Məhkəmə qərarları › İş №e-2-2(113)-1601/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1601/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1601/2021 03.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh «Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh «Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 77875,13 manat pulun borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC “xxxx” MMC-dən 2018- 2019-cu il tarixlərdə “gübrə və bitki mühafizə vasitələri” almışdır. Aldığı mallara görə tam ödəniş edə bilmədiyindən 27 fevral 2020-ci il tarixdə tərəflərin iştirakı ilə üzləşmə aktı tərtib edilmişdir. Üzləşmə aktına əsasən Cavabdeh MMC-nin “xxxx” MMC-dən aldığı mallara görə olan borcu 77875,13 manat(45808.90 ABŞ dolları x 1,7=77875,13) olması göstərilmiş və tərəflər bu aktı imzalamışlar. Lakin bu günə kimi Cavabdeh MMC tərəfindən göstərilən borçun ödənişi həyata keçirilməmişdir. “xxxx” MMC Malları xarıcı ölkələrdən ABŞ dolları ilə aldığı üçün qiymətlər Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dollarının rəsmi məzənnəsinə uyğun olaraq hesablanır. Ödəmə zamanı məzənnədə dəyişiklik olarsa, qiymətlər ödəniş günü ABŞ dollarının məzənnəsinə uyğun olaraq həyata keçirilir. Cavabdehin “xxxx” MMC-yə 77875,13 manat (45808.90 ABŞ dolları x 1,7=77875,13)həcmində borcun ödənilməsi ilə bağlı 767 saylı, 04 sentyabr 2020-ci il tarixdə xəbərdarlıq edilmişdir. Lakın bu günə kimi cavabdeh bu xəbərdarlığa əhəmiyyət verməmışdir. Beləliklə, Cavabdeh MMC-nin 7 oktyabr 2020-ci ilə olan əsas borcu 77875,13 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan 27.02.2020-ci il tarixli üzləşmə aktına əsasən Cavabdeh MMC həmin tarixə 05.02.2018-ci il tarixli 17 saylı müqaviləyə və 04.03.2019-cu il tarixli 134 saylı müqaviləsi əsasən 27.02.2020-ci il tarixə “xxxx” MMC-yə 48.808,90 ABŞ dolları borcunun olduğunu etiraf etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinəə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki iddia tələbində əsas borcun tələb edilməsi hissəsində yuxarıda qeyd olunan maddələrin bütün dispozisiya şərtləri mövcuddur. Belə ki, tərəflər arasında bağlanmış 05.02.2018-ci il tarixli 17 saylı müqavilə və 04.03.2019-cu il tarixli 134 saylı müqavilələri üzrə satıcı “xxxx” MMC öz üzərinə düşən öhdəlikəri icra etmiş, alıcı Cavabdeh MMC isə üzərinə düşən öhdəlikləri tam icra etməmişdir və nəticədə borcu yaranmışdır. 27 fevral 2020-ci il tarixdə üzləşmə aktını imza edilməklə Cavabdeh MMC-nin “xxxx” MMC-yə 48.808,90 ABŞ dolları borcunun olduğu etiraf edilmişdir. Məhkəmə hesab edir ki, üzləşmə aktının imzalandığı 27 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının manata olan məzənnəsin “1,7” olmasını nəzərə alaraq üzləşmə aktında qeyd olunan borc məbləği 77875,13 manat təşkil edir(48.808,90x1,7=77875,13). Ona görə də, iddianın təmin edilməsi, 77875,13 (yetmiş yeddi min səkkiz yüz yetmiş beş manat, on üç qəpik) manat məbləğində pulun Cavabdehdən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin «Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. 77875,13 (yetmiş yeddi min səkkiz yüz yetmiş beşmanat on üç qəpik) manat məbləğində pul Cavabdehdən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar