Məhkəmə qərarları › İş №e-2-2(113)-1576/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1576/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1576/2025 03.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı DossoDossi Tekstil Sanayi Turizm ve Organizasyon Anonim şirkətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı DossoDossi Tekstil Sanayi Turizm ve Organizasyon Anonim şirkətinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı DossoDossi Tekstil Sanayi Turizm ve Organizasyon Anonim şirkətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı DossoDossi Tekstil Sanayi Turizm ve Organizasyon Anonim şirkəti Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2023-cü il tarixli müqavilə üzrə 8200 (səkkiz min iki yüz) ABŞ dolları əsas borc, 200 (iki yüz) ABŞ dolları cərimə məbləği olmaqla ümumilikdə 8400 (səkkiz min dörd yüz) ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və ödənilmiş 136 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında D/AZ-01 saylı,10 iyun 2023-cü il tarixli müqaviləyə və üzləşdirmə aktına əsasən 11200 ABŞ dolları məbləğində mallar lazımi qaydada qablaşdırılmış, sənədləşdirilmiş və istehsal defekti olmayan (qüsursuz) keyfiyyət göstəriciləri standartlara uyğun şəkildə cavabdehə vaxtında təhvil verilərək onun tərəfindən qəbul edilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən cavabdeh 15 avqust 2023-cü il tarixdən 01 oktyabr 2023-cü il tarixədək borcunu ödəməli idi. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Tərəflər arasında yaranmış borcla bağlı xx.xx.2024-cü il tarixli,15/01 saylı,xx.xx.2024-cü il tarixli D/Az-27/09 №li üzləşdirmə aktları imzalanmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı DossoDossi Tekstil Sanayi Turizm ve Organizasyon Anonim şirkətinin nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh borcu qəbul etdiyini bildirmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, DossoDossi Tekstil Sanayi Turizm ve Organizasyon Anonim şirkəti (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2023-cü il tarixli 01 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.

9. Müqavilənin 1.1-ci bəndinə əsasən alıcı bu müqaviləyə uyğun olaraq mallardan öz istəyi ilə seçərək əvvəlcədən sifariş edir, satıcı isə həmin malların hazırlanması və göndərilməsini təmin edir, bu müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya tam olaraq ödəməyi öhdəsinə götürür.

10. Müqaviləyə əsasən sifariş olunan malların ümumi məbləği 11.200 ABŞ dolları təşkil edir.

11. Müqavilə hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.

12. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

13. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan DossoDossi Tekstil Sanayi Turizm ve Organizasyon Anonim şirkətinin üzərinə düşür.

14. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli üzləşdirmə aktına əsasən 11.200 ABŞ dolları dəyərində mallar alıcıya təhvil verilərək, onun tərəfindən qəbul edilmişdir. Üzləşdirmə aktına əsasən tərəflər Cavabdeh DossoDossi Tekstil Sanayi Turizm ve Organizasyon Anonim şirkətinə qalıq borcunun 9.400 ABŞ dolları məbləğində olduğunu təsdiq etmişlər.

15. Hazırda iddiaçı cavabdeh tərəfindən ödənişlər həyata keçirildikdən sonra qalıq 8.200 ABŞ dolları məbləğində borcunun qaldığını bildirmişdir.

16. Məhkəmə iclasında iştirak edən Cavabdeh da borcu qəbul etdiyini, Sahibkarlıq fəaliyyəti uğursuz olduğundan gəlir əldə edə bilmədiyini və ödənişi vaxtında etmədiyini, lakin, son müddət iddiaçıya ödəniş həyata keçirdiyini bildirmişdir.

17. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalı, 8.200 ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

18. Məhkəmə 200 ABŞ dolları məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

19. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən əgər alıcı müqavilədə qeyd edilmiş ödənişləri tam həyata keçirməzsə, ötürülmüş hər gün üçün borc məbləğinin 2% həcmində cərimə ödəyir.

20. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

21. Hazırkı işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 200 ABŞ dolları məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.

22. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 136 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

23. Belə ki, iddia ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixli, **********9 nömrəli qəbzə əsasən iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 136 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

24. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 8.200 (səkkiz min iki yüz) ABŞ dolları, cərimə borcu üzrə 200 (iki yüz) ABŞ dolları, ümumilikdə 8.400 (səkkiz min dörd yüz) ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla Cavabdeh tutularaq DossoDossi Tekstil Sanayi Turizm ve Organizasyon Anonim şirkətinin DossoDossi Tekstil Sanayi Turizm ve Organizasyon Anonim şirkətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 136 (bir yüz otuz altı) manat məbləğində pul Cavabdeh tutularaq DossoDossi Tekstil Sanayi Turizm ve Organizasyon Anonim şirkətinin DossoDossi Tekstil Sanayi Turizm ve Organizasyon Anonim şirkətinə ödənilsin. Qətnamə təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar