Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1586/2023 02.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı «alqı-satqı müqaviləsi üzrə pulun tutulması» tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, borc, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X2 katibliyi ilə, İddiaçının nümayəndəsi X12 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətnə olan 32497,20 manat borcunu ödəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
1. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli 19-00110 saylı Alqı-satqı müqaviləsi əsasında xx.xx.2020 tarixli EBAM 954285 saylı e-Qaiməyə əsasən 32497,20 manat (ƏDV daxil) mallar Cavabdeh MMC-yə verilmişdir. Müqavilənin əlavəsi olan xx.xx.2020 tarixli X5 əsasən malların dəyəri mallar verildikdən sonra 30 gün müddətində 100 % olaraq ödənilməlidir. Lakin dəfələrlə şifahi və yazılı xəbərdarlığa baxmayaraq 32497,20 manat (ƏDV daxil) məbləğ bu günədək ödənilməmişdir. 2019-cu il 29 mart tarixli 1555-VQ nömrəli “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən xx.xx.2023-cü il tarixdə Mediasiyaya müraciət edilmiş mediator tərəfdən Cavabdeh MMC mediasiyaya dəvət edilsə də mediasiya prosesinə gəlməmişdirlər. Nəticədə xx.xx.2023-cü il tarixdə Bakı 11 saylı Mediasiya Təşkilatı “X8 X11 Arayş”ı təqdim edimişdir.
2. Cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz verərək belə əsaslandırılmışdır ki, hazırkı mübahisə üzrə qanunla nəzərdə tutulmuş mübahisənin mediasiya yolu ilə həlli üzrə qanunda icbari xarakter daşıyan ilkin mediasiya sessiyasının keçirilməsinə dair bildiriş cavabdehə təqdim olunmamış və X8 iştirakı qərəz/səhlənkarlıqla təmin olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “X8 iştirak edilməmə” barədə arayışda bildirişin xx.xx.2023- cü il tarixdə çatdığı qeyd olunmuşdur. Əvvəla, bu qeyddən bildirişin kimə- birinci tərəfə, yoxsa ikinci tərəfə çatdığı bəlli deyil. Digər tərəfdən isə, cavabdeh hüquqi şəxsin nümayəndələri birmənalı şəkildə açıq ünvana malik olmalarına baxmayaraq ilkin mediasiya sessiyasının keçirilməsi barədə hər hansı formada bildiriş almadıqlarını, mübahisədən yalnız məhkəmədən sms-bildiriş göndərildiyi zaman xəbərdar olduqlarını bildirirlər. Sonuncu məhkəmə iclasından sonra mediasiya təşkilatı ilə əlaqə saxlayıb məsələni dəqiqləşdirilməyə çalışılsa da, hər hansı dəqiq cavab verilməmişdir. Halbuki poçt qəbzini göstərməklə məsələ yerindəcə aydınlaşdırıla bilərdi. Buradan da aydın görünür ki, mediasiya qanunvericiliyi ilə müəyyən edilən qaydaya riayət olunmadığından məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli “X8 iştirak edilməmə” barədə arayış hüquqi əhəmiyyəti/etibarlılığı olmayan sənəddir. Mediasiya haqqında qanunun 21.9.1-ci maddəsinə əsasən, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə, məhkəməyə müraciət edildikdə, müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda Məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən iddiaya mahiyyəti üzrə baxılmadan iş üzrə iddianın baxılmamış saxlanılması barədə qərardad çıxarılmalıdır. Ayrıca istər iddianın əsasında duran xx.xx.2019-cu il tarixli müqavilə, istər də xx.xx.2020-ci il tarixli X3 Cavabdeh MMC adından X7 tərəfindən imzalanmışdır. Halbuki həmin şəxsin həmin tarixdə təkbaşına MMC-ni təmsil etmə səlahiyyəti olmamışdır. Belə ki, ARVN yanında Milli Gəlirlər Departamenti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş Cavabdeh MMC-yə münasibətdə Kommersiya Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışda da qanuni təmsilçi kimi - X7 (direktor) və Qanuni nümayəndə (baş direktor) göstərilmişdir. Halbuki, ARVN yanında Milli Gəlirlər Departamenti tərəfindən xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış MMC-nin nizamnaməsinin 5.1-ci maddəsinə əsasən, MMC-nin cari fəaliyyətinə rəhbərlik və onun işlərinin aparılması onun kollegial icra orqanı olan İdarə Heyəti tərəfindən həyata keçirilir. İdarə Heyətinin tərkibi Baş direktor və Direktordan ibarət üzvlərdir. Nizamnamənin 5.4-cü maddəsinə əsasən, X13 səlahiyyətlərinə aid olan məsələlər barədə Baş direktorun yazılı razılığı əsasında yalnız qərar qəbul edə bilər. Kommersiya Hüquqi şəxslərin dövlət reyestrindəki yuxarıdakı məlumatlar açıq məlumat olaraq e-taxes.gov.az internet portalının müvafiq bölməsində ictimaiyyətə təqdim olunur. Yəni iddiaçı tərəf müqavilə bağlayarkən X4 MMC-ni təmsil baxımından məhdud səlahiyyətə malik olduğunu aşkar surətdə bilməli idi. Ən azından, reyestrdən çıxarışda qanuni təmsilçi qismində iki şəxsin iştirak etdiyi aydın görünür və iddiaçı bu məqamı- Tanrıverdi Sadıqovun səlahiyyətini dəqiqləşdirməli idi. Digər tərəfdən, həmin müqavilə və müqavilə üzrə bağlanılan Protokola əsasən alınan malların Cavabdeh MMC-yə heç bir aidiyyəti yoxdur. Tanrıverdi Sadıqov öz şəxsi mülahizəsi və öz sahibkarlıq fəaliyyəti üçün həmin malları almış, bu baxımdan nizamnamədəki səlahiyyətlərindən açıq aşkar kənara çıxaraq bağladığı əqdə görə MMC-nin cavabdehlik daşıması qəbul edilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 350-ci maddəsinə əsasən, əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Sadalanan bu hallar, yəni iddiaçı -tərəfindən açıq şəkildə bilinməli olan- səlahiyyəti nizamnamə əsasında məhdudlaşdırılmış şəxs tərəfindən imzalanmış əqdin etibarsızlığına görə, iddianın əsassız olduğunu sübut edir. İddiaçı müqavilə bağladığı və mal verdiyi X1 pulu tələb edə bilər. Aralarındakı münasibətin Cavabdeh MMC-yə heç bir aidiyyəti yoxdur. MMC özünün təsisçisinin və ya icra orqanında təmsil olunan şəxslərin şəxsi borcları üçün cavabdehlik daşıya bilməz.
3. İddiaçının nümayəndəsi cavabdeh tərəfin etirazına yazılı etiraz verərək bildirmişdir ki, X8n öncə X14 Sistemi vasitəsi ilə xx.xx.2023-cü il tarixli ******* saylı məktubla borcun ödənilməsi üçün cavabdehə bildiriş göndərilmiş, daha sonra xx.xx.2023-cü il tarixdə isə X9 Barədə Təklif cavabdehə göndərilmiş və qəbul etmişdir. Bu səbəbdən cavabdeh tərəfin Mediasiya prosesindən xəbərdar olmadığı iddiasını əsassız hesab edir. Cavabdeh tərəf etirazında bildirir ki, “İddianın əsasında duran 20.12,2019-cu il tarixli müqavilə və onun əlavəsi xx.xx.2020-ci il tarixli QRP Cavabdeh MMC adından Sadıqov Tanrıverdi tərəfindən imzalanmış, S. Tanrıverdinin isə təkbaşına MMC-ni təmsil etmə səlahiyyəti olmamışdır”. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən xx.xx.2019-ci il tarixdə EBAE 382204 saylı e- Qaimə ilə 6237.15 manat (ƏDV daxil), xx.xx.2020-ci il tarixdə EBAİ 188889 saylı e-Qaimə ilə 5548.74 manat (ƏDV daxil) və xx.xx.2020-ci il tarixdə EBAM 954285 saylı e-Qaimə ilə 32497.20 manat (ƏDV daxil) mallar Cavabdeh MMC-yə satılmış e-Qaimələr təqdim edilmiş və təsdiqlənmişdir. Müvafiq olaraq Cavabdeh MMC-nin bank hesabından xx.xx.2019-ci il tarixdə 5285.72 manat (Qeyd: xx.xx.2019 tar HESAB N01353 19 es profil alınması), xx.xx.2020-ci il tarixdə isə 4702.32 manat (Qeyd: xx.xx.2020 tar HF 00129 20 esas profil alınması) ƏDV Depozit hesabından xx.xx.2020-ci il tarixdə 951.43 manat (Qeyd: İJ 237660 saylı VHF əsasən köçürülür) və 846.42 manat (Qeyd: xx.xx.2020 tarixli 00129-20 saylı hesaba əsasən köçürülür) ödənilmişdir. Əgər cavabdehin qeyd etdiyi kimi xx.xx.2019-cu il tarixli müqavilə MMC-nin xəbəri olmadan Sadıqov Tanrıverdi tərəfindən imzalanmışdırsa o zaman həmin müqaviləyə əsasən bu qədər əməliyyatlar MMC-nin xəbəri olmadan necə olmuşdur. Eyni zamanda etiraz ərizəsində cavabdehin təqdim etdiyi Nizamnamənin 5.3 və 5.4-cü maddələrinə əsasən ödəmələr Baş direktorun qərarı əsasında edilir. Bu səbəbdən cavabdeh tərəfin Cavabdeh MMC-nin müqavilədən və malalışından xəbərdar olmadığı iddiası əsassız hesab edir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X15 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi cavabdeh tərəfin etirazı tamamilə əsassızdır. Qarşı tərəfin mediasiya prosesinin düzgün aparılmaması ilə bağlı bildirdikləri ilə razı deyil. Belə ki, qarşı tərəf keçən iclasda bildirmişdir ki, “Mediasiya haqqında” Qanununun 21.6-cı maddəsinə əsasən göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə mediasiya prosesinə xitam verilir. Lakin həmin Qanunun 21.7-ci maddəsində qeyd edilmişdir ki, Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə mediasiya prosesinə xitam verilir. Qanunun 21.8-ci maddəsi isə 10 gün müddətində təklifə cavab verilməyibsə mediasiya təşkilatına müraciət etməsini nəzərdə tutmuşdur. İddiaçı da həmin 10 gün müddətinə riayət etmişik. Bundan başqa qarşı tərəf bildirir ki, aprılmış əməliyatlardan məlumatı olmamışdır. Lakin cavabdeh şirkətlə əvvəllər də işğüzar münasibətərimiz olmuşdur. Təqdim etdiyimiz sənədlərdən görünür ki, elə həmin müqavilə üzrə əvvəllər ödənişlər də aparılıb. Odur ki, cavabdeh tərəfin müqavilədən xəbəri olmadığını əsassız hesab edir.
5. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər və etirazda bildirdikləri kimi bu borcun birmənalı şəkildə MMC-nin qanuni təmsilçilik funksiyasına malik olmayan təsisçi X6 aid olduğunu qeyd edirlər. Ayrıca mediasiya prosesi düzgün aparılmadığından mahiyyəti üzrə baxıla bilməzdi. Məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.
8. İddia ərizəsinə əlavə olunmuş İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 19-00110 saylı alqı-satqı müqaviləsinə əsasən:
9. Maddə1. Müqavilənin predmeti
10. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolunda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, alıcı isə həmin malı qəbul edir və bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür.
11. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda öz əksini tapmışdır.
12. Maddə 2. Malın qiyməti və müqavilənin ümumi dəyəri
13. Həmin müqavilənin 2.1.-ci bəndinə əsasən malın qiyməti, təhvil verilmə müddəti və ödəniş müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolu ilə müəyyən edilir.
14. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən malın qiymətlərin razılaşdırılması protokolunda göstərilən qiymətinin dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı əsasında və bu müqavilənin 2.3-cü bəndinə uyğun surətdə yol verilir. Belə razılaşma tərəflər arasında bu barədə yazılı əlavə razılaşmanın imzalanması ilə etibarlıdır. Razılıq əldə edilmədikdə, satıcı qiymətlərin razılaşdırılması protokolunda göstərilən qiymətlərlə mal təchiz etməyə davam edir.
15. Maddə 3. Tərəflərin hüquq və vəzifələri
16. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən satıcının aşağıdakı hüquqları vardır:
17. - 3.1.1.Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək;
18. - 3.1.3.Alıcının təqsiri nəticəsində vurulan zərərin ödənilməsini tələb etmək;
19. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən satıcının aşağıdakı vəzifələri vardır:
20. - 3.2.1.Malı müqavilə ilə müəyyən edilmiş qaydada alıcının mülkiyyətinə vermək;
21. Həmin müqavilənin 3.3.-cü bəndinə əsasn alıcının aşağıdakı hüquqları vardır:
22. - 3.3.1.Əgər satıcı satılmış malı alıcıya verməkdən imtina edərsə, müqavilənin icrasından imtina etmək;
23. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən alıcının aşağıdakı hüquqları vardır:
24. - 3.4.1. Malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (malın qiymətini) bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək;
25. Maddə 4. Malın təhvil verilməsi
26. Həmin müqavilənin 4.1.-ci bəndinə əsasən satıcı malın təhvil verilməsi ilə birlikdə zəruri olan sənədləri alıcıya təqdim etməlidir.
27. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən mal alıcıya onun müəyyən etdiyi səlahiyyətli şəxs və ya tərəflərin əlavə razılığı ilə çatdırılma vasitəsilə verilir. Çatdırılma vasitəsilə mal verildikdə bununla bağlı əlavə razılıq və onun şərtləri 1 nömrəli Əlavədə göstərilir.
28. Maddə 5. Hesablaşma qaydası və ödəniş şərtləri
29. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən alıcı tərəfindən malın dəyərinin köçürmə yolu ilə həyata keçirilir.
30. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 19- 001100 saylı alqı-satqı müqaviləsinə əlavə edilmiş 28 iyul 2020-ci il tarixli X5 əsasən Cavabdeh MMC-yə veriləcək müxtəlif adda malların yekun dəyəri 32497,20 manat müəyyən edilmişdir.
31. xx.xx.2019-cu il tarixli hesab fakturaya əsasən Cavabdeh MMC-yə ƏDV daxil 6237,15 manat dəyərində mal verilmiş və buna dair EBAE seriyalı, 382204 saylı və xx.xx.2019-cu il tarixli elektron qaimə və İJ seriyalı, 237660 saylı xx.xx.2019-cu il tarixli elektron vergi hesab faktura təqdim edilmişdir.
32. xx.xx.2020-ci il tarixli hesab fakturaya əsasən Cavabdeh MMC-yə ƏDV daxil 5548,74 manat dəyərində mal verilmiş və buna dair EBAİ seriyalı, 188889 saylı xx.xx.2020-ci il tarixli elektron qaimə təqdim edilmişdir.
33. 11 fevral 2020-ci il tarixli ödəniş tapşırığına əsasən CavabdehMMC tərəfindən İJ 237660 saylı VHF əsasən 951,43 manat və xx.xx.2020-ci il tarixli 00129-20 saylı hesaba əsasən isə 846,42 manat ƏDV depozit hesabına ödənişlər edilmişdir.
34. 28 iyul 2020-ci il tarixli, EBAM seriyalı, 954285 saylı elektron qaiməyə əsasən Cavabdeh MMC-yə 32497,20 manat dəyərində mal təhvil verilmişdir.
35. 25 yanvar 2023-cü il tarixli müştəri əməliyyatlar cədvəlinə əsasən Cavabdeh MMC-nin 32497,20 manat borcu olduğu qeyd olunmuşdur.
36. İddiaçı MMC-nin 13 aprel 2023-cü il tarixli hesabdan çıxarışından göründüyü kimi Cavabdeh MMC-yə məxsus bank hesabından xx.xx.2019 tarixə HESAB N01353 19 es profil alınması üzrə 5285,72 manat və xx.xx.2020-ci il tarixdə isə HF 00129-20 esas profil alınması üzrə isə 4702.32 manat məbləğində ödənişlər edilmişdir.
37. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
38. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
39. Beləliklə, məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında malların alqı-satqısı haqqında müqavilə bağlanmış, iddiaçı (satıcı) 32497,20 manat dəyərində malları cavabdehə təhvil vermiş, cavabdeh isə həmin malların dəyərini ödəməmişdir.
40. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə olan halda hazırkı iddia üzrə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 567-ci maddəsi nəzərdən keçirilə bilər.
41. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
42. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanış xx.xx.2020-ci il tarixli qiymətlərin razılaşma prokoluna əsasən mallar təhvil verildikdən sonra 30 gün müddətində ödənilməsi şəklində müəyyən olunmuşdur.
43. Mülki Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
44. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
45. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
46. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
47. İddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən 32497.20 manat pulu ödəmədiyini, iddiaçının əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi 32497.20 manat borcun tutulması ilə bağlı əsaslıdır və ödənilməmiş həmin borc Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
48. Bundan başqa məhkəmə cavabdeh tərəfin etirazının əsasını təşkil edən iki fakta - mediasiya prosesi barədə məlumatlandırılmaması və buna dair arayışın təqdim edilməməsi, o cümlədən müqavilə imzalayan şəxsin səlahiyyətli olmamasına dair hüquqi qiymətləndirmə aparılmasını zəruri hesab edir və bununla bağlı gəlmiş olduğu qənaət aşağıdakı kimidir.
49. İlk olaraq cavabdeh qeyd edir ki, mediasiya ilə bağlı qanunvericiliyin tələblərinin pozulması arqumentindən çıxış edərək iddiaya ümumiyyətlə baxıla bilməzdir.
50. Belə ki, Azərbaycan Respublikası MPM-in 250.0.13-cü maddəsinin tələblərinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır.
51. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsinə əsasən aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: - 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; - 21.9.2. tərəflər arasında “X9 barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə; - 21.9.3. tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə; - 21.9.4. bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə.
52. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri X8 iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “X8 iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.
53. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan və tərəflərin arasında ilkin mediasiya prosesinin keçirilməsi tələbi qanunla nəzərdə tutulmuş və “Mediasiya haqqında” qanunun 28 və 29-cu maddəsinin tələblərinə əsasən tərtib edilmiş arayışı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmçinin iddiaçı tərəfindən cavabdeh MMC-yə 04 yanvar 2023-cü il tarixdə onlayn karguzarlıq vasitəsilə pretenziya məktubu da göndərilmişdir. Bundan sonra qarşı tərəfin ünvanına xx.xx.2023-cü il tarixdə könüllü X9 barədə təklif göndərilmiş və MMC-nin adından müqaviləni imzalamış Tanrıverdi Sadıqov qəbzə imza etməklə həmin təklif məktubunu qəbul etmişdir.
54. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.6-cı maddəsinə əsasən tərəflərdən biri X9 barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.
55. Həmin Qanunun 21.7-ci maddəsinə əsasən bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə mediasiya prosesinə bu Qanunun 32.1.4-cü maddəsinə əsasən, həmin təklif 10 gün ərzində hər hansı formada rədd edildikdə isə mediasiya prosesinə bu Qanunun 32.1.3-cü maddəsinə əsasən avtomatik xitam verilir.
56. Həmin Qanunun 21.8-ci maddəsinə əsasən tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeydşərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “X9 barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.
57. Məhkəmə medisasiya ilə bağlı yekun olaraq qeyd edir ki, iddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq qarşı tərəfi məhkəmədən mübahisənin mediasiya vasitəsi ilə həllinə dəvət etmiş, lakin həmin dəvətə 10 gün ərzində cavabdeh tərəf münasibət bildirilmədiyindən və iddiaçı tərəfindən nəzərdə tutulmuş həmin müddət keçdikdən sonra ilkin mediasiya prosesisinin keçirilməsi üçün medasiya təşkilatına müraciət edilmiş, buna dair bildirişlər də qarşı tərəfə təqdim edilmiş və qanunvericiliyin yuxarda qeyd olunan tələblərinə də əməl edilmişdir. Digər tərəfdən cavabdehin nümayəndəsi etirazında bildirmişdir ki, xx.xx.2023-cü il tarixli “X8 iştirak edilməmə” barədə arayışda bildirişin xx.xx.2023- cü il tarixdə çatdığı qeyd olunmuşdur. Əvvəla, bu qeyddən bildirişin kiməbirinci tərəfə, yoxsa ikinci tərəfə çatdığı bəlli deyil. Digər tərəfdən isə, cavabdeh hüquqi şəxsin nümayəndələri birmənalı şəkildə açıq ünvana malik olmalarına baxmayaraq ilkin mediasiya sessiyasının keçirilməsi barədə hər hansı formada bildiriş almadıqlarını, mübahisədən yalnız məhkəmədən sms-bildiriş göndərildiyi zaman xəbərdar olduqlarını bildirirlər. Sonuncu məhkəmə iclasından sonra mediasiya təşkilatı ilə əlaqə saxlayıb məsələni dəqiqləşdirilməyə çalışılsa da, hər hansı dəqiq cavab verilməmişdir. Halbuki poçt qəbzini göstərməklə məsələ yerindəcə aydınlaşdırıla bilərdi. Məhkəmə bu arqumentə dair qeyd edir ki, hazırlıq iclası zamanı məhkəmə tərəfindən cavabdehin nümayəndəsinə “mediasiya sessiyasının düzgün keçirilməməsi ilə bağlı (bildirişin onlara çatdırılmaması ilə bağlı) mediator/mediasiya təşkilatı barədə hər hansı şikayət/narazıçılıq bildirilmişdir mi” verilən suala cavab olaraq nümayəndə bildirilmişdir ki, mediator/mediasiya təşkilatı barədə şikayət etməyiblər. Digər tərəfdən iş materiallarına əlavə olunmuş 116981 nömrəli poçt xəbərnaməsindən görünür ki, 11 saylı Mediasiya Təşkilatı (mediator Mürşüdov Səxavət) tərəfindən Cavabdeh MMC-nin ünvanına xx.xx.2023-cü il tarixində məktub göndərilib və məktub “Məmmədova” qeydi ilə imzalanaraq qəbul edilmişdir.
58. Məhkəmə qeyd edir ki, mediasiyanın əsas məqsədi tərəflər arasında mübahisələrin məhkəmədən kənar həll edilməsidir. Bu məqsədlə də, Mediator ilkin mediasiyada tərəfləri dəvət etməklə onları tam mediasiya prosesinə keçirilməsi üçün tədbirlər görməlidir. Bu xüsusda məhkəmə cavabdeh tərəfindən verilən yazılı etiraz ərizəsinə (iddianın ümumiyyətlə qəbul etməməsi) və nümayəndəsinin məhkəmə iclasında izahatına əsaslanaraq belə gənayətə gəlir ki, cavabdeh tərəfin hazırki mübahisənin məhkəmədən kənar (mediasiya qaydasında) həll etmək niyyəti ümumiyyətlə olmamışdır və cavabdeh tərəf mediator tərəfindən göndərilən bildirişi almasına baxmayaraq mediasiya sessiyasında məqsədli olaraq iştirak etməmişdir. Çünki iddiaçı tərəfindən cavabdehə göndərilən (və cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində alınması mübahisələndirilməyən) Mediasiya prosessinin tətbiqi barədə təklif də cavabsız qalmışdır. Ona görə də, cavabdehin ilk dəlili əsassızdır, mediasiya sessiyası ilə bağlı həm iddiaçı, həm mediator tərəfindən zəruri hərəkətlər edilmişdir.
59. Cavabdehin etirazında qeyd etdiyi ikinci dəlili - müqaviləni imzalayan şəxsin həmin tarixdə Cavabdeh MMC-ni təmsil etməyə səlahiyyətinin olmamasıdır. Buna əsas kimi xx.xx.2019-cu il tarixli kommersiya hüquqi şəxslərin dövlət reyestrindən verilmiş çıxarışa, müqavilə bağlanarakər MMC-nin direkotorun X4, baş direktor isə Qanuni nümayəndə olmasına, o cümlədən həmin tarixdə qeydə alınmış nizamnamənin 5.1-ci maddəsinə istinad etmişdir.
60. Məhkəmə bu hissədə də hesab edir ki, cavabdehin dəlili əsassızdır.
61. Belə ki, Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli nizamnaməsinin 5.1-ci bəndinə əsasən cəmiyyətin fəaliyyətinə rəhbərlik və onun işlərinin aparılması onun kollegial icra orqanı olan idarə heyəti tərəfindən həyata keçirilir və idarə heyətinin tərkibi hər biri qanuni təmsilçilik funksiyalarına malik olan Baş direktor və direktor vəzifələrindən ibarət üzvlərdir.
62. İlkin olaraq məhkəmə Cavabdehin nümayəndəsinin etirazında qeyd etdiyi kimi xx.xx.2019-cu il tarixli kommersiya hüquqi şəxslərin dövlət reyestrindən verilmiş çıxarışda qanuni təmsilçi kimi X7 və Qanuni nümayəndə göstərildiyi faktına qiymət verilməsini zəruri hesab edir.
63. Həmin çıxarışa baxış keçirilən zaman hər iki şəxsın qanuni təmsilçi olması və cavabdehin nümayəndəsinin qeyd etdiyi kimi baş direktorun kim olması halı qeyd olunmamış, Qanuni nümayəndə baş direktor olması faktına dair də hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir.
64. Məhkəmə Qanuni nümayəndə baş direktor olmasını qəbul etsə belə Cəmiyyətin adına müqavilə bağlanması və cəmiyyətə məxsus hesablardan müqavilə üzrə iki fərqli tarixlərdə ödəniş edilməsindən həmin şəxsin və Cəmiyyətin məlumatsız olması inandırıcı hesab olun bilməz. Çünki MMC-nin Nizamnaməsinin 5.3-cü maddəsinə əsasən bank əməliyyatlarına dair hər hansı qərar qəbul edilməsi də baş direktorun səlahiyyətlərinə aid olan məsələ olduğundan və həmin bank hesablarından ödəniş edilməsi və xərclərə dair onun məlumatlı olmaması sadəcə olaraq cavabdeh tərəfin yaranmış borcun ödənilməsindən yayınmağa xidmət edən arqumentidir.
65. Digər tərəfdən qanunvericilikdə imperativ tələb kimi nəzərdə tutulmamasına baxmayaraq, işgüzar dövriyyədə uzun illərdir formalaşmış təcrübəyə əsasən, hüquqi şəxslərin blank olmayan xarici sənədlərində, o cümlədən tərəfdaşlara qarşılıqlı tərtib olunan çoxtərəfli sənədlərin (müqavilələr, aktlar və s.) üzərində, bir qayda olaraq, bu sənədə daha da rəsmi və mötəbər xarakter verilməsi, sənədi imzalayan şəxsin imzasının həqiqiliyinin təsdiqi üçün müvafiq vəzifəli şəxslərin, əməkdaşlarının imzaları ilə yanaşı, hüquqi şəxslərin möhürləri də vurulur. Bu həm də ondan irəli gəlir ki, fiziki şəxslərdən fərqli olaraq hər bir hüquqi şəxsin öz möhürü vardır. Hüquqi şəxsin möhürü bu şəxsi digər hüquq şəxslərindən fərqləndirən əsas əlamətlərdən biridir.
66. Möhürlər adətən hüquqi şəxslərin konkret rəhbər vəzifəli şəxslərinə, yaxud maddi məsul şəxslərinə təhkim olunmaqla kənar (səlahiyyəti olmayan) şəxslərin girişi qadağan olunan qapalı yerlərdə ( xüsusi möhürlənmiş şkaf, seyf və s.) saxlanılır və yalnız səlahiyyətli şəxslər tərəfindən bilavasitə və ya onların etibar etdikləri şəxslər tərəfindən istifadə olunur, həmin qaydaları pozan əməkdaşlar intizam məsuliyyətinə cəlb edilirlər. Bu mənada, məhkəmə qənaəti belədir ki, hazırki işdə mübahisə predmeti olan müqavilə və borcu əks etdirən 954285 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimənin üzərində müvafiq şəxsin imzası ilə yanaşı cavabdeh şirkətin möhürünün vurulması rəhbərliyinin (cavabdehin mövqeyindən çıxış edərək şirkətin Baş direktorunun) həmin sənədlərdən məlumatlı olmasının, həmin sənədləri bəyənməsinin, həmin müqavilə və qaimədə göstərilənlərə etirazının olmadığının, imzalayan şəxsin səlahiyyətini təsdiq etdiyinin göstəricisi kimi qəbul olunmalıdır.
67. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
68. Həmin Məcəllənin 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.
69. Həmin Məcəllənin 360.2-ci maddəsinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
70. Məhkəmə qeyd olunan maddi hüquqi normasını cavabdehin dəlilinə münasibətdə tətbiq edərək bildiriri ki, hətta zənn edilsə belə ki, müqaviləni imzalayan şəxsin səlahiyyəti olmamışdır, müqavilə bağlanan zaman cavabdeh MMC-nin möhürünün müqavilə və qaiməyə vurulması, baş direktor olan şəxsin müqavilənin qüvvədə olduğu müddətdə Nizamnaməyə uyğun qaydada yerinə yetirilmiş bir sıra ödənişlərə dair hər hansı etirazın bildirilməməsi müqavilənin tanınması və bəyənilməsi kimi gəbul edilməlidir.
71. Yuxarıda sadalanan halları məhkəmə nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh MMC-dən 19-00110 saylı, xx.xx.2019-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 32497,20 manat borc məbləği tutularaq İddiaçınə ödənilməlidir.
V. Nəticə:
72. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 19-00110 saylı, xx.xx.2019-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 32497,20 manat (otuz iki min dörd yüz doğsan yeddi manat, iyirmi qəpik) borc məbləği tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova