Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1578/2022 11.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 11663,31 manat pulun və 200 manat ilkin mediasiya sesssiyası üçün ödənilmiş pul məbləğinin, cəmi 11863,31 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 19 aprel 2021-ci il tarixli AS01/0421 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə görə satıcı olaraq iddiaçı ərzaq və qeyri-ərzaq məhsullarını satmağı öz öhdəsinə götürür, alıcı olaraq cavbadeh isə öz növbəsində müqavilənin şərtləri daxilində həmin malları qəbul edib dəyərinin ödənilməsini öz üzərinə götürmüşdür. Müqavilənin 1.2ci maddəsinə əsasən satılacaq malların adlandırılmasını iddiaçının mənbə sənədlərinə əsasən aparılacaq və bütün satış sənədlərində öz əksini tapacaqdır. Müqavilə hüquqi qüvvəyə sahib olduqdan sonra tərəflərin alqı-satqı obyekti olacaq malların adı, növü, ölçüsü, çeşidi və digər xüsusiyyətləri barədə razılaşması “qiymətlərin razılaşdırılmasına dair Protokol” əsasında həyata keçiriləcək. 20 aprel 2021-ci il tarixində 19 aprel 2021-ci il tarixli AS01/0421 saylı alqı-satqı müqaviləsi əsasında iddiaçı ilə cavabdeh arasında təhviltəslim aktı tərtib olunmuşdur. Həmin akta əsasən 352 paçka X1 No 4-NMAXİ (60PCS*4), 352 paçka X1 No 5-NMAXİ (52PCS*4) və 352 paçka X1 No 6-XLARGE (40PCS*4) qeyriərzaq məhsullarını iddiaçı cavabdehə təhvil vermişdir. 19 aprel 2021-ci il tarixli AS01/0421 saylı alqı-satqı müqaviləsinə dair qiymətin razılaşdırma protokoluna əsasən hər birinin dəyəri 9,36 manat sayı (paçkası) 352 ədəd olan X1 No 4-NMAXİ (60PCS*4) qeyri-ərzaq məhsulunun ümumi dəyəri 3294,72 manat, hər birinin dəyəri 9,36 manat sayı (paçkası) 352 ədəd olan X1 No 5-NMAXİ (52PCS*4) qeyri-ərzaq məhsulunun ümumi dəyəri 3294,72 manat və hər birinin dəyəri 9,36 manat sayı (paçkası) 352 ədəd olan X1 No 6-XLARGE (40PCS*4) qeyri-ərzaq məhsulunun ümumi dəyəri 3294,72 manat, CƏM1İ1663,31 (ədv daxil olmaqla) manat təşkil edir. İddiaçı müqavilə öhdəliyini icra edərək cavabdehin mülkiyyətinə ümumi dəyəri 11663,31 (ƏDV daxil olmaqla) manat təşkil edən qeyri-ərzaq məhsullarını vermişdir, lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, qeyri-ərzaq məhsullarının dəyərini İddiaçıya ödəməmişdir. İş materiallarına əlavə edilmiş “Poçt göndərişinin verilməsi haqqında” xəbərnaməyə əsasən 04 dekabr 2021-ci il tarixli pretenziya məktubu cavabdeh müəssisənin hüquqi ünvanına göndərilmişdir. İş materiallarına əlavə edilmiş mediasiya arayışına əsasən tərəflərdən biri cavabdeh ilkin mediasiya sessiyasından keçirilmə üçün gəlməmişdir. Göstərilənlərə əsasən 11663,31 manat pulun və 200 manat ilkin mediasiya sesssiyası üçün ödənilmiş pul məbləğinin, cəmi 11863,31 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı müqavilə üzrə cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də Məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 19 aprel 2021-ci il tarixli AS01/0421 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı (iddiaçı) bundan sonra mal adlandırılacaq ərzaq və qeyri-ərzaq məhsullarını satmağı öz öhdəsinə götürür, alıcı (cavabdeh) isə öz növbəsində bu müqavilənin şərtləri daxilində həmin malları qəbul edib dəyərinin ödənilməsini öz üzərinə götürür. Müqavilənin 1.2-ci maddəsinə əsasən büqavilə üzrə satılacaq malların adlandırılmasını satıcının mənbə sənədlərinə əsasən aparılacaq və bütün satış sənədlərində öz əksini tapacaqdır. Müqavilə hüquqi qüvvəyə sahib olduqdan sonra tərəflərin alqı-satqı obyekti olacaq malların adı, növü, ölçüsü, çeşidi və digər xüsusiyyətləri barədə razılaşması “qiymətlərin razılaşdırılmasına diar protokol” əsasında həyata keçiriləcək. Tərəflər arasında yuxarıda göstərilmiş razılaşdırma işləri qiymətlətin razılaşdırılmasına dair protokol ilə yanaşı malları təqdim edən tərəfin “təsdiq gözləyən” statusunda göndərdiyi elektron-qaimə vasitəsilə də qarşı tərəfə təqdim edilə bilər. Alıcının həmin elektron qaiməni nəzərdən keçirərək təsdiq etməsi “qiymətlərin razılaşdırımasına dair protokolun təsdiq edilməsi olaraq başa düşülür. AS01/0421 saylı 19 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsinin Qiymətin razılaşdırma protokolundan görünür ki, iddiaçı tərəfindən cavabdehə 11663,31 manat məbləğində malın verilməsi razılşadırılmış, satılacaq malların adı, ölçü vahidi, qiyməti göstərilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 20 aprel 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən 19.04.2021-ci il tarixli AS01/0421 saylı müqaviləyə əsasən cavabdehə X1 No 4-NMAXİ (60PCS*4) qeyri-ərzaq məhsulunun ümumi dəyəri 3294,72 manat, hər birinin dəyəri 9,36 manat sayı (paçkası) 352 ədəd olan X1 No 5- NMAXİ (52PCS*4) qeyri-ərzaq məhsulunun ümumi dəyəri 3294,72 manat və hər birinin dəyəri 9,36 manat sayı (paçkası) 352 ədəd olan X1 No 6-XLARGE (40PCS*4) olan mallar təhvil verilmişdir. EBBA 539786 nömrəli 21.04.2021-ci il tarixli elektron qaiməyə əsasən cavabdeh tərəfindən iddiaçıya satın alınmış mallara görə ödənilməli olan məbləğ 11663,31 manat təşkil İddiaçı tərəfindən cavabdehə göndərilmiş müqavilə öhdəliyinin icra edilməsi tələbinə dair pretenziya məktubundan görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 19 aprel 2021-ci il tarixli AS01/0421 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 11663,31 manat məbləğində borcun 5 iş günü müddətində ödənilməsini cavabdehdən tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İlkin mediasiya sessiyasında iştirakı edilməməsi barədə 02 fevral 2022-ci il tarixli MŞB/3-00037 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 19 aprel 2021ci il tarixli AS01/0421 saylı alqı-satqı müqavilələrindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləainə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 11663,31 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 11663,31 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 11663,31 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 200 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 11663,31 (on bir min altı yüz altmış üç manat otuz bir qəpik) manat məbləğində pul və ödənilmiş 200 (iki yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1578/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1578/2022
11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver