Məhkəmə qərarları › İş №e-2-2(113)-1628/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1628/2023

24.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1628/2023 24.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və X3 qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh “X1” şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Russiya Federasiyasının Samara şəhərində yerləşən “X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı MMC ilə “X2” MMC arasında bağlanılmış 01 noyabr 2017-ci il tarixli mal alqı-satqı müqaviləsinə əsasən yaranmış 197405 dollar təşkil edən borcun alınaraq İddiaçın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.4-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki MPM-nin 152.1.4-ci maddəsinə əsasən iddia ərizəsinin göndərilməsinə deyil, alınmasına dair sübutun məhkəməyə təqdim edilməsi nəzərdə tutulsa da, iddiaçı yalnız iddia ərizəsinin göndərilməsini əks etdirən sənədi sistemə əlavə etməlidir. Bundan əlavə məhkəmə iddiaçının diqqətinə çatdırır ki, cavabdeh şirkət Rusiya Federasiyasının hüquqi şəxsi olduğundan, rus dilində olan pretenziya və iddia ərizəsi də sistemə əlavə edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı MMC-nin cavabdeh “X1” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 225 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbz geri qaytarılsın. İddiaçı MMC-yə izah edilsin ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdeh “X1” şirkəti tərəfindən alınmasını təsdiq edən sənədlər, həmçinin rus dilində olan iddia ərizəsi və pretenziya iddia ərizəsinə əlavə edildikdən sonra təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar