Məhkəmə qərarları › İş №e-2-2(113)-163/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-163/2020

21.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-163/2020 21.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, X6 katibliyi, iddiaçının nümayəndəsi X1 cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh X2rşı Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli MXD-09458 saylı inventar aktın etibarsız hesab olunması və həmin akt əsasında hesablanmış 2052 manat pulun silinməsinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh ASC arasında 19356493 nömrəli müqavilə imzalanmışdır. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının xx xxxxxxx 1999-cu il tarixli 723-İQ saylı “Su təchizatı və tullantı suları haqqında” Qanunun tələblərinə uyğun olaraq iddiaçıya məxsus olan obyektin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmişdir. Baxış barədə MXD-09458 saylı İNVENTAR Aktı tərtib edilmişdir. Akta əsasən obyektə baxış keçirilən zaman sudan sayğacdan kənar qeyri-qanuni istifadə aşkak edilmiş, guya həmin xətt obyektdəki ağacların suvarılmasında istifadə olunmuşdur. Akta qeyd olunana görə, 2052 kub metr miqdarında 2052 manat dəyərində sudan qeyri-qanuni istifadə etməklə CavabdehSC-yə ziyan vurulmuşdur. İnventar akta əsasən fevralda tərtib olunan aktın hüquqi əsası ağacların sulanması göstərilmişdir ki, bu da məntiqi cəhətdən fəsilə uyğun gəlmir. Göstərilən ünvanda akt tərtib olunan zaman su bir gündən bir fasilələrlə sutka ərzində cəmi iki saat verilməsinə baxmayaraq gündəlik su sərfiyyatı 5 saat olmaqla hesablanmışdır. İddiaçı bir sahibkar kimi istifadə etdiyi suyun dəyərini hər zaman ödəməklə həyata keçirmişdir. Belə ki, 2017-ci il ərzində 917 manat, 2018-ci ilin 5 ayı ərzində 495 manat ödəniş həyata keçirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, 2052 manat borc iddiaçıya akt əsasında hesablanmış borcdur, iddia tələbini əsassız hesab edir və rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Cavabdeh ASC ilə İddiaçı arasında xx.xx.2003-cü il tarixdə “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” 19356493 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ASC İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəssisəni içməli və istehsalat məqsədli su ilə təmin etməyi, tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, İddiaçıisə su təchizatı və kanalizasiya xidmətlərinin haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli Çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Əmlak kompleksi kimi müəssisə İddiaçı xüsusi mülkiyyətindədir. 09458 nömrəli xx.xx.2018-ci il tarixli inventar aktı ilə müəyyən edilir ki, İddiaçı fəaliyyət göstərdiyi Xırdalan qəsəbəsi, 26-cı məhəllə, ev 15-də yerləşən obyektə baxış keçirilən zaman məlum olmuşdur ki, sudan D-20 mm-lik boru vasitəsilə sayğacdan kənar qeyri-qanuni istifadə olunur. Həmin kənar xətdən həyətyanı ağacların suvarılmasında istifadə olunur. Cəmi 2052 manat məbləğində borc hesablanaraq İddiaçı tələb edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, 2052 manat borcun silinməsinə dair iddia təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçının barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçının barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya 2052 manat borc hesablanmışdır və məhkəmə hesab edir ki, həmin borc silinməklə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə-sinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən tərtib edilmiş 09458 saylı akt əsasında İddiaçı hesablanmış 2052 manat borc məbləği silinsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar