Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1609/2021 24.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 14000.00 (on dörd min) manat borcun “xxxx” MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (VÖEN **********) ilə “xxxx” MMC arasında 04 aprel 2017-ci il tarixdə “Xidmətlərin göstərilməsi haqqında müqavilə” bağlanılmışdır. "xxxx" MMC sonradan hüquqi adını dəyişmiş və fəaliyyətinə Cavabdeh MMC (VÖEN **********) kimi davam etmişdir. Ona görə də bundan sonra müqavilə tərəfi kimi cavabdehin hazırkı adı qeyd olunacaq. Müqavilənin 1.1-ci bəndinə əsasən “xxxx” MMC-nin göstərdiyi xidmətlərə görə xidmət haqqını ödəməyi Cavabdeh MMC öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsinə dair xidmət haqqı ayda 1000.00 (bir min) manat olmaqla müqavilənin tərkib hissəsi olan qaiməfakturada qeyd edilir. Müqavilənin 6.1-ci bəndinə əsasən Müqavilənin şərtlərinin pozulması və yerinə yetirməməsi nəticəsində tərəflər bir-birinə yerinə vurduqları zərərə görə mülkihüquqi məsuliyyət daşıyırlar. Müqavilə üzrə 2017-ci ilin aprel-dekabr aylarında, 2018-ci ilin yanvar-dekabr aylarında, 2019-cu ilin yanvar- dekabr aylarında və 2020-ci ilin yanvaravqust aylarında “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə xidmətlər göstərilmiş və müqavilənin tərkib hissəsi olan elektron qaimə-fakturalar təqdim edilmişdir. İddia ərizəsinə əlavə edilmiş bank hesabından çıxarışdan göründüyü kimi, Cavabdeh MMC tərəfindən 2017-ci ilin aprel-dekabr ayları, 2018-ci ilin yanvar-dekabr ayları və 2019-cu ilin yanvariyun ayları üçün təqdim edilmiş elektron qaimə-fakturalar üzrə ödənişlər edilmiş, lakin 2019-cu ilin iyul-dekabr ayları və 2020-ci ilin yanvar-avqust ayları üzrə göstərilmiş xidmətlərə görə təqdim edilmiş elektron qaimə-fakturalar üzrə ödənişlər edilməmişdir. “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə 2019-cu ilin iyul-dekabr ayları və 2020-ci ilin yanvar-avqust ayları üzrə xidmətlər göstərilmiş və xidmətin göstərildiyini təsdiq edən elektron qaimə-fakturalar Cavabdeh MMC-yə təqdim edilmişdir. Elektron qaimə-fakturalar Cavabdeh MMC tərəfindən qəbul edilmiş və göstərilmiş xidmətlər barədə heç bir etiraz bildirilməmişdir. Həmçinin, Cavabdeh MMC tərəfindən bizə bildirilmişdir ki, məlum səbəblərdən şirkətin maliyyə vəziyətində yaranmış problemlərə görə ödəniş edə bilmir, bütün elektron qaimələr üzrə borcları bir dəfəyə ödəyəcəkdir. Cavabdeh ödəniş etmək üçün müxtəlif tarixlər bildirsə də, sonuncu dəfə 2020-ci ilin sentyabr ayının sonuna kimi bütün borclarını ödəyəcəklərini bildirmişlər.Lakin göstərilmiş xidmətlərin haqqı üzrə yaranmış borc bugünə kimi ödənilməmişdir. Beləliklə Cavabdeh MMC-nin “xxxx” MMC-yə 24.07.2019-cu il tarixli EAAX seriyalı 566251 nömrəli, 22.08.2019-cu il tarixli EAAY seriyalı 823444 nömrəli, 25.09.2019-cu il tarixli EBAA seriyalı 318089 nömrəli, 22.10.2019-cu il tarixli EBAB seriyalı 524782 nömrəli, 25.11.2019-cu il tarixli EBAC seriyalı 893305 nömrəli, 20.12.2019-cu il tarixli EBAE seriyalı 183283 nömrəli, 23.01.2020-ci il tarixli EBAF seriyalı 337075 nömrəli, 24.02.2020-ci il tarixli EBAG seriyalı 783977 nömrəli, 29.03.2020-ci il tarixli EBAİ seriyalı 145442 nömrəli, 24.04.2020-ci il tarixli EBAJ seriyalı 154485 nömrəli, 19.05.2020-ci il tarixli EBAK seriyalı 105087 nömrəli, 25.06.2020-ci il tarixli EBAL seriyalı 588367 nömrəli, 23.07.2020-ci il tarixli EBAM seriyalı 655743 nömrəli və 21.08.2020-ci il tarixli EBAN seriyalı 932851 nömrəli elektron qaimə fakturalar üzrə cəmi 14000.00 (on dörd) min manat ödənilməmiş borcu qalmışdır. Ödənilməmiş 14000.00 (on dörd) min manat borcun “xxxx” MMC-yə 10 gün müddətində ödənilməsi 07.10.2020-ci il tarixli xəbərdarlıq məktubu ilə Cavabdeh MMC-dən tələb edilmişdir. Xəbərdarlıq məktubunun Cavabdeh MMC tərəfindən 08.10.2020-ci il tarixdə alınmasına baxmayaraq heç bir ödəniş edilməmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: -"xxxx" MMC (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında bağlanmış 04 aprel 2018-ci il tarixli, 008 saylı xidmətlərin göstərilməsi haqqında müqavilənin 1-ci bəndinə əsasən sifarişçi vergi və mühasibatlıq sahəsində məsləhət xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada vergi və mühasibatlıq sahəsində məsləhət xidmətləri göstərməyi öhdəsinə götürür. Göstərilən xidmətlərin həcmi və xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair qaimə-faktura ilə müəyyənləşdirilir. -Həmin müqavilənin 4-cü bəndinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı ayda 1.000 (bir min) manat olmaqla müqavilənin tərkib hissəsi olan qaimə-fakturada qeyd edilir. Hazırki müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə həyata keçirilir. -Həmin müqavilənin 5-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir. Müqavilədə nəzərdə tutulan vergi və mühasibatlıq sahəsində məsləhət xidməti mütəmadi olaraq 1 il müddətində həyata keçirilməlidir. -Həmin müqavilənin 6-cı bəndinə əsasən bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki məsuliyyət daşıyırlar. Tərəflər fors-major hallarında bu müqavilə şərtlərinin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə məsuliyyətdən azad edilirlər. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. -14.06.2017-ci il tarixli mədaxil qəbzə əsasən "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 3000 AZN, 22.08.2017-ci il tarixli mədaxil qəbzə əsasən 6000 AZN, 14.03.2018-ci il tarixli mədaxil qəbzə əsasən 3000 AZN, 24.07.2018-ci il tarixli mədaxil qəbzə əsasən 3000 AZN, 01.08.2018-ci il tarixli mədaxil qəbzə əsasən 6000 AZN, 11.09.2019-cu il tarixli mədaxil qəbzə əsasən 3000 AZN, 16.10.2019-cu il tarixli mədaxil qəbzə əsasən 3000 AZN məbləğində pul vəsaiti köçürülmüşdür. -23.01.2019-cu il tarixli EAAP seriyalı 472331 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göstərilmiş xidmətlərin dəyəri 1000 manat təşkil etmişdir. -22.02.2019-cu il tarixli EAAQ seriyalı 732533 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göstərilmiş xidmətlərin dəyəri 1000 manat təşkil etmişdir. -19.03.2019-cu il tarixli EAAR seriyalı 882336 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göstərilmiş xidmətlərin dəyəri 1000 manat təşkil etmişdir. -23.04.2019-cu il tarixli EAAT seriyalı 465612 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göstərilmiş xidmətlərin dəyəri 1000 manat təşkil etmişdir. -24.05.2019-cu il tarixli EAAU seriyalı 888431 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göstərilmiş xidmətlərin dəyəri 1000 manat təşkil etmişdir. -24.06.2019-cu il tarixli EAAW seriyalı 182477 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göstərilmiş xidmətlərin dəyəri 1000 manat təşkil etmişdir. -24.07.2019-cu il tarixli EAAX seriyalı 566251 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göstərilmiş xidmətlərin dəyəri 1000 manat təşkil etmişdir. -22.08.2019-cu il tarixli EAAY seriyalı 823444 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göstərilmiş xidmətlərin dəyəri 1000 manat təşkil etmişdir. -25.09.2019-cu il tarixli EBAA seriyalı 318089 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göstərilmiş xidmətlərin dəyəri 1000 manat təşkil etmişdir. -22.10.2019-cu il tarixli EBAB seriyalı 524782 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göstərilmiş xidmətlərin dəyəri 1000 manat təşkil etmişdir. -25.11.2019-cu il tarixli EBAC seriyalı 893305 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göstərilmiş xidmətlərin dəyəri 1000 manat təşkil etmişdir. -20.12.2019-cu il tarixli EBAE seriyalı 183283 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göstərilmiş xidmətlərin dəyəri 1000 manat təşkil etmişdir. -23.01.2020-ci il tarixli EBAF seriyalı 337075 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göstərilmiş xidmətlərin dəyəri 1000 manat təşkil etmişdir. -24.02.2020-ci il tarixli EBAG seriyalı 783977 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göstərilmiş xidmətlərin dəyəri 1000 manat təşkil etmişdir. -29.03.2020-ci il tarixli EBAİ seriyalı 145442 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göstərilmiş xidmətlərin dəyəri 1000 manat təşkil etmişdir. -24.04.2020-ci il tarixli EBAJ seriyalı 154485 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göstərilmiş xidmətlərin dəyəri 1000 manat təşkil etmişdir. -19.05.2020-ci il tarixli EBAK. seriyalı 105087 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göstərilmiş xidmətlərin dəyəri 1000 manat təşkil etmişdir. -25.06.2020-ci il tarixli EBAL seriyalı 588367 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göstərilmiş xidmətlərin dəyəri 1000 manat təşkil etmişdir. -23.07.2020-ci il tarixli EBAM seriyalı 655743 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göstərilmiş xidmətlərin dəyəri 1000 manat təşkil etmişdir. -21.08.2020-ci il tarixli EBAN seriyalı 932851 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göstərilmiş xidmətlərin dəyəri 1000 manat təşkil etmişdir. -İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 31.08.2020-ci il tarixli xəbərdarlıq məktbundan görünür ki, iddiaçı ödənilməmiş 14000 manat borcun 10 gün müddətində ödənilməsini təklif etmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İşin yuxarıda göstərilən hallarından görünür ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında 04 aprel 2017-ci il tarixli, 008 saylı xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilədə iddiaçı tərəfindən göstəriləcək mühasibatlıq xidmətlərinə görə cavabdeh tərəfindən hər ay 1000 manat məbləğində xidmət haqqı ödənilməli olması nəzərdə tutulmuşdur. Müqavilə müddəti 1 il müəyyən edilmişdir. Hazırda iddiaçı 2019-cu ilin iyul-dekabr ayları və 2020-ci ilin yanvar-avqust ayları üzrə göstərilmiş xidmətlərə görə xidmət haqqının cavabdeh tərəfindən ödənilmədiyini əsas göstərərək yuxarıda qeyd olunan aylar üçün 14000 manat məbləğində xidmət haqqının cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarından göründüyü kimi iddiaçı tərəf 2019-cu ilin iyul-dekabr ayları və 2020ci ilin yanvar-avqust aylarında müqavilə münasibətlərinin davam etdirilməsini və xidmətlərin göstərilməsini təsdiq etmək üçün həmin aylar üçün tərtib edilmiş elektron qaimə-fakturaları məhkəməyə təqdim etmişdir. Göstərilən elektron qaimə-fakturalar Vergilər Nazirliyinin elektron sisteminə yüklənilmiş və qanunla nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən həmin qaimələrə etiraz edilmədiyindən elektron sistem tərəfindən təsdiqlənmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydaları”nın 1.2-ci bəndinə görə elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Həmin qaydaların 1.3-cü bəndinə görə isə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. Yuxarıda göstərilən müddəalarının məzmunundan da göründüyü kimi qanunun tələblərinə əsasən tərtib edilmiş elektron qaimə-fakturalar mal (iş, xidmət) təqdim edilməsini rəsmiləşdirən ilkin mühasibət uçotu sənədidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə Cavabdeh 04 aprel 2017-ci il tarixli müqavilə üzrə 14.000 manat məbləğində xidmət haqqını İddiaçınə ödəməməklə, müqavilə əsasında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehin müqaviləyə əsasən ödəməli olduğu 14.000 manat məbləğində pul vəsaitini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 14.000 manat ( on dörd min manat) məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1609/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1609/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver