Məhkəmə qərarları › İş №e-2-2(113)-1634/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1634/2022

11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1634/2022 11.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 aprel 2021-ci il tarixli 21/14 saylı alqı-satqı müqaviləsinə və onun əlavələrinə əsaəsn 12499,91 manat əsas borcun, 1499,98 manat cərimənin, 781,24 manat faiz borcunun, 200 manat mediasiya xərclərinin, toplam 14981,16 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin nümayəndələri Məhkəməyə tərəflər arasında imzalanmış barışıq sazişini təqdim edərək, sazişin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini və bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi F.Salahova, cavabdehin nümayəndəsi Qanuni nümayəndə ayrı-ayrılıqda barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini və iş üzrə icraat xitam verilməsini xahiş etdilər. Barışıq sazişinin məzmununa görə:

1. Cavabdeh ilə iddiaçı arasında bağlanmış 08 aprel 2021-ci il tarixli, 21/14 saylı alqısatqı müqaviləsinə və onun əlavələrinə əsasən 12499,91 manat əsas borcun, 1499,98 manat cərimənin, 781,24 manat faiz borcunun, 200 manat mediasiya xərclərinin, toplam 14981,16 manat borcu qəbul edir.

2. Cavabdeh borcun ödənilməsini aşağıdakı cədvəldə göstərilmiş qaydada ödəməyi öz öhdəsinə götürür: № Son ödəniş tarixi Ödənilməli məbləğ Qalıq borc

1 11.03.2022 2499,91 14481,25

2 31.03.2022 5000,00 7481,25

3 20.04.2022 5200,00 2281,25

4 20.05.2022 2281,25 0

3. Cavabdeh barışıq sazişində əks edilmiş qrafikə uyğun müddətdə və məbləğdə, 20.04.2022-ci il tarixinə qədər 12699,91 manat məbləği ödəməyi öz öhdəsinə götürür.

4. Cavabdeh ödənişləri barışıq sazişi üzrə müəyyən edilmiş tarixlərdə və müddətdə tam ödədiyi təqdirdə, iddiaçı 2281,25 manat məbləğində cərimə və faiz borcunu cavabdehə güzəştə gedir.

5. Cavabdeh tərəfindən hazırkı barışıq sazişi üzrə öhdəliyin icrası 20 aprel 2022-ci il tarixinə qədər tam icra olunmadığı təqdirdə barışıq sazişinin 4-cü bəndində göstərilmiş güzəşt ləğv olunur, iddiaçının bu barışıq sazişinin 1-ci bəndində göstərilmiş məbləği, həmçinin bu barışıq saizşi üzrə edilən ödənişlər çıxılmaqla həmin qrafik üzrə qalan borc məbləğini cavabdehdən tələb etmək, o cümlədən, bildiriş vermədən dərhal hazırkı barışıq sazişinin icraya yönəldilməsi üçün müvafiq məhkəməyə və icra orqanlarına müraciət etmək hüququ yaranır. Məhkəmə barışıq sazişini müzakirə edərək, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış barışıq sazişinin aşağdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və iş üzrə icraata xitam verilsin:

1. Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 08 aprel 2021-ci il tarixli, 21/14 saylı alqı-satqı müqaviləsinə və onun əlavələrinə əsasən 12499,91 manat əsas borcun, 1499,98 manat cərimənin, 781,24 manat faiz borcunun, 200 manat mediasiya xərclərinin, toplam 14981,16 manat borcu qəbul edir.

2. Cavabdeh MMC borcun ödənilməsini aşağıdakı cədvəldə göstərilmiş qaydada ödəməyi öz öhdəsinə götürür: № Son ödəniş tarixi Ödənilməli məbləğ Qalıq borc 1 11.03.2022 2499,91 14481,25 2 31.03.2022 5000,00 7481,25 3 20.04.2022 5200,00 2281,25 4 20.05.2022 2281,25 0

3. Cavabdeh MMC barışıq sazişində əks edilmiş qrafikə uyğun müddətdə və məbləğdə, 20.04.2022-ci il tarixinə qədər 12699,91 manat məbləği ödəməyi öz öhdəsinə götürür.

4. Cavabdeh MMC ödənişləri barışıq sazişi üzrə müəyyən edilmiş tarixlərdə və müddətdə tam ödədiyi təqdirdə, İddiaçı MMC 2281,25 manat məbləğində cərimə və faiz borcunu cavabdehə Cavabdeh MMC-yə güzəştə gedir.

5. Cavabdeh MMC tərəfindən hazırkı barışıq sazişi üzrə öhdəliyin icrası 20 aprel 2022-ci il tarixinə qədər tam icra olunmadığı təqdirdə barışıq sazişinin 4-cü bəndində göstərilmiş güzəşt ləğv olunur, İddiaçı MMC-nin bu barışıq sazişinin 1-ci bəndində göstərilmiş məbləği, həmçinin bu barışıq saizşi üzrə edilən ödənişlər çıxılmaqla həmin qrafik üzrə qalan borc məbləğini Cavabdeh MMC-dən tələb etmək, o cümlədən, bildiriş vermədən dərhal hazırkı barışıq sazişinin icraya yönəldilməsi üçün müvafiq məhkəməyə və icra orqanlarına müraciət etmək hüququ yaranır. İddiaçı MMC və Cavabdeh MMC-yə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar