Məhkəmə qərarları › İş №e-2-2(113)-1631/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1631/2025

21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1631/2025 21.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, dövlət rüsumu) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC, "xxxx" MMC və Cavabdeh arasında bağlanmış “Kənd təsərrüfati texnikasının lizinqə verilməsi” barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” xx.xx.2020-ci il tarixli İmişli-034 nömrəli üçtərəfli Sazişə əsasən xx.xx.2024-cü il tarixinə 499 AZN gecikdirilmiş əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumununCavabdeh tutularaq iddiaçı"xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 22 nömrəli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqavilə bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd Belarus-89.2 traktor 60 ay müddətinə lizinqə verilmişdir. İddiaçı "xxxx" ASC,"xxxx" MMC və Cavabdeh oğlu arasında “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” xx.xx.2020-ci il tarixli İmişli-034 nömrəli Saziş ilə "xxxx" MMC-yə məxsus hüquq və öhdəliklər iddiaçı"xxxx" ASC-yə ötürülmüşdür. Cavabdeh müqavilə və Sazişin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir, nəticədə cavabdehin lizinq müqaviləsi üzrə "xxxx" ASC qarşısında xx.xx.2024-cü il tarixinə499 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Göstərilən məbləğin ödənilməsi tələbi ilə, tərəfimizdən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2024-cü il tarixli, PLX-24/0303 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə, Cavabdehİddiaçı ASC qarşısında “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” xx.xx.2020-ci il tarixli İmişli-034 nömrəli Sazişə əsasən lizinq ödənişləri və hesablaşma qaydalarını pozduğuna görə 499 manat gecikdirilmiş əsas borcu yaransa da,cavabdeh həmin ödənişi icra etməkdən yayınır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə AR Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikasının MülkiMəcəlləsinin 748-1.5-ci maddəsinə görə, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsiniməhkəmə yolu ilə tələb etmək hüququ vardır. Eyni məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz gerialmaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin məcəllənin 748-2.3-cü maddəsinə əsasən, lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən gerialmaq hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 36.11-ci maddəsinə görə, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Tərəflər arasında bağlanmış müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə xx.xx.2020-ci il tarixli İmişli-034 nömrəli üçtərəfli Sazişin 1.4-cü və 4.2-ci maddələrinə əsasən “bu saziş xx.xx.2019-cu il tarixli 22 saylı “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqavilənin ayrılmaz tərkib hissəsidir və Sazişin imzalanması ilə Qəbul edən şəxs müqavilə şərtləri ilə tanış olduğunu, müqavilənin təsdiq olunmuş bir nüsxəsinin ona verildiyini və bütün hüquq və öhdəlikləri öz üzərinə götürərək müqaviləni vicdanla yerinə yetirməyi öz üzərinə götürür.” xx.xx.2020-ci il tarixli İmişli-034 nömrəli üçtərəfli Sazişin tərkib hissəsi olduğu xx.xx.2019-cu il tarixli 231 nömrəli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqavilənin 8-ci maddəsinə əsasən, “müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqlarının həlli danışıqlar yolu ilə mümkün olmadıqda, tərəflər Lizinq verənin yerləşdiyiərazi üzrə aiddiyyətiməhkəməyə müraciət etməlidirlər.” Lizinq verən, yəni İddiaçı ASC-nin hüquqi ünvanı ünvan 1 Bina 1 ünvanıdır. Odur ki, müqavilənin şərtlərinə və Azərbaycan Respublikası MPM-nin 36.11-ci maddəsinin tələblərinə əsasən, hazırki mübahisəyə iddiaçının seçiminə əsasən Bakı Kommersiya Məhkəməsində baxıla bilər.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən iddiaçının və digər cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. "xxxx" MMC və Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 22 nömrəli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqavilə bağlanmış və bu müqaviləyə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən ümumi məbləği 24750 manat olan kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir.

9. Müqavilənin 1.2-ci bəndinə əsasən Lizinq alan texnikaların bu müqavilənin 1.1-ci bəndində göstərilən 24750 manat dəyərindən 9036.80 manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə №1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür.

10. 99/0023/NBKT nömrəli müqavilə üzrə “Üzləşmə və təhvil-təslim” aktına əsasən 1 ədəd Belarus-892 traktor Cavabdeh təhvil verilmişdir.

11. İddiaçı "xxxx" ASC,"xxxx" MMC və Cavabdeh arasında “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” xx.xx.2020-ci il tarixli İmişli-034 nömrəli Sazişi ilə "xxxx" MMC-yə məxsus hüquq və öhdəliklər iddiaçı"xxxx" ASC-yə ötürülmüşdür.

12. Tərəflər arasında bağlanmış müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə xx.xx.2020-ci il tarixli İmişli-034 nömrəli üçtərəfli Sazişin 1.4-cü və 4.2-ci maddələrinə əsasən “bu saziş xx.xx.2019-cu il tarixli 22 saylı “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqavilənin ayrılmaz tərkib hissəsidir və Sazişin imzalanması ilə Qəbul edən şəxs müqavilə şərtləri ilə tanış olduğunu, müqavilənin təsdiq olunmuş bir nüsxəsinin ona verildiyini və bütün hüquq və öhdəlikləri öz üzərinə götürərək müqaviləni vicdanla yerinə yetirməyi öz üzərinə götürür.

13. xx.xx.2020-ci il tarixli İmişli-034 nömrəli üçtərəfli Sazişin tərkib hissəsi olduğu xx.xx.2019-cu il tarixli 231 nömrəli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə müqavilənin 8-ci maddəsinə əsasən, “müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqlarının həlli danışıqlar yolu ilə mümkün olmadıqda, tərəflər Lizinq verənin yerləşdiyi ərazi üzrə aiddiyyəti məhkəməyə müraciət etməlidirlər.

14. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh iddiaçı "xxxx" ASC,"xxxx" MMC arasında “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” xx.xx.2020-ci il tarixli İmişli-034 nömrəli Sazişə əsasən xx.xx.2024-cü il tarixinə gecikdirilmiş borcu 499 manat təşkil edir.

15. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir.

16. Belə ki, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında lizinq müqaviləsi bağlanılmış, lizinq verən tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilsə də, cavabdeh tərəfindən lizinq ödənişlərində gecikmələrə yol verilmiş və müqavilə üzrə ödənilməmiş borcu qalmışdır.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

18. 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanılmalı olduğunu müəyyən edir.

19. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

21. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

22. Məhkəmə iddia tələbinin “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” xx.xx.2020-ci il tarixli İmişli-034 nömrəli Sazişə əsasən xx.xx.2024-cü il tarixinə 499 manat gecikdirilmiş əsas borcun tutulmasına dair aşağıdakıları qeyd edir.

23. Göründüyü kimi cavabdeh lizinq müqaviləsinin 8.2.1-ci bəndinə əsasən lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, lizinq verən tərəfindən hesab təqdim edilmədən lizinq ödənişlərini qrafik ilə müəyyən edilmiş vaxtda və həcmdə həyata keçirmək öhdəliyi götürmüş, lakin öhdəliyin həyata keçirməsində gecikmələrə yol vermiş və yekun ödənilməyən əsas borcu 499 manat təşkil etmişdir. Buna görə də məhkəmə iddia tələbini də bu hissədə əsaslı hesab edir.

24. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh “Kənd təsərrüfati texnikasının lizinqə verilməsi” barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” xx.xx.2020-ci il tarixli İmişli-034 nömrəli üçtərəfli Sazişə əsasən xx.xx.2024-cü il tarixinə olan 499 manat əsas borc məbləği tutularaq iddiaçı"xxxx" ASC-yə ödənilməlidir.

25. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Qeyd olunan maddənin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edildiyi üçün dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh “Kənd təsərrüfati texnikasının lizinqə verilməsi” barədə müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə” xx.xx.2020-ci il tarixli İmişli-034 nömrəli üçtərəfli Sazişə əsasən xx.xx.2024-cü il tarixinə olan 499 manat əsas borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq iddiaçı"xxxx" ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar