Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1586/2024 14.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Binyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 21531,89 manat məbləğində pulun və ödənilmiş 200 manat mediasiya xərcinin tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırılmışdır ki,İddiaçı MMC ilə Cavabdeh MMC arasında 147/S-2022 saylı 14 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və mallar Cavabdeh MMC tərəfindən alınsa da, Cavabdeh MMC-nin 21531,89 manat məbləğində borcu ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 14 fevral 2022-ci il tarixli 147/S-2022 nömrəli satıcı İddiaçı QSC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış müqaviləyə əsasən İddiaçı QSC müqavilə üzrə nəzərdə tutulmuş malları Cavabdeh MMC-yə satmağı, Cavabdeh MMC isə bunun qarşılığında sözügedən malların dəyərini İddiaçı QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli EBBU seriyalı 494255 nömrəli elektron qaimədən görünür ki, İddiaçı QSC 262,86 manat məbləğində malı Cavabdeh MMC-yə satmışdır. xx.xx.2022-ci il tarixli 06 nömrəli mal-materialların təhvil-təslim aktından görünür ki, İddiaçı QSC 262,86 manat məbləğində malı Cavabdeh MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli EBBU seriyalı 483488 nömrəli elektron qaimədən görünür ki, İddiaçı QSC 1461,43 manat məbləğində malı Cavabdeh MMC-yə satmışdır. xx.xx.2022-ci il tarixli 05 nömrəli mal-materialların təhvil-təslim aktından görünür ki, İddiaçı QSC 1461,43 manat məbləğində malı Cavabdeh MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli EBBT seriyalı 526881 nömrəli elektron qaimədən görünür ki, İddiaçı QSC 4360,30 manat məbləğində malı Cavabdeh MMC-yə satmışdır. xx.xx.2022-ci il tarixli 04 nömrəli mal-materialların təhvil-təslim aktından görünür ki, İddiaçı QSC 4360,30 manat məbləğində malı Cavabdeh MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli EBBU seriyalı 494407 nömrəli elektron qaimədən görünür ki, İddiaçı QSC 1257,54 manat məbləğində malı Cavabdeh MMC-yə satmışdır. xx.xx.2022-ci il tarixli 07 nömrəli mal-materialların təhvil-təslim aktından görünür ki, İddiaçı QSC 1257,54 manat məbləğində malı Cavabdeh MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli EBBU seriyalı 643444 nömrəli elektron qaimədən görünür ki, İddiaçı QSC 160 manat məbləğində malı Cavabdeh MMC-yə satmışdır. xx.xx.2022-ci il tarixli 08 nömrəli mal-materialların təhvil-təslim aktından görünür ki, İddiaçı QSC 160 manat məbləğində malı Cavabdeh MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli EBBU seriyalı 718023 nömrəli elektron qaimədən görünür ki, İddiaçı QSC 46,27 manat məbləğində malı Cavabdeh MMC-yə satmışdır. xx.xx.2022-ci il tarixli 09 nömrəli mal-materialların təhvil-təslim aktından görünür ki, İddiaçı QSC 46,27 manat məbləğində malı Cavabdeh MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli EBBU seriyalı 859216 nömrəli elektron qaimədən görünür ki, İddiaçı QSC 543,74 manat məbləğində malı Cavabdeh MMC-yə satmışdır. xx.xx.2022-ci il tarixli 10 nömrəli mal-materialların təhvil-təslim aktından görünür ki, İddiaçı QSC 543,74 manat məbləğində malı Cavabdeh MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli EBBY seriyalı 605438 nömrəli elektron qaimədən görünür ki, İddiaçı QSC 1321,25 manat məbləğində malı Cavabdeh MMC-yə satmışdır. xx.xx.2022-ci il tarixli 15 nömrəli mal-materialların təhvil-təslim aktından görünür ki, İddiaçı QSC 1321,25 manat məbləğində malı Cavabdeh MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 404242 nömrəli elektron qaimədən görünür ki, İddiaçı QSC 219,48 manat məbləğində malı Cavabdeh MMC-yə satmışdır. xx.xx.2022-ci il tarixli 21 nömrəli mal-materialların təhvil-təslim aktından görünür ki, İddiaçı QSC 219,48 manat məbləğində malı Cavabdeh MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli EBBZ seriyalı 979208 nömrəli elektron qaimədən görünür ki, İddiaçı QSC 4885,55 manat məbləğində malı Cavabdeh MMC-yə satmışdır. xx.xx.2022-ci il tarixli 20 nömrəli mal-materialların təhvil-təslim aktından görünür ki, İddiaçı QSC 4885,55 manat məbləğində malı Cavabdeh MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli EBBZ seriyalı 651472 nömrəli elektron qaimədən görünür ki, İddiaçı QSC 994,10 manat məbləğində malı Cavabdeh MMC-yə satmışdır. xx.xx.2022-ci il tarixli 19 nömrəli mal-materialların təhvil-təslim aktından görünür ki, İddiaçı QSC 994,10 manat məbləğində malı Cavabdeh MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli EBBZ seriyalı 630823 nömrəli elektron qaimədən görünür ki, İddiaçı QSC 633,81 manat məbləğində malı Cavabdeh MMC-yə satmışdır. xx.xx.2022-ci il tarixli 18 nömrəli mal-materialların təhvil-təslim aktından görünür ki, İddiaçı QSC 633,81 manat məbləğində malı Cavabdeh MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli EBBY seriyalı 877597 nömrəli elektron qaimədən görünür ki, İddiaçı QSC 225,14 manat məbləğində malı Cavabdeh MMC-yə satmışdır. xx.xx.2022-ci il tarixli 17 nömrəli mal-materialların təhvil-təslim aktından görünür ki, İddiaçı QSC 225,14 manat məbləğində malı Cavabdeh MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli EBBY seriyalı 607359 nömrəli elektron qaimədən görünür ki, İddiaçı QSC 1720,61 manat məbləğində malı Cavabdeh MMC-yə satmışdır. xx.xx.2022-ci il tarixli 16 nömrəli mal-materialların təhvil-təslim aktından görünür ki, İddiaçı QSC 1720,61 manat məbləğində malı Cavabdeh MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli EBBY seriyalı 016167 nömrəli elektron qaimədən görünür ki, İddiaçı QSC 1545,80 manat məbləğində malı Cavabdeh MMC-yə satmışdır. xx.xx.2022-ci il tarixli 14 nömrəli mal-materialların təhvil-təslim aktından görünür ki, İddiaçı QSC 1545,80 manat məbləğində malı Cavabdeh MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli EBBY seriyalı 004015 nömrəli elektron qaimədən görünür ki, İddiaçı QSC 622,57 manat məbləğində malı Cavabdeh MMC-yə satmışdır. xx.xx.2022-ci il tarixli 13 nömrəli mal-materialların təhvil-təslim aktından görünür ki, İddiaçı QSC 622,57 manat məbləğində malı Cavabdeh MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli EBBW seriyalı 800250 nömrəli elektron qaimədən görünür ki, İddiaçı QSC 4295,93 manat məbləğində malı Cavabdeh MMC-yə satmışdır. xx.xx.2022-ci il tarixli 11 nömrəli mal-materialların təhvil-təslim aktından görünür ki, İddiaçı QSC 4295,93 manat məbləğində malı Cavabdeh MMC-yə təhvil vermişdir. xx.xx.2022-ci il tarixli EBBW seriyalı 611379 nömrəli elektron qaimədən görünür ki, İddiaçı QSC 1891,54 manat məbləğində malı Cavabdeh MMC-yə satmışdır. xx.xx.2022-ci il tarixli 11 nömrəli mal-materialların təhvil-təslim aktından görünür ki, İddiaçı QSC 1891,54 manat məbləğində malı Cavabdeh MMC-yə təhvil vermişdir. xx.xx.2023-cü il tarixli MŞB/8/2023-01789 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı QSC 200 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, satıcı İddiaçı QSC ilə alıcı Cavabdeh MMC arasında 14 fevral 2022-ci il tarixli 147/S-2022 nömrəli müqavilə bağlanmış, İddiaçı QSC öz üzərinə düşən öhdəliyi yerinə yetirərək 26447,92 manat dəyərində malları Cavabdeh MMC-yə satmış, sonuncu isə təhvil-təslim aktları və elektron qaimələri imza və möhürlə təsdiq etmiş və borcun bir hissəsini ödəsə də, 21531,89 manat məbləğində borc ödənilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən 21531,89 manat borc və mediasiaya xərci kimi ödənilmiş 200 manat məbləğində vəsait tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 21531,89 manat borc və mediasiaya xərci kimi ödənilmiş 200 manat məbləğində vəsait tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1586/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1586/2024
14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver