Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1604/2020 20.07.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçı “Azecell Telekom” X2 cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Tabeliyində olan Patent və Əmtəə X1rşı pul tələbi barədə kiçik iddialar ilə bağlı sadələşdirilmiş icraat üzrə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azecell Telekom” X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 149,92 manat abunə və xidmət haqqı və 20 manat dövlət rüsumu, cəmi 169,92 manat vəsaitin İddiaçı MMC-nin xeyrinə məcburi tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “Azecell Telekom” X2 səlahiyyətli nümayəndəsi Nümayəndə xx.xx.2020-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq, cavabdeh tərəfindən borcun tam şəkildə ödənildiyi, hazırki mübahisə üzrə cavabdehin borcu qalmadığını və bu səbəbdən iddia ərizəsini geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən, bu məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 20 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli ********* nömrəli qəbz geri qaytarılmalıdır. Azərbaycan Respubikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Azecell Telekom” X2 cavabdeh Azərbaycan Respubikasının Əqli Mülkiyyət Agentliyinin Tabeliyində olan Patent və Əmtəə X1rşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 20 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli ********* nömrəli qəbz geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1604/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1604/2020
20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver