabdeh tərəf məhz görülmüş olan işlərə görə pulu ödəməkdən yayınır. Əks halda, heç olmasa, mübahisələndirmədiyi layihələr üzrə pulu ödəmiş olardı.
81. Bundan başqa Məhkəmə qeyd edir ki, podrat münasibətləri üzrə iddiaçının üzərinə hədsiz dərəcədə sübutetmə yükünün qoyulması və ancaq birbaşa sübutlar əsasında nəticəyə gəlinməsi halı, mülki dövriyyənin sabitliyinin təmin edilməsi baxımından məqsədə müvafiq deyildir.
82. Belə ki, qeyd edilmiş hal, işlərin gördürülməsi, xidmətlərdən faydalanılması, ancaq son nəticədə, təhvil-təslim aktının imzalanmasından yayınmaqla, göndərilmiş elektron qaimənin qəbul edilməsindən imtina edilməklə sui istifadə hallarına gətirib çıxara və bunun da, nəticəsində mülki dövriyyənin sabitliyinin pozulması ilə nəticələnmiş olacaqdır.
83. Ona görə də, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən PO-159-da da, göstərilmiş dəyəri ƏDV daxil 53.100 manat olan işlər icra edilmiş, və qeyd edilmiş pul cavavdehdən iddiaçının xeyrinə tutulmalıdır.
84. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəf Xaçmaz layihəsi üzrə göstərilmiş 2 ədəd alış sifarişdən artıq yəni 123.900 manatlıq deyil, 140.973,24 manat dəyərində işlərin icra edilməsini bildirsə də, artıq işlərin nədən ibarət olmasını, dəyərinin nə qədər olması barədə hər hansı bir sübut təqdim etmədiyindən, qeyd edilən 17.031,44 (325.940,66- (119.309,45+65.699,77+123.900)=17.031,44) manat hissəsində işlərin icra edilməsi barədə tələbi təmin edilə bilməz.
85. Yekun olaraq Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 3 layihə üzrə görülmüş işlərin dəyəri olaraq 308.909,22 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
86. Məhkəmə iddianın Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 16.297,03 manat pulun tələb edilməsi bağlı aşağıdakıları qeyd edir.
87. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə “Ramana” layihəsi üzrə işlərin icra edilməsinə dair dəyəri 65.669,77 manat olan elektron qaimə və “Savalan” layihəsi üzrə işlərin icra edilməsinə dair dəyəri 119.309,45 manat olan elektron qaimə iddiaçı tərəfindən cavabdehə oktyabr ayında, iddianın isə Məhkəmə fevral ayında, yəni 3 ay sonra verilmişdir.
88. Ona görə də, qeyd edilmiş layihələr üzrə 185.009,22 (65.669,77+119.309,45) manat əsas borca illik 5 faiz hesablanmaqla 2.312,61 (185.009,22x5/100=9.250,46 ( 1 il üçün) 9.250,46/12=770,87 (1 ay üçün), 770,87x3=2.312,61 (3 ay üçün)) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
89. “Xaçmaz” layihəsi ilə bağlı əsas borca illik beş faiz hesablanması ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının məhkəmə iclasında bildirdiyi iyun ayında işlərin bitməsi inandırıcıdır. Ancaq bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə elektron poçt üzərindən məktubun avqust ayında göndərilməsini nəzərə alaraq iddianın qaldırılmasınadək görünür ki, təxmini 06 ay keçmişdir.
90. Ona görə də, PO-159 və PO-73-dəki məbləğlərin cəmi olan 123.900 manat pul üzrə illik 5% hesabladıqda 3.097,5 manat (123.900x5/100=6.195 (1 il üçün), 6.195/12=516,25 (01 ay üçün), 516,25x6=3.097,5 (06 ay üçün) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
91. Yekun olaraq məhkəmə hesab edir ki, əsas borca illik 5% hesablanmaqla 5.410,11 (2.312,61+3.097,5) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.
92. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
93. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 308.909 (üç yüz səkkiz min doqquz yüz doqquz) manat, 22 (iyirmi iki) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 5.410 (beş min dörd yüz on) manat, 11 (on bir) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov