Məhkəmə qərarları › İş №e-2-2(113)-1628/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1628/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1628/2021 01.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Aslanov Kamal Sahib oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh “X1” MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1” MMC-nin, İddiaçı MMC-yə ödənilməmiş 48592,50 manat əsas borcu, 2575 manat cərimə olmaqla, toplam 51167,50 manat borc öhdəliyinin və 30 manat dövlət rüsumu məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş və elektron informasiya sistemində yerləşdirilmiş sənədlər nəzərdən keçirilərkən, müəyyən edilmişdir ki, pretenziyanın cavabdehə çatdırılması (imtina və ya digər əsaslar) barədə sənəd əlavə edilsə də, iddia ərizəsinin isə yalnız cavabdehə göndərilməsi barədə sənəd əlavə edilmiş, cavabdeh tərəfindən almasını təsdiq edən sənəd (qəbz) isə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.4-cü maddəsinə əsasən, iddia ərizəsinə kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh “X1” MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə **********12 nömrəli, xx.xx.2021-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı MMC-yə izah edilsin ki, iddia ərizəsinin cavabdeh tərəfindən alınması (imtina və ya digər əsaslar) barədə sənəd (poçt qəbzi ya digər mötəbər sübut) iddia ərizəsinə əlavə edildikdən sonra təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar