Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1590/2023 29.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş icraatla bağlı kommersiya mübahisələrinə dair işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı – İddiaçı xeyrinə əsas məbləğ üzrə 65 manat məbləğində borcun, Bakı 2 saylı Mediasiya Təşkilatına ödənilmiş 30 manat rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Cavabdeh fərdi sahibkardır və malı bizdən sahibkarlıq fəaliyyəti ilə əlaqədar almışdır. Müqaviləyə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 95 manat olmaqla mal almışdır. Alıcı aldığı malların dəyərini 45 gün ərzində tam ödəməyi öz üzərinə götürmüşdür. Həmin məbləğin 30 manatını ödəmişdir. Bu günə əsas məbləğ üzrə qalıq borc 65 manat təşkil edir. Bununla bağlı olaraq cavabdehə pretenziya məktubu da göndərilmişdir. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti və elektron vergi kabineti mövcud olmadığından iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin poçt vasitəsilə cavabdehin faktiki yaşadığı ünvana göndərilməsi təmin edilmişdir (xəbərnamə iddia ərizəsinə əlavə olunur). xx.xx.2022-ci il tarixdə İddiaçı MMC tərəfindən borcluya alqı-satqı müqaviləsi əsasında pul tələbi barədə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair təklif göndərilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı MMC tərəfindən Bakı 2 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət edilmişdir, ərizə icraata qəbul olunmuşdur, mediasiya sessiyasi təyin olunmuşdur. Lakin borclu Cavabdeh mediasiya sessiyasında iştrak etməmiş və bu barədə Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən 21 dekabr 2022-ci il tarixli müvafiq arayış verilmişdir. Ümumi mediasiya xərci 30 manat təşkil etmiş və cəmiyyət tərəfindən ödənilmişdir. Qanunla müəyyən edilmiş müddətdə Cavabdeh qeydiyyatda olduğu ünvanına hazırki tələblə bağlı rəsmi qaydada bildiriş göndərildiyinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məqsədə müvafiq hesab edirəm. İş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh müqavilənin qüvvədə olduğu müddət ərzində dəyərinin bu müqavilənin 1.4-cü bəndində göstərilən müddət ərzində ödənilməsi şərtilə malları nəğd və ya nisyə satır. 28 sentyabr 2022-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış üzləşdirmə aktından görünür ki, Cavabdeh iddiaçıya 65 manat məbləğində borcu vardır. 22 dekabr 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC 30 manat məbləğində ilkin mediasiya sessiyasının keçirilməsi üçün müəyyən olunmuş mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, tərəflər arasında bağlanmış üzləşmə aktından görünür ki, Cavabdeh iddiaçıya 65 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin 65 manat əsas borc və 30 manat mediasiya xərci tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan işin faktiki hallarını qiymətləndirən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 65 manat əsas borc və 30 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, Q Ə T E T D İ M: İddia təmin edilsin. Cavabdeh 65 manat əsas borc və 30 manat mediasiya xərci tutularaq İddiaçı MMCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1590/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1590/2023
29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver