Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1578/2024 02.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC olmaqla) kommersiya mübahisəsi üzrə Açar sözlər: lizinq müqaviləsi üzrə borcun ödənilməsi və lizinq obyektinin geri qaytarılması Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC olmaqla) lizinq müqaviləsi üzrə borcun ödənilməsi və lizinq obyektinin geri qaytarılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. "xxxx" MMC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında xx.xx.2019-cu il tarixdə 128 nömrəli X3 lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən lizinq verən ümumi məbləği 35856 manat olan və müqavilədə göstərilən (1 ədəd Traktor MF 2635 markalı) kənd təsərrüfatı texnikasını (bundan sonra Texnika) dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların bu Müqavilənin 1.1-ci bəndində göstərilən 35856 manat dəyərindən 10000 manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ Lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. 1.3-cü bəndinə əsasən texnika Cəlilabad rayonunda istifadə olunacaqdır. 1.4-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. 2.1.7-ci bəndinə əsasən lizinq alan müqavilə şərtlərinə əməl etmədikdə, o cümlədən qrafik (Əlavə № 1) üzrə ödənişi ardıcıl olaraq iki dəfə aparmadıqda lizinq verən bu Müqavilənin 5.2-5.5-ci bəndlərində göstərilən hərəkətləri edir. 2.2.1-ci bəndinə əsasən lizinq alan texnikanın dəyərinə hesablanmış bütün xərcləri, o cümlədən Respublikadaxili daşınma, saxlama, boşaltma, sığortalama (həmçinin sığorta haqqı Lizinq verən tərəfindən ödənildikdə) və digər xərclərinin ödənilməsini öhdəsinə götürür. 2.2.2-ci bəndinə əsasən lizinq alan lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödəyir. 3.1-ci bəndinə əsasən bu müqaviləyə görə lizinqə verilən Texnika üzərində müstəsna mülkiyyət hüququ onun tam dəyəri lizinq alan tərəfindən ödənilənədək lizinqə verənə məxsusdur. 4.1-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, müqavilənin valyutası Azərbaycan Respublikasının manatı ilə ifadə olunur. Lizinq alan bu müqavilənin 1.2-ci bəndində göstərilən qabaqcadan ödəniş də daxil olmaqla, Texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə №1) uyğun olaraq ödənişləri həyata keçirir. 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb edir. 5.1.6-cı bəndinə əsasən texnikadan istifadə üçün bu Müqaviləyə Əlavə №1 -də nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq alan tərəfindən müqavilənin şərtlərinin kobud pozuntusu halları hesab edilir. 5.2-ci bəndinə əsasən göstərilən hallardan biri mövcud olduqda lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, müqaviləni bir tərəfli surətdə ləğv etmək, Texnikanı saz vəziyyətdə geri götürmək və ya Texnikanın qalıq dəyərini tələb etmək, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlamaq və vurulmuş zərərin tam ödənilməsini tələb etmək hüquqlarına malikdir. Bu halda Lizinq verən Lizinq alandan götürülmüş Texnikanı başqa şəxsə lizinqə verə bilər. 5.4-cü bəndinə əsasən lizinq alan tərəfindən bu müqavilənin 5.1.6-cı bəndində göstərilən hala yol verildikdə Lizinq verən bu müqavilənin 5.2-ci bəndində göstərilənləri həyata keçirmək, Lizinq alanın borclu olduğu məbləği və bu Müqavilənin 4.2-ci bəndinə uyğun olaraq, gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir. 9-cu bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. Müqavilə lizinq alanın imzası, lizinq verən imzası və möhürü ilə təsdiq edilmişdir.
2. Ödəniş cədvəlinə əsasən lizinq alan tərəfindən 60 ay müddətində hər ay 430,93 manat olmaqla cəmi 25.856 manat məbləğində lizinq ödənişləri edilməli idi. Ödəniş cədvəli lizinq alanın imzası ilə təsdiq edilmişdir.
3. "xxxx" MMC (hüquq ötürən şəxs) ilə İddiaçı ASC (qəbul edən şəxs) və Cavabdeh (lizinq alan) arasında xx.xx.2020-ci il 01/2020 nömrəli X3 lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə Masallı-0010 nömrəli xx.xx.2020-ci il tarixli Saziş imzalanmışdır. Həmin Sazişin: 1.1-ci bəndinə əsasən hüquq ötürən şəxs 2019-ci il 10 iyul tarixli, 99/0128/NBKT nömrəli X3 lizinqə verilməsi barədə müqavilə üzrə özünə məxsus bütün hüquq və öhdəliklərini qəbul edən şəxsə ötürür, həmçinin Hüquq ötürən şəxs xx.xx.2020-ci il tarixinə qədər Lizinq alanın bütün lizinq ödənişlərini qəbul edərək hüquq qəbul edən şəxsə ötürməyi (hesabına ödəməyi) öz üzərinə götürür. Eyni zamanda qəbul edən şəxs bununla razılaşaraq Lizinq alanların xx.xx.2020-ci il tarixindən etibarən hüquq ötürən şəxsə ödəməli olduğu məbləği Lizinq alanlardan yeni ödəniş qrafiki əsasında qəbul etməyi, o cümlədən müqavilə ilə nəzərdə tutulmuş digər bütün hüquqları və öhdəlikləri öz üzərinə götürür. Lizinq alan isəxs isə bu müqavilə üzrə xx.xx.2020-ci il tarixinə qədər mövcud olan borcunu tam şəkildə hüquq ötürən şəxsə ödəməyi, xx.xx.2020-ci il tarixindən etibarən yeni ödəniş qrafiki əsasında aylıq ödənişləri qəbul edən şəxsə köçürməyi öz öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən lizinq alan şəxs 2019-ci il 10 iyul tarixli, 99/0128/NBKT nömrəli müqavilə üzrə Lizinq verənin əvəz edilməsi ilə və bu Sazişin bütün müddəaları ilə razıdır. 1.3-cü bəndinə əsasən 2019-ci il 10 iyul tarixli, 99/0128/NBKT nömrəli Müqavilə üzrə hüquq ötürən şəxsə məxsus olan bütün hüquq və öhdəliklər qəbul edən şəxsə ötürülür. 1.4-cü bəndinə əsasən bu Saziş 2019-ci il 10 iyul tarixli, 99/0128/NBKT nömrəli X3 lizinqə verilməsi barədə müqavilənin ayrılmaz tərkib hissəsidir və Sazişin imzalanması ilə Qəbul edən şəxs müqavilə şərtləri ilə tanış olduğunu, müqavilənin təsdiq olunmuş bir nüsxəsinin ona verildiyini və bütün hüquq və öhdəlikləri öz üzərinə götürərək müqaviləni vicdanla yerinə yetirməyi öz üzərinə götürür. 1.5-ci bəndinə əsasən borcun təsdiqlənməsi aktı və lizinq ödənişləri üzrə qrafik bu Sazişin əlavəsi olaraq müəyyən edilir. 1.6-cı bəndinə əsasən borcun təsdiqlənməsi zamanı müqavilə üzrə borc qalığında qəbul edən şəxsin zərərinə fərq yarandığı təqdirdə, Hüquq ötürən şəxs bu fərqi 5 (beş) bank günü ərzində qəbul edən şəxsə ödəməlidir. 1.7-ci bəndinə əsasən bu Saziş 2019-ci il 10 iyul tarixli, 99/0128/NBKT nömrəli müqaviləyə əsasən lizinq alan şəxsin hüquq ötürən şəxs qarşısında xx.xx.2020-ci il tarixinə qədər olan borc öhdəliyini əhatə etmir. 2.1-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, lizinq alan şəxs xx.xx.2020-ci il tarixinə qədər hüquq ötürən şəxsə mövcud olan borcunu Saziş qüvvəyə mindiyi tarixdən 1 (bir) ay müddətində tam şəkildə hüquq ötürən şəxsə ödəyir. 2.2-ci bəndinə əsasən lizinq alan şəxsin hüquq ötürən şəxsə borcun təsdiqlənməsi aktına əsasən xx.xx.2020-ci il tarixindən etibarən mövcud olan əsas məbləğ üzrə borcu isə Lizinq alan şəxs Saziş imzalanan tarixdən sonrakı qrafik üzrə qəbul edən şəxsə ödəyir. 2.5-ci bəndinə əsasən bu Saziş imzalandıqdan sonra Lizinq alanın həyata keçirdiyi ödənişlər ilk növbədə xx.xx.2020-ci il tarixdən sonrakı dövrü əhatə edən lizinq ödənişinə yönəldilir. 2.7-ci bəndinə əsasən lizinq alan ödənişləri gecikdirdikdə və Müqavilə üzrə digər öhdəlikləri lazımınca yerinə yetirmədikdə, Müqavilə üzrə nəzərdə tutulmuş məsuliyyəti daşıyır, bu halda Qəbul edən şəxs Lizinq Alana qarşı həmin Müqavilənin 5.2-5.6-cı maddələri ilə nəzərdə tutulmuş sanksiyaları tətbiq edə bilər. 2.8-ci bəndinə əsasən hüquq ötürən şəxs, qəbul edən şəxs və lizinq alanla bu Saziş imzalandıqdan sonrakı 90 gün ərzində aşağıdakı hallar aşkar edildikdə, tərəflərə yazılı bildiriş göndərməklə bu Sazişi birtərəfli olaraq ləğv edə bilər: 2.8.1. əgər Lizinq müqaviləsinin predmetini təşkil edən lizinq obyekti itirilmiş, məhv edilmiş və ya öz təyinatını itirəcək dərəcədə əsaslı dəyişikliyə uğramışdırsa; 2.8.2. əgər Lizinq müqaviləsinin predmetini təşkil edən lizinq obyektinin sənədləri və parametrləri ilə (şassi, ban, mühərrik nömrəsi, istehsal ili, model/marka və s.) üzləşmə zamanı təqdim edilmiş texnika arasında uyğunsuzluq olduqda və əgər bu uyğunsuzluğu aradan qaldırmaq qeyri-mümkündürsə; 2.8.3. əgər Lizinq alanın xx.xx.2020-ci il tarixinədək lizinq müqaviləsi üzrə Hüquq ötürən şəxsə 90 gündən artıq gecikmiş borcu varsa. 2.12-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, Lizinq Alan şəxs bu Saziş üzrə öhdəliklərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə, Qəbul edən şəxs Lizinq alan şəxsə qarşı 2019-ci il 10 iyul tarixli, 99/0128/NBKT nömrəli müqavilə və bu Saziş üzrə iddia hüquqlarına malikdir. 4.1-ci bəndinə əsasən "Müqavilə”nin digər müddəaları dəyişilməz olaraq qalır. 4.2-ci bəndinə əsasən bu Saziş “Müqavilə”nin ayrılmaz tərkib hissəsi olmaqla, imzalandığı gündən qüvvəyə minir. Saziş lizinq alanın imzası, hüquq ötürən şəx və qəbul edən şəxsin imzası və möhürü ilə təsdiq edilmişdir.
4. "xxxx" MMC (hüquq ötürən şəxs) ilə İddiaçı ASC (qəbul edən şəxs) və Cavabdeh (lizinq alan) arasında xx.xx.2020-ci il 01/2020 nömrəli X3 lizinqə verilməsi barədə sazişə dəyişiklik edilməsinə dair xx.xx.2020-ci il tarixli 02 nömrəli Əlavə imzalanmışdır. Həmin Əlavə 2-yə görə tərəflər razılaşmışlar ki:
1. Buraxılmış texniki səhvlərin aradan qaldırılması məqsədilə, tərəflər arasında xx.xx.2020-ci il tarixində bağlanmış “xx.xx.2020-ci il tarixli 01/2020 nömrəli X3 lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə Saziş”in preambulasında, 1.1; 1.2; 1.3; 1.4; 1.7; 2.10; 2.12-ci bəndlərində, həmçinin 1 nömrəli Əlavəsində qeyd olunmuş “10 iyul 2019-cu il tarixli, 99/0128/NBKT nömrəli müqavilə” mətni “02 iyul 2019-cu il tarixli, 127 nömrəli müqavilə” mətni ilə dəyişdirilsin.
2. Bu Əlavə xx.xx.2020-ci il tarixdə bağlanmış xx.xx.2020-ci il tarixli 01/2020 nömrəli X3 lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə sazişin ayrılmaz tərkib hissəsi sayılır və imzalandığı gündən qüvvəyə minir. Əlavə 2 lizinq alanın imzası, hüquq ötürən şəx və qəbul edən şəxsin imzası və möhürü ilə təsdiq edilmişdir.
5. X3 lizinqə verilməsi barədə Masallı 0010 nömrəli müqaviləyə Əlavə 1 olan üzləşmə və təhvil-təslim aktına əsasən müəyyən edilir ki, 1 ədəd Traktor MF 2635 markalı kənd təsərrüfatı texnikası xx.xx.2019-cu ildə 25856 manata lizinqə verilib, xx.xx.2020-ci il tarixə lizinq ödənişi üzrə qalıq borc 22.408,56 manat təşkil edir. Üzləşmə və təhvil-təslim aktı "xxxx" MMC, İddiaçı ASC və Cavabdeh tərəfindən imzalanmışdır.
6. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixə Cavabdeh 02 iyul 2019-cu il tarixli 128 nömrəli X3 lizinqə verilməsi barədə müqavilə üzrə İddiaçı ASC-yə gecikmiş cari borcu 18.961,03 manat təşkil edir.
7. İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə müraciət edilərək, lizinq alan tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərin pozulduğu bildirilmiş, xəbərdarlıq alınandan 3 iş günü ərzində pozulmuş şərtlər təmin edilmədiyi halda lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin lizinq verənin anbarına təhvil verilməsi və borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə müqavilənin şərtlərinin təmin edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün hərəkətlərin dərhal icra ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
8. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC, "xxxx" MMC və Cavabdeh arasında bağlanmış “Kənd təsərrüfati texnikasının lizinqə verilməsi” barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” xx.xx.2020-ci il tarixli Masallı-0010 nömrəli üçtərəfli Sazişə əsasən 18.961,03 manat gecikdirilmiş əsas borcun və 147 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, xx.xx.2019-cu il tarixli 128 nömrəli “X3 lizinqə verilməsi” barədə müqavilə və onun əlavəsi olan xx.xx.2020-ci il tarixli Masallı-0010 nömrəli üçtərəfli Sazişin ləğv edilərək cavabdehin istifadəsində olan lizinq predmetini təşkil edən 1 ədəd Traktor MF 2635 cavabdehdən alınaraq saz və işlək vəziyyətdə hazırki mülkiyyətçi olan İddiaçı ASCyə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 128 nömrəli “X3 lizinqə verilməsi” barədə müqavilə bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd Traktor MF 2635 cavabdehə 60 ay müddətinə lizinqə verilmişdir. İddiaçı "xxxx" ASC, "xxxx" MMC və Cavabdeh arasında “X3 lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” 23 iyul 2020-ci il tarixli Masallı-0010 nömrəli Saziş ilə "xxxx" MMC-yə məxsus hüquq və öhdəliklər iddiaçı "xxxx" ASC-yə ötürülmüşdür. Cavabdeh müqavilə və Sazişin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir, nəticədə cavabdehin lizinq müqaviləsi üzrə "xxxx" ASC qarşısında xx.xx.2024-cü il tarixinə 18.961 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Göstərilən məbləğin ödənilməsi tələbi ilə, tərəflərindən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2023-cü il tarixli, PLP-23/0072 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə, Cavabdeh İddiaçı ASC qarşısında “X3 lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” 23 iyul 2020-ci il tarixli 0010 nömrəli Sazişə əsasən lizinq ödənişləri və hesablaşma qaydalarını pozduğuna görə 18.961 manat gecikdirilmiş əsas borcu yaransa da, cavabdeh həmin ödənişləri icra etməkdən yayınır. 10.İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 445.2.1 və 748-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
11. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
13. Cavabdeh və 3-cü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. 14.Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
15. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
16. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
17. AR Mülki Məcəlləsinin: - 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinə görə tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12-ci maddəsinə görə lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.
18. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ 19.Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. 20.Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" MMC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında X3 lizinqə verilməsi barədə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Mübahisəli hüquq münasibətlərində lizinq verən qismində çıxış edən "xxxx" MMC müqavilə üzrə öhdəliklərini icra edərək lizinq obyekti olan Traktor MF 2635 markalı kənd təsərrüfatı texnikasını lizinq alan Cavabdeh təhvil vermişdir. Daha sonra "xxxx" MMC (hüquq ötürən şəxs) ilə İddiaçı ASC (qəbul edən şəxs) və Cavabdeh (lizinq alan) arasında X3 lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə Masallı-0010 nömrəli xx.xx.2020-ci il tarixli Saziş imzalanmış, "xxxx" MMC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında bağlanmış X3 lizinqə verilməsi barədə müqavilədən irəli gələn "xxxx" MMC-nin hüquq və öhdəlikləri İddiaçı ASC-yə keçmişdir. Bundan sonra lizinq alan Cavabdeh ödəniş cədvəlinə əsasən lizinq ödənişlərini ardıcıl olaraq iki dəfədən artıq ödəməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh lizinq müqaviləsi üzrə 18.961,03 manat məbləğində əsas borcu yaranmışdır. 21.Odur ki, məhkəmə Mülki Məcəllənin 747-ci maddəsinə əsasən mübahisəli öhdəlik hüquq münasibətində kreditor olan lizinq verənin borclu olan lizinq alandan lizinq ödənişlərin edilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, lizinq ödənişlərinə görə borcun tutulması hissəsində iddia təmin edilməli, Cavabdeh 18.961,03 manat məbləğində borc tutularaq İddiaçı ASC-yə ödənilməlidir. 22.Digər tərəfdən lizinq alan Cavabdeh lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq İddiaçı ASC-yə ödəməməklə lizinq müqaviləsi, eləcə də hüquq və öhdəliklərin ötürülməsi barədə saziş üzrə öhdəliklərini pozduğundan İddiaçı ASC Mülki Məcəllənin 748-1.12-ci maddəsinin tələblərinə əsasən həmçinin lizinq obyektinin geri alınması və lizinq müqaviləsinin, eləcə də X3 lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə Sazişin) vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. 23.Odur ki, həmin hissələrdə də iddia təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 128 nömrəli X3 lizinqə verilməsi barədə müqavilə və X3 lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə Masallı-0010 nömrəli xx.xx.2020-ci il tarixli Saziş ləğv edilməli, eləcə də lizinq obyekti olan Traktor MF 2635 markalı kənd təsərrüfatı texnikası geri qaytarılmalıdır. 24.Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 147 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 25.Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 146,88 manat təşkil edir.
26. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 147 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 27.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 128 nömrəli X3 lizinqə verilməsi barədə müqavilə və X3 lizinqə verilməsi barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə Masallı-0010 nömrəli xx.xx.2020-ci il tarixli Saziş ləğv edilsin. Lizinq obyekti olan Traktor MF 2635 markalı kənd təsərrüfatı texnikası Cavabdeh alınaraq İddiaçı ASC-yə qaytarılsın. Cavabdeh 18.961,03 manat məbləğində əsas borc və dövlət rüsumunun əvəzi olaraq 147 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva