Məhkəmə qərarları › İş №e-2-2(113)-1625/2020

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1625/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1625/2020 15.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X2 “xxxxxxxxxxx” X5rşı sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxxxxxxxx” ASC-dən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 2243.1 manat, həmçinin ödənişin verilməsini gecikdirdiyi hərgün 0.1% hesablamaqla 400 manat, 30 manat dövlət rüsumu olmaqla cəmi 2673 manat tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-in mülkiyyətində olan “Changan Alsvin V3” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili xx xxxxxx 2018-ci il ildə “xxxxxxxxxxx” ASC-də sığortalanmış və MC**********5 saylı kasko sığorta şəhadətnaməsi verilmişdir. Sığortalı avtomobil xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 16:40 radələrində etibarnamə üzrə idarə edən sürücü X1 şəhəri, H.Əliyev prospekti ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, qəfil idarəetməni itirmiş və nəticədə eyni istiqamətdə hərəkətdə olan “Hyundai Accent” markalı, **-EA-*** dövlət qeydiyyat avtonəqliyyat vasitəsi ilə toqquşmuşdur. Sığortalı avtomobilin sığorta şəhadətnaməsi ilə təminat verilən riskdən avtonəqliyyat haddisəsindən baş verməsi, avtomobili idarə edən şəxsin ayıq olması, avtomobilə dəyən zərərlər yuxarıda istinad edilən müvafiq dövlət orqanı tərəfindən qəbul edilən qərarda birmənalı göstərilmişdir. Bundan əlavə, sığortalı olaraq sığorta haqqını “xxxxxxxxxxx” ASC-yə ödənilib, səlahiyyətli dövlət orqanına Dövlət Yol Polisnə məlumat verilmişdir, hadisə yerində sürücü qalmışdır və avtomobili idarə etmək hüquq verən sürücülük vəsiqəsini təqdim etmişdr. Sığorta hadisəsi baş verən zaman hadisə yerinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon DYPŞ nin əməkdaşı gəlmiş və X12 Haqqında TP ******* saylı qərar qəbul etmişdir. Tam sığortalı avtomobilin sürücüsü S.S.Haqverdiyev xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Sürücülər ayıq vəziyyətdə olmuş, avtomobili idarə etməyə hüquq verən müvafiq sürücülük vəsiqəsi və avtomobili idarə etmək üçün etibarnaməsi olmuşdur. Hadisə nəticəsində sığortalı avtomobilə əhəmiyyətli dərəcədə ziyan dəymişdir. Avtomobilə dəymiş zərəri “xxxxxxxxxxx” ASC-dən tələb edilsə də, sığorta şirkəti dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Buna görə də, məhkəməyə müraciət etmək qərarı alınmışdır. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Mülki iş materiallarında olan: - xx.xx.2019-cu il tarixli, 038847 saylı sorğuya verilmiş arayışdan göründüyü kimi xx.xx.2019-cu il tarixində Xırdalan şəhəri, H.Əliyev pr., yol nəqliyyat hadisəsi baş vermiş və zərərvuran “xxxxxxxxxxxxxxxxx” markalı 90PU749 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC məxsus olan və X6 tərəfindən idarə edilmişdir. Zərərçəkən isə X13 MMC-nin mülkiyyətində olan Hundai Accent 99EN228 dövlət qeydiyyat nişanlı avtomoli olmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində “xxxxxxxxxxxxxxxxx” markalı 90PU749 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi zərər görmüşdür. - xx.xx.2019-cu il tarixli cədvəldən göründüyü kimi “xxxxxxxxxxxxxxxxx” markalı 90PU749 dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərci yekun 2693,10 manat təşkil edir. - “xxxxxxxxxx” ASC-nin xx.xx.2020-ci il tarixli, AS-20/381 saylı məktubunda zərər dəymiş “xxxxxxxxxxxxxxxxx” markalı 90PU749 dövlət qeydiyyat nişanlı avtomobil hadisədən sonra hadisə yerindən aparılmaqla sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə “xxxxxxxxxx” ASC-nin əməkdaşlarına təqdim edilmədiyi və nəqliyyat vasitəsinin sürücüsü hadisənin təfərrüatlarının aydınlaşdırılması üçün müvafiq əməkdaşlarla görüşməkdən boyun qaçırdığı qeyd olunmuşdur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: - 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 888.2-ci maddəsinə əsasən əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. - 889.1 və 889.2-ci maddəsinə əsasən sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. Sığorta marağının mövcudluğu qanunla və ya mülki-hüquqi müqavilə ilə tanınır. Şəxslə sığorta predmeti arasında bu cür tanınan əlaqə yoxdursa, sığorta marağının mövcud olmadığı hesab edilir. - 899.1-ci maddəsinə əsasən sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır: tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə, müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə. - 901.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir. - 904.1 və 904.2-ci maddəsinə əsasən sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir. - 903.4-cü maddəsinə əsasən müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Göründüyü kimi iddiaçıya məxsus avtonəqliyyat vasitəsi cavabdeh sığorta şirkəti tərəfindən sığortalanmışdır. Həmçinin baş vermiş sığorta hadisəsi barədə cavabdehə məlumat verilmişdir. Lakin, sığorta şirkəti məlumat verməməsi bəhanəsiylə sığorta ödənişinin həyata keçirilməsindən qəsdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 903.1 – 903.6-cı maddəsində qeyd olunmuşdur ki, sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıla bilər. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. - 934.1 və 934.2-ci maddəsində qeyd olunmuşdur ki, həmin Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, icbari sığorta olunmuş iddiaçıya məxsus avtomobilə zərər dəymiş və həmin avtomobil “xxxxxxxxxx” ASC tərəfindən sığotalandığından, İddiaçı MMCnin baş vermiş sığorta hadisəsi nəticəsində zərərin ödənilməsini aralarında bağlanmış sığorta müqaviləsinə əsasən tələb etmək hüququ yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 “Ata Sığorta” Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi barədə iddiası təmin edilsin. 2243,1 manat sığorta ödənişi, 400 manat dəbbə pulu olmaqla ümumilikdə 2643,1 manat məbləğində pul vəsaiti “Ata Sığorta” Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti “Ata Sığorta” Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar