Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1587/2020 10.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “pul” dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə Bakı Kommersiya Məhkəməsinin binasında, məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı MTKCavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabehdən artıq 12,36 kv. metr sahənin geri qaytarılması və ya onun tərəfindən 12,36 kv. m. X 762 AZN = 9418,32 AZN miqdarında əlavə sahənin dəyərinin ödənilməsi, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsinin xx.xx.2013 tarixində 18/04- 131 saylı razılaşdırma ilə Layihəyə uyğun əlavə inşa edilən qurğuların pay bölgüsü ilə hesablanan dəyəri üçün 4428 AZN məbləğində ödənilməsi, binanın saxlanması məqsədilə çəkilmiş xərclər üçün 233,64 kv. metr olduqda 3417 AZN, 246 kv. metr olduqda isə 3662 AZN ödənilməsi və quraşdırılmış soyuq su və təbii qaz smart sayğacları üçün ümumilikdə 628 AZN ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iş aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsində şərtlərinin yerinə yetirilməsi mübahisələndirilən və işə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh fiziki şəxsdir və onun adına uyğun vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) müəyyən edilməmişdir. Buradan müəyyən olunur ki, Cavabdeh fiziki şəxs olaraq xx.xx.2013-cü il tarixli müqavilənin tərəfi olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinin tələbinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Beləliklə məhkəmə hesab edir ki, yaranmış mübahisə predmetində Cavabdeh fiziki şəxs olaraq iştirak etdiyindən hazırki işə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə uyğun olaraq tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İş materiallarından müəyyən olunur ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Eyni zamanda mübahisə predmeti olan mənzil Nərimanov rayonu Əliyar Əliyev küçəsi 65, 1990-cı məhəllə ünvanda yerləşir. Qeyd olunan ünvan Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44, 45, 263-cü maddələrinə əsaslanaraq, məhkəmə Q ƏR A R A A L D İ : İddiaçı MTK-nın Cavabdeh qarşı “pul” dair 2-2(113)-1587/2020 saylı iş məhkəmə aidiyyəti üzrə baxılmasıüçünBakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1587/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1587/2020
10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver