Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1610/2020 03.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X1 Bağman qızının katibliyi ilə, İddiaçı şirkətinin cavabdehlər "Cavabdeh1" məhdud məsuliyyətli cəmiyyətinə, Cavabdeh2nə və Cavabdeh3 qarşı iddiaçıya məxsus olan və yararsız vəziyyətə düşmüş Metalların həcmli ştaplama, döymə və ya ştamplama ilə emalı üçün olan dəzgahın əsas dəyəri olan 50029 ABŞ dollarının, 20000 ABŞ dolları dəyərində olan həmin dəzgah üçün Azərbaycanda ödənilmiş gömrük rüsumu və əlavə dəyər vergisinin, dəzgahın quraşdırılması üçün Cənubi Koreyadan gətirilmiş mütəxəssislərin Azərbaycana gətirilməsi və yaşaması üçün çəkilən 15000 ABŞ dolları dəyərində olan xərcin, 25000 ABŞ dolları dəyərində olan iddiaçının işgüzar nüfuzuna dəymiş ziyanın, 2500 ABŞ dolları hüquqi xidmət xərclərinin, eləcə də 30 manat dövlət rüsumunun Azərbaycan manatı məzənnəsi ilə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddiaçıya məxsus olan və yararsız vəziyyətə düşmüş Metalların həcmli ştaplama, döymə və ya ştamplama ilə emalı üçün olan dəzgahın əsas dəyəri olan 50029 ABŞ dollarının, 20000 ABŞ dolları dəyərində olan həmin dəzgah üçün Azərbaycanda ödənilmiş gömrük rüsumu və əlavə dəyər vergisinin, dəzgahın quraşdırılması üçün Cənubi Koreyadan gətirilmiş mütəxəssislərin Azərbaycana gətirilməsi və yaşaması üçün çəkilən 15000 ABŞ dolları dəyərində olan xərcin, 25000 ABŞ dolları dəyərində olan iddiaçının işgüzar nüfuzuna dəymiş ziyanın, 2500 ABŞ dolları hüquqi xidmət xərclərinin, eləcə də 30 manat dövlət rüsumunun Azərbaycan manatı məzənnəsi ilə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 150.0.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, cavabdehlər "MURPHY SHİPPİNG AND COMMERCİAL SERVİCES" məhdud məsuliyyətli cəmiyyəti və Cavabdeh3 tərəfindən iddia ərizəsinin alınmasını təsdiq edən sənədlər iddia ərizəsinə əlavə olunmamışdır. Cavabdeh2nə isə iddia ərizəsi xx xxx 2020-ci il tarixdə poçt vasitəsi ilə göndərilsə də, iddia ərizəsinin həmin cavabdeh tərəfindən alınmasını təsdiq edən sübut iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı şirkətinin cavabdehlər "MURPHY SHİPPİNG AND COMMERCİAL SERVİCES" məhdud məsuliyyətli cəmiyyətinə, Cavabdeh2nə və Cavabdeh3 qarşı iddiaçıya məxsus olan və yararsız vəziyyətə düşmüş Metalların həcmli ştaplama, döymə və ya ştamplama ilə emalı üçün olan dəzgahın əsas dəyəri olan 50029 ABŞ dollarının, 20000 ABŞ dolları dəyərində olan həmin dəzgah üçün Azərbaycanda ödənilmiş gömrük rüsumu və əlavə dəyər vergisinin, dəzgahın quraşdırılması üçün Cənubi Koreyadan gətirilmiş mütəxəssislərin Azərbaycana gətirilməsi və yaşaması üçün çəkilən 15000 ABŞ dolları dəyərində olan xərcin, 25000 ABŞ dolları dəyərində olan iddiaçının işgüzar nüfuzuna dəymiş ziyanın, 2500 ABŞ dolları hüquqi xidmət xərclərinin, eləcə də 30 manat dövlət rüsumunun Azərbaycan manatı məzənnəsi ilə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1610/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1610/2020
03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver