Məhkəmə qərarları › İş №e-2-2(113)-1579/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1579/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1579/2021 28.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə sığorta hadisəsi nəticəsində əmlakına dəymiş zərər kimi 15000 (on beş min) manat, hüquqi yardım göstərilməsi üçün 250 (iki yüz əlli) manat və ödənilmiş 30 manat dövlət rüsümu olmaqla, ümumilikdə 15280 (on beş min iki yüz səksən) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, icarəçi İddiaçı X1 ilə aralarında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1058-ci məhəllə (Həsən Əliyev 11) ünvanında yerləşən, Seriya RX ******* №-li Çıxarışa əsasən ümumi sahəsi 43.3 kv.m olan qeyriyaşayış sahəsini 06.07.2019-cu il tarixli 1 №-li İcarə müqaviləsinə əsasən icarəyə götürmüşdür. İcarə predmeti ticarət mağazası kimi fəaliyyət göstərir. 22.10.2019-cu il tarixdə iddiaçı ilə cavabdeh "xxxx" ASC arasında Seriya BB 045262 №-li Daşınmaz əmlakın icbari sığortası haqqında, sığorta məbləği 72737 (yetmiş iki min yeddi yüz otuz yeddi) manat, azadolma məbləği 200 (iki yüz) manat, sığorta haqqı 200 (iki yüz) manat olmaqla, sığorta müqaviləsi bağlanmışdır. 08.02.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nətisəsində ticarət mağazasına ciddi maddi zərər dəymişdir. "xxxx" ASC-yə müraciət edərək hadisə barədə məlumat vermişdir. Cavabdeh cəmiyyətin iddiaçıya ünvanlanmış 22.07.2020-ci il tarixli 0794 №-li Bildirişinə əsasən 08.02.2020-ci il tarixdə baş vermiş hadisə nəticəsində zərər dəymiş əmlakına 1300 (bir min üç yüz) manat məbləğin ödənilməsinin mümkün hesab edilməsi qənaətinə gəlinmişdir, halbuki əmlaka dəymiş zərər qat-qat artıqdır və hesablamalara görə 15000 (on beş min) manat təşkil edir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanan ərizədə qeyd olunur ki, İddiaçı cavabdeh "xxxx" ASC-dən sığorta hadisəsi nəticəsində əmlaka dəymiş zərər kimi 15000 manat, hüquqi yardım göstərilməsi üçün 250 manat və ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 15280 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə hazırkı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert rəyi alınanadək işin icraatı dayandırılmışdır. Ekspert rəyi işlə birlikdə 14.10.2021 -ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə tikinti-texniki ekspertizanın 10/1861 saylı, "28" sentyabr 2021-ci rəyinə əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə 08.02.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ziyanın orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 6404,2 manat məbləğində müəyyən olunmuşdur. "xxxx" ASC-dən ünvanlanan 08 may 2020-ci il tarixli, 05/01-504 saylı məktubdan müəyyən edilmişdir ki, 08.02.2020-ci il tarixdə, saat 02:40 radələrində Bakı şəhəri, H.Əliyev küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə "xxxx" ASC-də sığortalanmış “VAZ-21150” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil (daxil olan müraciətdə isə “VAZ- 21074” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil kimi göstərilib) “İnfiniti G35” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduqdan sonra zərərçəkən X5 məxsus marketə dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi icbari sığorta qanunvericiliyinə əsasən sığorta hadisəsi hesab edildiyindən hadisə üzrə zərərçəkən X5 məxsus daşınmaz əmlaka dəyən maddi zərər üçün mütənasib qaydada PXA 62650 saylı sığorta aktına əsasən tərəfimizdən 3750.00 (üç min yeddi yüz əlli) manat sığorta ödənişi həyata keçirilmişdir. Göründüyü kimi, artıq sözügedən daşınmaz əmlakın mülkiyyətçisi X7 6404,2 manat zərər məbləğinin 3750.00 manatını almışdır və hazırda həmin daşınmaz əmlak üzrə iddia tələbi yalnız 2654 (iki min altı yüz əlli dörd) manat ola bilər. Lakin qeyd olunmalıdır ki, İddiaçı həmin daşınmaz əmlakın mülkiyyətçisi, o cümlədən sığorta münasibətlərində faydalanan şəxs deyil. Ona görə də onun iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, "İcbari sığortalar haqqında” AR Qanununun 6.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Lakin İddiaçı sığorta predmeti sayılan daşınmaz əmlaka dair sərəncam vermək hüququ olmamışdır. Daşınmaz əmlakın mülkiyyətçisi X7 isə icarə müqaviləsində yalnız sahiblik və istifadə hüququna dair iradə ifadəsi nümayiş etdirmişdir. Ona görə də İddiaçı faydalanan şəxs olmadığından iddia tələbi ilə bu məbləğin alınmasına dair subyektiv hüququ yoxdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - “İcarəçi” – “İddiaçı” ilə “İcarəverən” – “X7” arasında bağlanmış 06 iyul 2019-cu il tarixli, 1 nömrəli Əmlakın icarəyə verilməsi haqqında İcarə müqaviləsindən görünür ki, icarəyən verən ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 43,3 kv.m olan qeyri-yaşayış sahəsini icarəçinin müddətli istifaədinsə verir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən aylıq icarə haqqı 433 manat, illik icarə haqqı isə 5196 manat müəyyən edilir. Həmin müqavilənin 3.1ci bəndinə əsasən icarə müqaviləsinin müddəti 06.07.2019-cu il tarixdən 06.07.2025-ci il tarixə kimi müəyyən edilir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 43,3 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında X3 adına 10 yanvar 2019-cu ildə Daşınmaz əmlakın dövlət reyestrində 233 nömrəli reyestr kitabının 21003 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********). - BB seriyalı, 045262 nömrəli daşınmaz əmlakın icbari sığortası haqqında şəhadətnamədən görünür ki, sığortalı İddiaçı icarə müqavilə əsasında istifadəsinə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 43,3 kv.m olan qeyri-yaşayış sahəsi 22.10.2019-cu il tarixdən 21.10.2020-ci il tarixədək "xxxx" ASC tərəfindən icbari sığorta növü ilə sığortalanmış, sığorta haqqı 200 manat, sığorta məbləği 72737 manat, azadolma məbləği 200 manat miqdarında müəyyən edilmişdir. - "xxxx" ASC-nin İddiaçı ünvanladığı 22.07.2020-ci il tarixli 0794 məktubda qeyd olunmuşdur ki, 08.02.2020-ci il tarixində "xxxx" ASC-yə müraciət edərək, sizə məxsus olan və "xxxx" ASC-də “Daşınmaz Əmlakın İcbari sığortası” növü üzrə sığortalanmış Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev 11 ünvanında yerləşən ticarət mağazasına yol nəqliyyat hadisəsi nəticəsində maddi zərər dəydiyini bildirmisiniz. Müraciətlə bağlı bildirmişlər ki, 08.02.2020-ci il tarixində baş vermiş hadisə nəticəsində zərər dəymiş əmlakınıza 1300 (min üç yüz) manat ödənilməsi mümkün hesab edilir. Hesablanmış sığorta ödənişinin alınması üçün bank rekvizitlərinin əks olunduğu müraciət məktubunu təqdim etməyinizi və sığorta aktının tərəfinizdən imzalanıb möhürlənməsi xahiş olunur. - İş materiallarında olan qiymətləndirmə aktından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsinə ümumilikdə 7500 manat məlbəğində ziyan dəymişdir. - "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, 08.02.2020-ci il tarixdə, saat 02:40 radələrində Bakı şəhəri, H.Əliyev küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə "xxxx" ASC-də sığortalanmış “VAZ-21150” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil (daxil olan müraciətdə isə “VAZ-21074” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil kimi göstərilmişdir) “İnfiniti G35” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduqdan sonra zərəçəkən X5 məxsus marketə dəymişdir. Belə ki, baş vermiş yol-nəqliyyat hadisəsi icbari sığorta qanunverciliynə əsasən sığorta hadisəsi hesab edildiyindən hadisə üzrə zərərçəkən X5 məxsus daşınmaz əmlaka dəyən maddi zərər üçün mütənasib qaydada PXA 62650 saylı sığorta aktına əsaən tərəflərindən 3750 (üç min yeddi əlli) manat sığorta ödənişi həyata keçirilmişdir. - PXA seriyalı 62650 nömrəli Sığorta Aktında qeyd olunmuşdur ki, 08.02.2020-ci il tarixdə, saat 02:40 radələrində Bakı şəhəri, H.Əliyev küçəsində sığortalanmış “VAZ-21150” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil “İnfiniti G35” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduqdan sonra X5 məxsus marketə dəymişdir. X5 məxsus marketə dəymiş zərərlə bağlı maddi ziyanın ümumi məbləği 7500 manat müəyyən edilmişdir. X5 ödəniləcək məbləğ isə 3750 manat məbləğində müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 sentyabr 2021-ci il tarixli, 10/1861 saylı ekspert rəyindən müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə 08.02.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ziyanın orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 6404,2 manat məbləğində müəyyən olunur. - İddiaçı tərəfindən cavabdeh "xxxx" ASC-yə ünvanlanmış pretenziya məktubunda qeyd olunmuşdur ki, 08.02.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə ünvanında yerləşən ticarət mağazasına ciddi maddi zərər dəymişdir. "xxxx" ASC-nin ona, yəni İddiaçı ünvanlanmış 22.07.2020-ci il tarixli 094 nömrəli bildirişə əsasən baş vermiş hadisə nəticəsində zərər dəymiş əmlakına 1300 (min üç yüz) manat ödənilməsi mümkün hesab edilməsi barədə qənaətə gəlmisiniz, halbuki, əmlakına dəymiş zərər qat-qat artıqdır və hesablamalra görə 15000 (on beş min) manat təşkil edir. Qeyd edilənlərə əsasən 5 (beş) gün müddətində sığorta ödənişinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə X7 arasında bağlanmış 06 iyul 2019-cu il tarixli icarə müqaviləsi əsasında X7 ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsini İddiaçı icarəyə vermişdir. Həmin qeyri-yaşayış sahəsinə cavabdeh "xxxx" ASCnin iddiaçı ilə 22.10.2019-cu il tarixdə bağlanmış sığorta müqaviləsi əsasında sığorta təminatı verilmiş və sözügedən qeyri-yaşayış sahəsinə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş BB 045262 saylı şəhadətnamədə daşınmaz əmlaka bir il müddətinə sığorta təminatı verilməsi qeyd olunmuşdur. 08.02.2020-ci il tarixdə saat 02:40 radələrində Bakı şəhəri, H.Əliyev küçəsində “VAZ-21150” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil “İnfiniti G35” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sığorta hadisəsi baş vermiş, nəticədə X5 məxsus, İddiaçı tərəfindən icarə müqaviləsi əsasında istifadə edilən qeyri-yaşayış sahəsinə ziyan dəymişdir. Bu hal işdə olan sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3-ci maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. 36.1.7-ci maddəsinə əsasən yerüstü nəqliyyat vasitəsinin dəyməsi nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Əvvəla, cavabdehin nümayəndəsinin iddiaçının hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması barədə izahatına münasibətdə qeyd olunmalıdır ki, iddiaçının belə bir hüququnun olması tərəflər arasında bağlanan sığorta müqaviləsi, yaranan öhdəlik hüquq münasibətlərindən irəli gəlir. Məhkəmə dəymiş ziyanla bağlı qeyd edir ki, iddiaçı tərəfindən sığorta hadisəsi nəticəsində əmlaka dəymiş ziyan kimi 15000 manat məbləğin cavabdehdən tutulması xahiş olunsa da, ekspert rəyindən baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ziyanın orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 6404,2 manat olduğu görünür. Gəlinən nəticəyə əsasən 28.09.2021-ci il tarixli 10/1861 nömrəli məhkəmə ekspertizasının rəyi əsas götürülərək, dəymiş ziyan 6404,2 manat məbləğində müəyyən olunmalı, həmçinin eyni əmlaka dəymiş zərərə görə artıq 3750 manat sığorta ödənişinin əmlakın mülkiyyətçisinə ödənildiyi nəzərə alınaraq, dəymiş zərərin məbləğindən ödənilmiş məbləğ, həmçinin azadolma məbləği çıxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, dəymiş ziyanın məbləği olan 6404,2 manatdan "xxxx" ASC tərəfindən ödənilmiş 3750 manat sığorta ödənişi və 200 manat azadolma məbləği çıxılmaqla, 2454,2 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. İddiaçı hüquqi yardım göstərilməsi üçün 250 (iki yüz əlli) manat məbləğin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddianın verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 25 manat hissəsi iddiaçıya aid edilməli, qalan hissəsinin əvəzi olaraq 5 manat, hüquqi yardım xərci olaraq 41 (qırx bir) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, iddia qismən təmin edildiyindən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 50 (əlli) manat hissəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 50 (əlli) manat hissəsi İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 2454,20 manat (iki min dörd yüz əlli dörd manat iyirmi qəpik) dəymiş ziyan, 41 (qırx bir) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5 (beş) manat olmaqla, cəmi 2500,20 manat (iki min beş yüz manat iyirmi qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun və hüquqi yardım xərcinin qalan hissəsi iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 50 (əlli) manat hissəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 50 (əlli) manat hissəsi İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar