Məhkəmə qərarları › İş №e-2-2(113)-1578/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1578/2020

19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1578/2020 19.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi, Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədirliyi ilə, X2 Bağman qızının katibliyi ilə, İddiaçının direktoru X1 iştirakı ilə, İddiaçı “X4” məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı cavabdehdən 23774 manatın və dövlət rüsumu əvəzi olaraq 30 manatın iddiaçıya alınıb verilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə islasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdehdən 23774 manatın və dövlət rüsumu əvəzi olaraq 30 manatın iddiaçıya alınıb verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı “X4” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddiadan imtina etdiklərini bildirmiş, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin iddiadan imtina etməsi heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə iddiaçının iddiadan imtinası qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.4 maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verməlidir. Buna görə də məhkəmə hesab edir ki,iddiaçı “X4” məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı cavabdehdən 23774 manatın və dövlət rüsumu əvəzi olaraq 30 manatın iddiaçıya alınıb verilməsi barədə iddiasına dair kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 52-ci, 262-264cü, 267-ci və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “X4” məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı cavabdehdən 23774 manatın və dövlət rüsumu əvəzi olaraq 30 manatın iddiaçıya alınıb verilməsi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə icraata xitam verilsin. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən-Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar