Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1600/2020 01.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rəhmanov Elçin Natiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “X1” Şirkətinin na qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdeh «X1 ” Şirkətinin na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 130784 manat aylıq xidmət haqqı, hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 131314 (bir yüz otuz bir min üç yüz on dörd manat) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “İddiaçı" ASC ilə cavabdeh “X1 " Şirkətinin arasında xx.xx.2016-cı il tarixdə OOC-İddiaçı/001-01/17 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehin tapşırığına əsasən rayonu, Məmmədli qəsəbəsi ünvanında yerləşən obyektin mühafizəsini həftənin 7 günü 24 saat olmaqla həyata keçirməyi, cavabdeh isə həmin xidmətləri qəbul edərək müqavilənin şərtlərinə uyğun olaraq aylıq xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 5-ci maddəsinə əsasən aylıq xidmət haqqı 7200 manat təşkil etmişdir. Aylıq xidmət haqqının hər ayın sonu xidmət aktı imzalandıqdan sonra qəbul edilmiş hesab faktura əsasında 10 iş günü ərzində iddiaçının müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə həyata keçiriləcəyi nəzərdə tutulmuşdur. Hər iki tərəf müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirəcəklərini bəyan etmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. İddiaçının hər ay hesab fakturaları göndərməsinə baxmayaraq, faktura üzrə iddiaçıya yaranan borc vaxtında ödənilməmişdir. Buna baxmayaraq, iddiaçı cavabdehin borcun ödənilməsini gecikdirməsinə dair göstərdiyi səbəblərin doğruluğuna, işgüzar münasibətlərdə vacib olan qarşılıqlı etimada, yardımlaşmaya və verilən vədlərə mütləq əməl edəcəyinə inanaraq, öz öhdəliyini layiqincə yerinə yetirməyə davam etmişdir. İddiaçı haqqı ödənilməyən mühafizə xidmətinin təşkili üçün cəlb etdiyi əməkdaşlara əməkhaqqı xərclərini və məruz qaldığı digər xərcləri öz hesabına uzun müddət ödəmək iqtidarında olmadığı üçün xx.xx.2020-ci il tarixdə cavabdehə 145 nömrəli pretenziya məktubu göndərərək öhdəliklərini yerinə yetirməyi, xx.xx.2020-ci il tarixə olan 115200,00 manat gecikmiş borcunu 20 gün ərzində iddiaçının bank hesabına köçürməsini tələb etmişdir. Lakin cavabdeh nə pretenziyaya cavab vermiş, nə də gecikdirdiyi borcunu ödəmişdir. Cavabdeh tərəfindən göndərilmiş xx xxx 2020-ci il tarixli xitam bildirişinə əsasən xx.xx.2016-cı il tarixli, OOC- İddiaçı/001-01/17 nömrəli xidmət müqaviləsi cavabdehin təşəbbüsü ilə xx xxxx 2020-ci il tarixdən qövvədən düşmüş sayılmışdır. xx xxxx 2020-ci il tarixə cavabdehin hesab fakturalar üzrə ödənilməmiş ümumi borcu 130784 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh “X1 " Şirkətinin na məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh “X1 " Şirkətinin arasında xx.xx.2016cı il tarixdə OOC-İddiaçı/001-01/17 saylı xidməti müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehin tapşırığına əsasən İmişli rayonu, Məmmədli qəsəbəsi ünvanında yerləşən obyektin mühafizəsini həftənin 7 günü 24 saat olmaqla həyata keçirməyi, cavabdeh isə həmin xidmətləri qəbul edərək müqavilənin şərtlərinə uyğun olaraq aylıq xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 5-ci maddəsinə əsasən aylıq xidmət haqqı 7200 manat təşkil etmişdir. Aylıq xidmət haqqının hər ayın sonu xidmət aktı imzalandıqdan sonra qəbul edilmiş hesab faktura əsasında 10 iş günü ərzində iddiaçının müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə həyata keçiriləcəyi nəzərdə tutulmuşdur. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh “X1 " Şirkətinin na ünvanlanmış üzləşmə aktından görünür ki, xx.xx.2019-cu il tarixə “X1 " Şirkətinin nın İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 43200 manat borcu vardır. Hər iki tərəf qeyd olunan aktı imzalayıb möhürləmişlər. - müqavilə üzrə göstərilmiş mühafizə xidməti barədə 2018-ci ilin dekabr ayından 2020-ci ilin yanvar ayına qədər hər ay üzrə tərtib olunmuş aktlardan görünür ki, hər ay üzrə ödəniləcək məbləğ 7200 manat olmuşdur. Aktları hər iki tərəf imzalamış və hər iki tərəfin möhürü ilə təsdiq olunmuşdur. -“X1 " Şirkətinin tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli xitam bildirişindən görünür ki, “X1 " Şirkətinin xx.xx.2016-cı il tarixdli OOC-İddiaçı/001-01/17 nömrəli xidmət müqaviləsinin xitam edilməsini bildirmiş, müqavilənin xx.xx.2020-ci il tarixdən qüvvədən düşmüş sayılması tərəflər arasında razılaşdırılmışdır. - xx.xx.2020-ci il tarixli, 145 nömrəli məktubdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti pretenziya qaydasında məktubla cavabdeh «X1 ” Şirkətinin na müraciət edərək, xx.xx.2020-ci il tarixə müqavilə üzrə yaranmış 115200 manat məbləğində borcun ödənilməsini xahiş etmişdir. Məktubda qeyd olunur ki, cavabdehə müqavilə üzrə xx.xx.2020-ci il tarixə qədər göstərilən xidmətin ümumi dəyəri 280000 manat təşkil etmiş, həmin məbləğin 165600 manatı ödənilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında xidmət müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri icra edərək, müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərsə də, cavabdeh göstərilmiş xidmətin dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Ona görə də iddiaçı cavabdehə qarşı hazırkı tələbi irəli sürməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı cavabdehdən 130784 manat xidmət haqqının tutulmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: Müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixə cavabdehin iddiaçıya 43200 manat borcu olmuşdur. Bu faktı hər iki tərəf təsdiq etmişlər. İddiaçı cavabdehə göndərdiyi xx.xx.2020-ci il tarixli pretenziya məktubunda xx.xx.2020-ci il tarixə qalıq borcun 115200 manat təşkil etdiyini göstərmişdir. İddiaçı tərəfdən məhkəməyə təqdim olunan, göstərilmiş mühafizə xidməti barədə 2018-ci ilin dekabr ayından 2020-ci ilin yanvar ayına qədər hər ay üzrə tərtib olunmuş aktlardan müəyyən olunur ki, iddiaçıya həmin müddət, yəni 14 ay üçün ödənilməli məbləğ 100800 manat olmuşdur. xx.xx.2019-cu il tarixə borc 43200 manat təşkil etmişdir. 2019-cu ilin aprel ayından 2020-ci ilin yanvar ayı da daxil olmaqla aktlar üzrə ödənilməli məbləğ 72000 manat (7200 manat X 10 ay=72000 manat) olmuşdur. Qeyd olunanlar nəzərə alınmaqla ümumi borc 115200 manat (72000+43200=115200) təşkil edir. Məhkəmənin qənaətinə əsasən həmin məbləğdən cavabdeh tərəfindən xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə ödənilmiş 14400 manat çıxılmalıdır. Belə ki, həmin tarixlərdə ödənişlərin edilməsi cavabdehin özü tərəfindən tərtib edilən cədvəldən görünür, eləcə də pretenziya məktubunda da axırıncı ödənişin xx.xx.2019-cu il tarixdə edildiyi qeyd edilir. Beləliklə, qalıq məbləğ 100800 manat (115200-14400=100800 manat) təşkil edir. Xidmət haqqına görə tələbin qalan hissəsi ilə bağlı qeyd etmək lazımdır ki, iddia ərizəsində xx.xx.2020-ci il tarixə hesab fakturalar üzrə borcun 130784 manat təşkil etdiyi göstərilir. Lakin 2020-ci ilin yanvarından sonrakı dövr üzrə xidmət aktları və hesab fakturalar məhkəməyə təqdim olunmayıb, halbuki tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci maddəsində aylıq xidmət haqqının göstərilmiş xidmətlərə dair hər ayın sonu xidmət aktı imzalandıqdan sonra qəbul edilmiş hesab faktura əsasında ödənilməsi nəzərdə tutulur. İddiaçı tərəfindən təqdim olunan birtətəfli qaydada tərtib olunan elektron qaimələri məhkəmə hazırkı tələbi təsdiq edən sübut kimi qəbul etmir. Məhkəmə qanunvericilik normalarını işin hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, xidmət haqqının cavabdehdən tutulması hissəsində tələb qismən əsaslı olduğundan qismən təmin edilməli, müqaviləyə əsasən göstərilmiş xidmətin dəyəri olan 100800 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, tələb qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etsə də, vəkilə hüquqi yardıma görə hər hansı məbləğdə pulun ödənilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır. Ona görə də iddia həmin hissədə də əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 23 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 7 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “X1 ” Şirkətinin ndan 100800 (bir yüz min səkkiz yüz) manat xidmət haqqı və ödənilmiş dövlət rüsumuna görə 23 (iyirmi üç) manat olmaqla, cəmi 100823 (bir yüz min səkkiz yüz iyirmi üç) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 7 manat hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1600/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1600/2020
01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver