Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1610/2025 15.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X8 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X2 Cavabdeh iştirakları ilə, İdddiaçı "X6 Company" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-cü il tarixli, S148/22 saylı Təchizat Müqaviləsiəsasında 1912.68 manat əsas, 3012.47 manat dəbbə pulu və 69 manat ödənilən dövlət rüsumu olmaqla cəmi, 4994.15 manat cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-cü il tarixdə “X10 Company” MMC ilə cavabdeh arasında S148/22 saylı “Təchizat” müqaviləsi müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “X10 Company” MMC, yəni Satıcı bu müqavilədə nəzərdə tutulmuş mallarıalıcıya sataraq onun mülkiyyətinə verməyi, Alıcı isə həmin malları qəbuledərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən Bu “Müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “Mal”ların “Satıcı” qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş “Mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində “Satıcı”nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “Alıcı” satılan “Mal”ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. “Mal”ların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu “Müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Satıcı”nın ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş “Mal”lar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış “Mal”ların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturalarıəsasında mallar təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq,alıcı elektron-qaimələrə əsasən ƏDV daxil olmaqla 1912.68 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq təchizatçıya, yəni"xxxx" MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan 6-cı maddəsinin tələbinə görə“Tərəflər” arasında bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəma qaydasında həll olunur. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehin Cavabdeh iddiatələbini qəbul etməyərək, iddianın rədd ediləsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan təhvil təslim aktlarında olan adlar və imzalar həmçinin teıefon nömrələri onun işçilərinə aid deyil, digər kafenin işçiləridir. Həmçinin ona təvil verilən malların dəyərini ödəmişdir və heç bir borcu yoxdur, bunu ona daim iddiaçının mallarını təhvil verən və pdənişi alan iddiaçının işçisi olan ekspeditor Ruslan da təsdiq edir. Bu səbəbdən iddia rədd edilməlidir.
III. Məhkəmə baxışının hədləri:
5. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
6. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
7. İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli S148/22 nömrəli nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən Müqaviləyə əsasən “təchizatçı” “alıcı”ya “mal” satır, “alıcı” isə həmin “mal’ı qəbul edir və “müqavilə” ilə razılaşdırılmış qaydada “mal”ın dəyərini “təchizatçıya”ya ödəyir. Bu “müqavilə” çərçivəsində “mal” termini dedikdə spirtli məhsullar nəzərdə tutulur. - 2.1-ci bəndinə əsasən “mal”ların təchizatı bu “müqavilə”nin bütün müddəti ərzində bu “müqavilə”yə “əlavə’lər və onun ayrılmaz hissəsi olan “spesifıkasiya”lar əsasında ayn-ayrı partiyalarda hissə-hissə həyata keçirilir. - 4.1-ci bəndinə əsasən bu “müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “malların” “Təchizatçı” qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş “malın” ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində “Təchizatçı”nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “alıcı” satılan “malların bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-faktuı ada göstərilən çatdırılma tarixindən 90 təqvim günündən gec olmamalıdır. - 5.1-ci bəndinə əsasən “alıcı” tərəfindən bu “Müqavilə”nin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda “Alıcı” “Təchizatçh’ya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir. Müqavilə hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq olunmuşdur.
8. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 79/24 saylı maliyyə arayışından görünür ki, xx.xx.2024 tarixinə fiziki şəxs Cavabdeh “Zirə Bazar Topdan" iaşə obyekti üzrə İddiaçı MMC-yə 5744.48 manat (yazılan qaimələrin məbləği): 3831.25 manat,ödənilən məbləğ:1913.23 manat əsas,dəbbə pulu: 3793.93 manat) qalıq borcu mövcuddur.
9. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 77/24 saylı maliyyə arayışından görünür ki, xx.xx.2024 tarixinə fiziki şəxs Cavabdeh “X11" iaşə obyekti üzrə İddiaçı MMC-yə 3364.68 manat (yazılan qaimələrin məbləği): 1452 manat,ödənilən məbləğ:1912.68 manat əsas,dəbbə pulu: 3012.47 manat) qalıq borcu mövcuddur.
10. İddiaçı tərədindən cavabdehə EBCM 303892 nömrəli xx.xx.2022-ci il tarixli 304.93 manat,EBDM 049319 nömrəli xx.xx.2023-cü il tarixli 226.07 manat , EBDC 269317 nömrəli xx.xx.2023-cü il tarixli 300.56 manat,EBDK 221462 nömrəli xx.xx.2023-cü il tarixli 462.72 manat,EBDİ 638236 nömrəli xx.xx.2023-cü il tarixli 530.40 manat, EBDİ 424458 nömrəli xx.xx.2023-cü il tarixli 265.25 manat,EBDH 106690 nömrəli xx.xx.2023-cü il tarixli 512.64 manat,EBDB 778269 nömrəli xx.xx.2023-cü il tarixli 331.50 manat , EBDB 262760 nömrəli xx.xx.2023-cü il tarixli 397.80 manat, EBDB 777074 nömrəli xx.xx.2023-cü il tarixli 300.56 manat, EBDB 049319 nömrəli xx.xx.2023-cü il tarixli 226.07 manat,EBCM 303892 nömrəli xx.xx.2022-ci il tarixli 304.63 manat məbləğində elektron qaimələr göndərilmişdir.
11. 06.03.2023-cü il tarixli GDĞ 347372 saylı kassa mədaxil orderi ilə təsdiq edilir ki,Cavabdeh tərəfindən EBDB 049319 saylı xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 170 manat iddiaçıya ödənilmişdir.
12. 31.07.2023-cü il tarixli GDĞ 429821 saylı kassa mədaxil orderi ilə təsdiq edilir ki,Cavabdeh tərəfindən 103 manat iddiaçıya ödənilmişdir.
13. xx.xx.2023-cü il tarixli GDĞ 34755 saylı kassa mədaxil orderi ilə təsdiq edilir ki,Cavabdeh tərəfindən 330 manat iddiaçıya ödənilmişdir.
14. 23.06.2023-cü il tarixli GDĞ 412861 saylı kassa mədaxil orderi ilə təsdiq edilir ki,Cavabdeh tərəfindən 160 manat iddiaçıya ödənilmişdir.
15. 27.02.2023-cü il tarixli GDĞ 347275 saylı kassa mədaxil orderi ilə təsdiq edilir ki,Cavabdeh tərəfindən 287 manat iddiaçıya ödənilmişdir.
16. 06.06.2023-cü il tarixli GDĞ 393634 saylı kassa mədaxil orderi ilə təsdiq edilir ki,Cavabdeh tərəfindən 62.21 manat iddiaçıya ödənilmişdir.
17. 06.06.2023-cü il tarixli GDĞ 393633 saylı kassa mədaxil orderi ilə təsdiq edilir ki,Cavabdeh tərəfindən 32.76 manat iddiaçıya ödənilmişdir.
18. 06.06.2023-cü il tarixli GDĞ 393632 saylı kassa mədaxil orderi ilə təsdiq edilir ki,Cavabdeh tərəfindən 255.03 manat iddiaçıya ödənilmişdir.
19. İddiaçı tərəfindən Cavabdeh pretenziya məktubu ünvanlanaraq borcun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəmə instansiyasına müraciət ediləcəkdir.
20. X1 verdiyi ifadəsində o “X5” MMC-də ekspeditor vəzifəsində işlədiyini bildirdi. Verilən suallara cavab olaraq onların müştəridən sifarişi götürürdüklərini, çatdrırılmanı isə başqaları həyata keçirirdiklərini, pul ödəmə şəklində olduğu zaman mədaxil orderi verirdiklərini, iş materiallarında da cavabdeh tərəfin ödəmələri ilə bağlı mədaxil orderləri mövcud olduğunu bildirdi. Daha sonra əlavə etdi ki, onlar sifarişi qəbul edib şirkətə bu barədə məlumat verirdilər, şirkət isə malı həmin obyektlərə çatdırırdı. Cavabdeh də adına vurulmuş mallar başqa obyektlərə aparılmışdır. Belə ki, sözügedən şəxs sifariş edən zaman həmişə məhsulu ədədlə sifariş etmişdir, lakin onun adına vurulub başqa yerə aparılmış məhsullar qutu-qutu sifariş edilmişdir. Mal göndərilən zaman malı qəbul edənin, həm onu təhvil verənin, həmdə indiki müdir Əflatun bəyin möhürü ilə imzası olmalı idi. Sənədlər baxan zaman isə uyğunsuzluq nəzərə çarpır, belə ki, cavabdeh şəxsin nə ofisiantı malı qəbul edib, nə mal anbardan çıxışda imza olmadığını bildirdi. O qeyd etdi ki, hal-hazırda cavabdehin heç bir borcu yoxdur, ona təvil verilmən malların dəyərini ödəmişdir.
V. Tətbiq edilən hüquq:
21. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın 1.2-ci bəndinə görə elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin qaydaların: 1.3-cü bəndinə görə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. 2.5.3-ci bəndinə görə elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur; 3.1-ci bəndinə görə vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaiməfakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2-ci bəndinə görə elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3-cü bəndinə görə cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4-cü bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. 3.5-ci bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir. 3.6-cı bəndinə görə vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaiməfakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.
24. "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X4rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
26. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.
27. Mübahisənin mahiyyətinə gəldikdə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır.Hazırda İddiaçı MMC cavabdehə satılan mallara görə onlara borcunun yarandığını əsas göstərərək həmin borcun cavabdehdən tutulmasını tələb edir.
28. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının nümayəndəsi iş materiallarına əlavə olunmuş təhvil-təslim aktlarına əsasən cavabdehə mallar təhvil verildiyini və həmin aktların cavabdehin işçiləri tərəfindən imzalandığını bildirsə də, cavabdeh məhkəmə iclasında borcunun olmadığını və aktları imzalayan şəxslər barəsində məlumatıın olmadını bildirmiş, habelə məhkəmə iclasında ifadəsi alınan şahid R.Dəmirov da cavabdeh tərəfindən bütün ödənişlərin həyata keçirildiyini bildirmişdir.
29. Belə ki, İddiaçı sözügedən müqavilə üzrə təhvil verdiyinə istinad etdiyi malların dəyərini tələb etdiyindən, Cavabdeh isə həmin mallara dair borcunun olmadığını bildirdiyindən, AR MPM-in 77.1-ci maddəsinin tələbləri baxımından müqavilə üzrə malların təhvil verilməsini sübut etmək vəzifəsi İddiaçının üzərinə düşür.
30. Lakin İddiaçı dəyəri 1912.68 manat təşkil edən mallara dair təsdiqedici sənədləri (hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş Alış sifarişi, təhvil-təslim aktları və müvafiq fakturaları) məhkəməyə təqdim etməmiş, bununla da tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyin lazımi qaydada icrasını məhkəmədə sübuta yetirə bilməmişdir. Elektron qaimələr ilə bağlı qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı həmin qaimələrin avtomatik olaraq proqram təminatı tərəfindən təsdiq edildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, həmin elektron-qaimələr iddianın əsasını təşkil edən müqavilənin şərtləri, habelə təqdim edilmiş digər sübutlarla birlikdə təhlil edilməlidir.
31. İş materiallarına əlavə edilən təhvil-təslim aktlarına münasibətdə məhkəmə hesab edir ki, həmin sənədlərin cavabeh tərəfindən imzalayan şəxslərin müəyyən etmək mümkün olmadığından, həmin aktlar malların verilməsinin təsdiq etmək üçün kifayət etmir.
32. İddia tələbi rədd edildiyindən məhkəmə hesab edir ki, dövlət rüsumu İddiaçının özünə aid edilməlidir.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı "X6 Company" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 69 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova