Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-157/2023 02.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “lizinq obyektinin qaytarılması və s.” tələblərinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq obyektinin qaytarılması) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “lizinq obyektinin qaytarılması və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hyundai R180W-9S markalı (zavod nömrəsi: HHKHZ500TD0000510; mühərrik nömrəsi: S6S-092102; buraxılış ili: 2013; rəngi: sarı) təkərli ekskavatoru, qalmış borcu ödənilməklə Cavabdeh QSC-dən alınaraq İddiaçı qaytarılmasına və ödənilmiş 100 manat dəyərində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixdə İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında 5xx/xx/2013 saylı X3 Müqaviləsi bağlanmışdır. Müqavlə əsasında Cavabdeh QSC-i 1 ədəd Hyundai R180W-9S markalı (zavod nömrəsi: HHKHZ500TD0000510; mühərrik nömrəsi: S6S092102; buraxılış ili: 2013; rəngi: sarı) təkərli ekskavatorun istifadə hüququ İddiaçı verilmişdir. İş materiallarında olan bildirişdən göründüyü kimi, Cavabdeh QSC tərəfindən ekskavator 25 sentyabr 2021-ci il tarixdən geri götürülmüşdür. İş materiallarında olan ödəniş qəbzlərindən məlum olur ki, xx.xx.2021-ci il tarixədək ödənişlər İddiaçı tərəfindən edilib və bu tarixədək ödənişlərdə hər hansı bir gecikmə yaşanmayıb. X1” QSC-nin haqsız faiz tələbləri səbəbindən ödənişlər dayandırılıb. Bununla bağlı İddiaçı tərəfindən Cavabdeh QSC-nə məktub ünvanlanaraq ekskavatorun geri qaytarılacağı və ekpert tərəfindən qalıq borcun və faizlərin hesablanacacağı təqdirdə qalan borc məbləğinin tam şəkildə ödəniləcəyi bildirilmişdir. İş materiallarında olan bildirişdə qeyd edilir ki, Cavabdeh QSC-nə İddiaçı 27951,97 manat əsas borcu, xx.xx.2021-ci il tarixə illik 5% dərəcəsi ilə 6131,40 manat olmaqla faiz borcu və özgənin pul vəsaitindən qanunsuz faydalanmağa görə Mərkəzi Bankın illik uçot dərəcəsi olan 6.25% dərəcəsi ilə 7664,40 manat hesablanmış faiz borcu olmaqla, ümumilikdə, 41744,77 manat qalıq borcu vardır. Həmçinin, Cavabdeh QSC bu borcu 3 gün müddətinə ödəmək öhdəliyini İddiaçı üzərinə qoymuşdur. Yuxarıda qeyd edilənlər Cavabdeh QSC-nin göndərdiyi xx.xx.2021-ci il tarixli 775 saylı bildiriş ilə öz təsdiqini tapır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildiririk ki, Cavabdeh QSC 1 ədəd Hyundai R180W-9S markalı təkərli ekskavatoru lizinq alandan götürməklə və 27951,97 manat əsas borc, xx.xx.2021-ci il tarixə illik 5% dərəcəsi ilə 6131,40 manat olmaqla faiz borcu və özgənin pul vəsaitindən qanunsuz faydalanmağa görə iddiası ilə Azərbaycan Respublikası Mərkəzi Bankın illik uçot dərəcəsi olan 6.25% dərəcəsi ilə 7664,40 manat faiz borcu olmaqla ümumilikdə 41744,77 manat qalıq borcu hesablamaqla İddiaçı artıq pul tələb edərək, sonuncunun hüquqlarını pozmuşdur. Eyni zamanda, Cavabdeh QSC tələblərini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7; 449.1 və 449.2-ci maddələrinə əsaslandırmışdır ki, bu da qanunun müddəalarının səhv tədbiq edilərək əsassız varlanma cəhdidir. İddiaçı öhdəliyin böyük hissəsini yerinə yetirmiş, borcun 80%-dən çox olan hissəsini ödəmişdir. Lakin, Cavabdeh QSC bu günədək olan bütün gəlirlərdən əlavə olaraq lizinq predmetini də götürməklə öz hüquqlarından kənara çıxmış və vəzifələrini icra edərkən vicdanlı davranma prinsiplərini, İddiaçı konstitusion və kommersion hüquq və azadlıqlarını həmçinin, Mülki Məcəllənin müvafiq maddələrinin tələblərini pozmuşdur. Cavabdeh QSC, göründüyü kimi həm əşyanın dəyərini, həm əlavə faizləri, həm də dəbbə pullarını almaqla yanaşı, eyni zamanda, əşyanın özünü də götürərək İddiaçı əşyanın istifadəsi nəticəsində qazanacağı gəlirərdən də məhrum etmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, iddiaçı məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 399.4-ci maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. - 747.1-ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-10.1-ci maddəsinə əsasən Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. - Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4).
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.
10. İşin mübahisəsiz halları ondan ibarətdir ki, lizinq verən Cavabdeh QSC ilə lizinq alan İddiaçı arasında 11 sentyabr 2013-cü il tarixli, 5xx/xx/2013 saylı X2 müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən lizinq verən ümumi dəyəri 134.000 manat olan 01 ədəd Hyundai R180W-9S markalı təkərli hidravlik ekskavatoru satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 3 il müddətinə lizinq alana lizinqə vermişdir.
11. Lizinq verən Cavabdeh QSC ilə lizinq alan İddiaçı arasında 11 sentyabr 2013cü il tarixli, 5xx/xx/2013 saylı X2 müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdə 02 saylı Əlavə imzalanmış, əlavəyə əsasən daxili lizinq müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır.
12. İşin digər mübahisəsiz halı ondan ibarətdir ki, lizinq obyekti xx.xx.2021-ci il tarixdə Cavabdeh QSC tərəfindən geri alınmışdır.
13. İşdə olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 1230/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh QSC-nin iddiası qismən təmin edilərək, 11 sentyabr 2013-cü il tarixli, 5xx/xx/2013 saylı X2 Müqaviləsi üzrə yaranmış 27684,41 manat əsas borc, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən illik 5% dərəcəsi ilə 1490,77 manat faiz borcunun İddiaçı tutularaq Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, 215 manat dövlət rüsumunun 150,24 manat məbləğinin İddiaçı tutularaq Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, qalan 64,76 manat məbləğinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə aid edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 69,88 manat məbləğinin İddiaçı, 30,12 manat məbləğinin isə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5447/2022 saylı qərardadı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 1230/2022 saylı qətnaməsi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı icraat dayandırılmışdır.
15. İş materiallarında olan qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-107/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1230/2022 saylı qətnaməsi məhkəmə xərclərinə aid hissədə və iddianın qismən təmin edilmiş hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilməmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-107/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin 30-cu bəndindən görünür ki, Cavabdeh QSC lizinq obyektini xx.xx.2021-ci il tarixdə cavabdehdən geri götürdükdən qısa zaman sonra onunla lizinq alan "xxxx" MMC arasında 02 noyabr 2021-ci il tarixli, 12xx/xx/2021 saylı X2 müqaviləsi bağlanmış və müqaviləyə əsasən lizinq verən 1 ədəd HYUNDAİ R180W-9S markalı təkərli hidravlik ekskavatoru satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 5 il müddətinə lizinq alana lizinqə vermişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi dəyəri 70000 manat müəyyən edilmişdir.
17. Qeyd edilmiş qətnamədə həmçinin müəyyən edilmişdir ki, İddiaçı 134.000 manat dəyərində olan lizinq obyektinin əldə edilməsi və iddiaçının mülkiyyətinə keçməsi üçün 40.200 manat avans ödəmiş, müqavilə müddətində və lizinq obyektinin geri qaytarıldığı xx.xx.2021-ci il tarixə qədər apardığı ödənişlərdən sonra müqavilə üzrə cəmi ödənilməli olan məbləğ 27.684,41 manat, lizinq obyektinin qalıq dəyəri isə 70.000 manat təşkil etmişdir.
18. Göründüyü kimi, lizinq müqaviləsi üzrə öhdəliklər İddiaçı tərəfindən icra edilməmiş, 27.684,41 manat borcu olmuş, bundan sonra lizinq obyekti geri qaytarılmış və lizinq verən tərəfindən də, digər şəxsə lizinqə verilmişdir.
19. Belə olan halda, Məhkəmə qeyd edir ki, lizinq obyektinin yenidən İddiaçı geri qaytarılması ilə bağlı əsas yoxdur.
20. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
21. Nəticə:
22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “lizinq obyektinin qaytarılması və s.” tələbinə dair iddiası rədd olunsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov