Məhkəmə qərarları › İş №e-2-2(113)-1622/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1622/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1622/2025 22.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “X1” MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X5 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “X1” MMC-yə qarşı “pul”tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh “X1” MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət ilə “X1” Məhdud Məsuliyyətli Cəmiyyət arasında 9 oktyabr 2023cü il tarixində bağlanmış №2023/163 nömrəli “Mallar (işlər və ya xidmətlər) üzrə satınalınma müqaviləsinə əsasən “X1” MMC əsas borcu 10.267,44 manat, illik 5% miqdarında gecikdirmə faizi 553,64 manat, 124 manat dövlət rüsumu İddiaçı MMC-yə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “Satıcı”) ilə “X1” MMC (bundan sonra “Alıcı”) 9 oktyabr 2023-cü il tarixində №2023/163 nömrəli“Mallar ( işlər və ya xidmətlər) üzrə satınalınma müqaviləsi bağlanmışdır. Belə ki, “Satıcı” müqavilə üzrə daşıdığı vəzifələri müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun tam və vaxtında yerinə yetirmiş və mallar “Alıcı”-ya razılaşdırılmış şəkildə çatdırılmışdır. İddiaçı MMC tərəfindən “X1” MMC-yə müxtəlif vaxtlarda elektron qaimə-fakturalar göndərilmişdir: 1. xx.xx.2023-cü il tarixli, EBDM seriyalı, 639877 nömrəli 4114,4 (dörd min yüz on dörd min manat qırx qəpik) MANAT məbləğində; 2. xx.xx.1013-cü il tarixli, EBDO seriyalı, 025513 nömrəli 3348 manat məbləğində; 3. xx.xx.2023-cü il tarixli, EBDQ seriyalı, 313658 nömrəli - 1237,5 (min iki yüz otuz yeddimanat əlli qəpik) MANAT məbləğində; 4. xx.xx.2023-cü il tarixli EBDR seriyalı, 315785 nömrəli, 710 manat məbləğində; 5. xx.xx.2023-cü il tarixli, EBDU seriyalı, 943694 nömrəli, 1462,5 manat məbləğində; 6. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 382901 nömrəli, 223 manat məbləğində. “Satıcı” daşıdığı öhdəlikləri müqavilədə nəzərdə tutulmuş şəkildə icra etməsinə baxmayaraq öhdəliklərin qarşılıqlı icrasına gəldikdə “X1” MMC müqavilə üzrə daşıdığı öhdəlikləri tam və vaxtında yerinə yetirməyərək İddiaçı MMC-nin xeyrinə 10.267,44 (on min iki yüzaltmış yeddimanat qırx dörd qəpik) MANAT ziyan dəymişdir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

4. Cavabdehin nümayəndəsi iddia ərizəsində göstərilən borcunu qəbul etdi və iddia ərizəsinin təmin olunmasına etiraz etmədiyini bildirdi.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. İddiaçı MMC ilə cavabdeh “X1” MMC arasında xx.xx.2023-cü tarixində 2023/163 saylı satınalma müqaviləsi bağlanmışdır. Müqavilənin: - 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, “Alıcı” malları sifariş edir, “Satıcı” isə həmin malları təqdim edir. - 2.2-ci bəndinə əsasən “Alıcı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların “Satıcf’dan qəbul edilməsini və dəyərinin ödənilməsini öz öhdəsinə götürür. - 2.3. –cü bəndinə əsasən malların siyahısı, növü, çeşidi,sayı və s. müqaviləyə 1 saylı Əlavədə- Qiymət Razılaşdırma protokolu qeyd olunur. - 12.1-ci bəndinə əsasən hazırkı müqavilə xx.xx.2023-ci il tarixdən xx.xx.2024-ci il tarixədək olan 1 (bir) il müddətinə bağlanır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. İddiaçı tərəfindən cavabehə xx.xx.2023-cü il tarixli, EBDM seriyalı 639877 nömrəli 4114,4 manat məbləğində;xx.xx.1013-cü il tarixli EBDO seriyalı, 025513 nömrəli 3348 manat məbləğində; xx.xx.2023-cü il tarixli, EBDQ seriyalı 313658 nömrəli - 1237,5 manat məbləğində; xx.xx.2023-cü il tarixli EBDR seriyalı 315785 nömrəli 710 manat məbləğində; xx.xx.2023-cü il tarixli EBDU seriyalı 943694 nömrəli 1462,5 manat məbləğində; xx.xx.2024-cü il tarixli EBDZ seriyalı 382901 nömrəli, 223 manatməbləğində elektron qaimə göndərilmişdir.

V. Tətbiq edilən hüquq:

10. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

12. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehlərin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

14. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

16. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

17. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cavabdehə satsa da, cavabdeh təqdim edilmiş malın dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 10267.44 manat məbləğində borcu yaranmışdır. Qeyd edilən hal, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş və məhkəmə iclaslarında tədqiq edilmiş, alqı-satqı müqaviləsi,elektron qaimə və cavabdehinin nümayəndəsinin yaranmış borcun etirafı ilə təsdiq edilir.

19. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərindən – 10267.44 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, eləcə də iddiaçı cavabdehdən 10267.44 manat məbləğində pul vəsaitini tələb etdiyini və cavabdehin yaranmış borcun məhkəmə iclasında etiraf etdiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 10267.44 manat borc tutularaq iddiaçıya ödənilməlidir.

20. Bundan başqa iddiaçı öz iddia tələbində müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə illik 5%-lə hesablanmış 553.64 manatın da cavabdehdən tutulmasını tələb etmişdir.

21. Məhkəmə cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti və 10267.44 manat əsas borc məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və illik 5% ilə hesablanmış 553.64 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

22. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 123.60 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.

23. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 123.60 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “X1” MMC-dən xx.xx.2023-cü il tarixli №2023/163 nömrəli “Mallar (işlər və ya xidmətlər) üzrə satınalınma müqaviləsinə əsasən, 10267,44 manat (on min iki yüz altmış yeddi manat qırx dörd qəpik) əsas borc, illik 5 % (beş) miqdarında 553,64 manat (beş yüz əlli üç manat altmış dörd qəpik) gecikdirmə faizi, 124 manat (yüz iyirmi dörd) dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar