Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1595/2025 11.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Call Center" QSC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, podrat müqaviləsi, borcun ödənilməsi, illik 5%) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, iddiaçı “Call Center" QSC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları İddiaçı “Call Center" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 672,98 manat əsas borc, 71,05 manat pul məbləğinin ödənilməsinin gecikdirilməsi üçün beş faiz və 30 məbləğində dövlət rüsumunun, cəmi 774,03 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ("xxxx") QSC ilə (“Sifarişçi”) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 981C saylı Müqaviləsinin 1-ci bəndinə əsasən, Sifarişçinin sifarişi əsasında icraçı Sifarişçinin əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstərilməsini təşkil edir, Sifarisçi isə öz növbəsində bunun müqabilində İcraçıya hazirkı müqavilə ilə və hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə N 1-də müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı ödəyir. Həmin Müqavilənin 4.2-ci maddəsinə əsasən, hər ayın birinci iş günü İcraçı tərəfindən Sifarişçiyə keçən ay üçün xidmətlərin göstərilməsi haqqında müvafiq hesab-faktura, elektron qaimə və təhvil-təslim aktı təqdim edilir. Həmin Müqavilənin 4.3-cü maddəsinə əsasən, Sifarişçi hesab-faktura elektron qaiməni və təhvil-təslim aktını aldığı tarixdən etibarən 5 (beş) iş günü ərzində ödənişləri həyata keçirir. İddiaçı tərəfindən xidmətlərin tam yerinə yetirildiyinə baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Belə ki, hazırda cavabdehin 744,03 manat məbləğində borcu qalmışdır. Müqavilə üzrə yaranmış borc məbləğinin ödənilməsi barədə cavabdehə pretenziya göndərilməsinə və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini 27 aydan artıqdır (2022-ci ilin avqust ayından etibarən) ki, icra etməkdən qəsdən yayınmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.2-ci maddələrinə istinad olunmuşdur. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarından görünür ki: “Call Center" QSC "xxxx", Cavabdeh MMC “Sifarişçi” olmaqla tərəflər arasında xx.xx.2020-ci il tarixli, 981C saylı Avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanmışdır. Bu müqavilənin 1-ci bəndinə əsasən Sifarişçinin sifarişi əsasında icraçı Sifarişçinin əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstərilməsini təşkil edir, Sifarisçi isə öz növbəsində bunun müqabilində İcraçıya hazırki müqəvilə ilə və hazırki müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə N 1-də müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı ödəyir. Müqavilənin 4.2-ci bəndinə hər ayın birinci iş günü İcraçı tərəfindən Sifarişçiyə keçən ay üçün xidmətlərin göstərilməsi haqqında müvafiq hesabfaktura, elektron qaimə və təhvil-təslim aktı təqdim edilir. Həmin Müqavilənin 4.3-cü maddəsinə əsasən, Sifarişçi hesab-faktura elektron qaiməni və təhvil-təslim aktını aldığı tarixdən etibarən 5 (beş) iş günü ərzində ödənişləri həyata keçirir. EBCD seriyalı 359987 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 437,70 manat və EBCG seriyalı 701377 nömrəli, xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 310,20 manat dəyərində göntərilmiş xidmətlərin dəyəri “Call Center" QSC tərəfindən Cavabdeh MMC -yə ödənilməsi üçün təqdim edilmişdir. “Call Center" QSC tərəfindən göstərilmiş 437,70 manat xidmətin dəyərinin ödənilməsi üçün Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli **********7 saylı hesab-faktura sənədi təqdim edilmişdir. “Call Center" QSC tərəfindən göstərilmiş 310,20 manat xidmətin dəyərinin ödənilməsi üçün Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli **********9 saylı hesab-faktura sənədi təqdim edilmişdir. “Call Center" QSC tərəfindən göstərilmiş 277,51 manat xidmətin dəyərinin ödənilməsi üçün Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli **********1 saylı hesab-faktura sənədi təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli 000İCZ1240600AAF saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən “Call Center" QSC-yə 403,9 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli 000İCZ1240600AAF saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən “Call Center" QSC-yə 240 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli 000İCZ********** saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən “Call Center" QSC-yə 634,5 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli 69276659 saylı mədaxil qəbzindən görünür ki, “Call Center" QSC 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq avtonəqliyyat xidmətləri görsə də, iddiaçıya cavabdeh tərəfindən nəzərdə tutulmuş ödənişlər tam edilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri tam yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqını tam ödəməmişdir. Buna görə də iddiaçının icra etdiyi işin müqabilində cavabdehdən xidmət haqqının ödənilməsini tələb etmək hüququ vardır. Qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, təhvil alınan xidmətlərə görə 672,98 manat məbləğində pul vəsaitini ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu, tərəflər arasındakı işgüzar adəti nəzərə alaraq hesab edirəm ki, iddia tələbi əsaslıdır, buna görə də 1095,88 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 71,05 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Hesab edirəm ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini 27 aydan artıq gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır və buna görə də iddia həmin hissədə də təmin olunmalı, (672,98 manat x 5% / 12 ay x 27 ay) 71,05 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərdən əlavə MPM-in 119-cu maddəsinə əsasən hesab edirəm ki, iddia təmin olunduğundan ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdim: İddia təmin edilsin. Cavabdeh MMC-dən 672,98 manat əsas borc, ödənişin gecikdirilməsinə görə illik 5 faiz olaraq 71,05 manat, cəmi 744 (yeddi yüz qırx dörd) manat 03 (üç) qəpik borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi iddiaçı “Call Center" QSC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1595/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1595/2025
11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver