Məhkəmə qərarları › İş №e-2-2(113)-1590/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1590/2022

28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1590/2022 28.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 Qabiliyyyət oğlunun iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin (MMC) Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 389899,73 manat pul vəsaitinin cavabeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Satınalma və Təchizat departamenti arasında 25 dekabr 2019-cu il tarixində Azərbaycan Ordusunun hərbi hissələrinin balansında olan camaşırxana avadanlıqlarının üzərində təmir işlərinin görülməsi və onlara texniki servis xidmətinin göstərilməsi haqqında müqavilə bağlanılmışdır. Müqavilənin 12-ci bəndində göstərilir ki, müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) sifarişçi tərəfindən müqavilənin şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (hesab-faktura, elektron vergi-hesab faktura, elektron qaimə-faktura, təhvil-qəbul aktları və s.) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır. Buna baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, bu səbəbdən də iddiaçıya 389899,73 manat məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi Nümayəndə1 Qabiliyyyət oğlu məhkəmə iclasında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Cavabdehin nümayəndəsi Nümayəndə2 Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə göndərərək bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə İddiaçı MMC-yə 110099,90 manat məbləğində pul vəsaiti ödənilmiş, 389899,73 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Həmin məbləğ Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən pul vəsaiti ayrıldıqdan sonra iddiaçıya ödəniləcəkdir. İş materiallarında olan: - İddiaçı MMC ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Satınalma və Təhcizat İdarəsi arasında bağlanılmış 25 dekabr 2019-cu il tarixli, 293 nömrəli satınalma müqaviləsinə əsasən, müqavilənin predmetini Azərbaycan Ordusunun hərbi hissələrinin balansında olan camaşırxana avadanlıqlarının üzərində təmir işlərinin görülməsi və onlara texniki servis xidmətinin göstərilməsi təşkil edir. Sifarişçi (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Satınalma və Təhcizat İdarəsi) təmir və servis xidmətlərinin göstərilməsi üçün icraçının (İddiaçı MMC) 500000 manat məbləğində təklifini qəbul etmişdir. - EBAJ seriyalı, 10.05.2020-ci il tarixli, 709386 saylı elektron qaiməyə əsasən 38541,16 manat, EBAJ seriyalı, 10.05.2020-ci il tarixli, 709320 saylı elektron qaiməyə əsasən 33465,98 manat, EBAJ seriyalı, 12.05.2020-ci il tarixli, 742457 saylı elektron qaiməyə əsasən 16095,2 manat, EBAJ seriyalı, 12.05.2020-ci il tarixli, 742423 saylı elektron qaiməyə əsasən 9209,9 manat, EBAJ seriyalı, 12.05.2020-ci il tarixli, 742602 saylı elektron qaiməyə əsasən 6079,36 manat, EBAJ seriyalı, 14.05.2020-ci il tarixli, 913946 saylı elektron qaiməyə əsasən 18269,94 manat, EBAJ seriyalı, 14.05.2020-ci il tarixli, 914768 saylı elektron qaiməyə əsasən 3876,3 manat, EBAJ seriyalı, 14.05.2020-ci il tarixli, 917063 saylı elektron qaiməyə əsasən 27374,82 manat, EBAJ seriyalı, 15.05.2020-ci il tarixli, 918250 saylı elektron qaiməyə əsasən 36934,59 manat, EBAK seriyalı, 18.05.2020-ci il tarixli, 065294 saylı elektron qaiməyə əsasən 35231,26 manat, EBAP seriyalı, 02.09.2020-ci il tarixli, 487930 saylı elektron qaiməyə əsasən 36135,14 manat, EBAP seriyalı, 02.09.2020-ci il tarixli, 448335 saylı elektron qaiməyə əsasən 13103,9 manat, EBAP seriyalı, 02.09.2020-ci il tarixli, 448342 saylı elektron qaiməyə əsasən 22549,8 manat, EBAP seriyalı, 02.09.2020-ci il tarixli, 448129 saylı elektron qaiməyə əsasən 22152,14 manat, EBAP seriyalı, 02.09.2020-ci il tarixli, 448126 saylı elektron qaiməyə əsasən 20131,98 manat, EBAP seriyalı, 02.09.2020-ci il tarixli, 448123 saylı elektron qaiməyə əsasən 23767,56 manat, EBAP seriyalı, 02.09.2020-ci il tarixli, 448132 saylı elektron qaiməyə əsasən 22656 manat, EBAP seriyalı, 04.09.2020-ci il tarixli, 595127 saylı elektron qaiməyə əsasən 4324,7 manat, ümumilikdə 389899,73 məbləğində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin borcu yaranmışdır. - 05 saylı servis xidmətlərinin göstərilməsi haqqında akta əsasən 38541,16 manat, 06 saylı servis xidmətlərinin göstərilməsi haqqında akta əsasən 38541,16 manat, 07 saylı servis xidmətlərinin göstərilməsi haqqında akta əsasən 9209,9 manat, 08 saylı servis xidmətlərinin göstərilməsi haqqında akta əsasən 16095,2 manat, 09 saylı servis xidmətlərinin göstərilməsi haqqında akta əsasən 6079,36 manat, 10 saylı servis xidmətlərinin göstərilməsi haqqında akta əsasən 18269,94 manat, 11 saylı servis xidmətlərinin göstərilməsi haqqında akta əsasən 36934,59 manat, 12 saylı servis xidmətlərinin göstərilməsi haqqında akta əsasən 27374,82 manat, 13 saylı servis xidmətlərinin göstərilməsi haqqında akta əsasən 3876,3 manat, 14 saylı servis xidmətlərinin göstərilməsi haqqında akta əsasən 35231,26 manat, 15 saylı servis xidmətlərinin göstərilməsi haqqında akta əsasən 36135,14 manat, 16 saylı servis xidmətlərinin göstərilməsi haqqında akta əsasən 23767,56 manat, 17 saylı servis xidmətlərinin göstərilməsi haqqında akta əsasən 20131,98 manat, 18 saylı servis xidmətlərinin göstərilməsi haqqında akta əsasən 22152,14 manat, 19 saylı servis xidmətlərinin göstərilməsi haqqında akta əsasən 22656 manat, 20 saylı servis xidmətlərinin göstərilməsi haqqında akta əsasən 13103,9 manat, 21 saylı servis xidmətlərinin göstərilməsi haqqında akta əsasən 22549,8 manat, 22 saylı servis xidmətlərinin göstərilməsi haqqında akta əsasən 4324,7 manat dəyərində servis xidmətləri İddiaçı MMC tərəfindən cavabdehə göstərilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddia ərizəsinin və əlavə olunmuş sənədlərin məzmunundan görünür ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. - 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Azərbaycann Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": - 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. - 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, xidmətlərin göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən xidmətin qəbul edilməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Tərəflər arasında bağlanmış 25 dekabr 2019-cu il tarixli, 293 nömrəli satınalma müqaviləsinin 2.2-ci bəndinə əsasən sifarişçi təmir və servis xidmətlərinin göstərilməsi üçün icraçının 500000 manat məbləğində təklifini qəbul etmişdir. İddiaçının tələbi 389899,73 manat məbləğində göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi təşkil edir. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış, cavabdehin iddiaçıya 389899,73 manat məbləğində borcu yaranmışdır. Həmin borc məbləği cavabdeh tərəfindən mübahisələndirilmir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, 389899,73 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddianın təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 280 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 389899,73 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutularaq İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 280 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutularaq İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar