Məhkəmə qərarları › İş №e-2-2(113)-1649/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1649/2025

24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1649/2025 24.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi X1 Seyfəddin oğlunun sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı T/N-2024/74 saylı müqavilə üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC” (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 18 aprel 2024-cü il tarixli T/N-2024/74 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasə, Satıcı Alıcıya müqavilənin ayrılmaz hissəsi olan Əlavədə göstərilən avadanlıq, ehtiyat hissələri və sair (bundan sonra "Mal") satır, Alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. - 2.1-ci bəndinə əsasən malın qiyməti ve miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələr ilə müəyyənləşdirilir. - 5.1-ci bəndinə əsasən, müqaviləyə əsasən sifariş olunan malın dəyərini Müqaviləyə Əlavədə göstərilən həddində “Sifarişçiyə” ödəyir. - 5.1-ci bəndinə əsasən, mal alıcıya tam təhvil verildikdən sonra bir aydan qırx beş gün ərzində ödəniş edilməlidir. - 5.2-ci bəndinə əsasən alıcı bu müqavilə ilə müəyyən olunan ödənişi vaxtında icra etmədikdə hər gecikdirilmiş günə borc qalığının 1 faiz cəriməni Satıcıya ödəyir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. 18 aprel 2024-cü il tarixli T/N-2024/74 nömrəli alqı-satqı müqaviləsinə 1 saylı Əlavəyə əsasən, tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malın (Rotorlu qırıcı HS 14 motor 160 kw işlənmiş) növü, ölçüsü, miqdarı və qiyməti barədə razılaşmışlar. 1 saylı Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. 16 aprel 2024-cü il tarixli üzləşmə aktına əsasən Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixinə İddiaçı MMC-yə 20303,33 manat məbləğində borcu qalmış və Cavabdeh MMC bu borcu İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

4. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə borcun ödənilməsinə dair pretenziya məktubu ünvanlanaraq 3 gün ərzində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

5. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən 70800 manat borcun, 42480 manat cərimə, ümumilikdə 113280 manat pul vəsaitinin, məhkəməyə ödənilmiş 404 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 18 aprel 2024-cü il tarixdə T/N-2024/74 nömrəli Alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin gün Cavabdeh MMC ilə İddiaçı MMC arasında “xx.xx.2024-cü il tarixli, T/N2024/74 nömrəli Alqı-satqı Müqaviləsinə” 1 saylı Əlavə təsdiq edilmişdir. 1 saylı əlavəyə əsasən İddiaçı MMC Cavabdeh MMC-yə “Rotorlu qırıcı HS 14 motor 160 kv” avadanlığını ƏDV daxil 70800 manat dəyərində satmışdır. xx.xx.2024-cü il tarixli Müqavilənin 5.3.-cü bəndinə görə Mal “Alıcı”ya (cavabdehə) tam təhvil verildikdən bir ay sonra başalayaraq qırx beş gün ərzində ödəniş etməlidir. Müqaviləyə 1 saylı Əlavənin 3-cü bəndinə görə Cavabdeh MMC “Rotorlu qırıcı HS 14 motor 160 kv” avadanlığını xx.xx.2024-cü il tarixdə tamamilə təhvil almışdır. Tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranıb. Müqavilənin 5.5-ci bəndinə görə “Alıcı” bu Müqavilə ilə müəyyən edilən ödənişi vaxtında icra etmədikdə hər gecikdirilmiş günə borc qalığının 1 (bir) faizi həddində “Satıcı”ya cərimə ödəməlidir. Dəbbə pulunun ödənilməsi tərəflər arasındakı müqavilə ilə müəyyən edilib. Nəzərə alınsa ki, müqaviləyə görə bir günlük dəbbə pulu ödənilməyən məbləğin 1 faizini təşkil edir, (yəni 708 manat) və gecikdirilmiş günlərin də sayı 60 gündür, belə olan halda cavabdeh 42480 manat cərimə də ödəməlidir.

7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 425.1, 427.3, 442, 443.1, 448.1-ci maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

8. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

9. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi/vəkili ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini, əks təqdirdə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

10. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi/vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçının nümayəndəsi/vəkili məhkəməyə ərizə ilə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

13. İddiaçının nümayəndəsi/vəkilinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

14. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

15. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

16. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

17. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

18. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

19. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 18 aprel 2024-cü il tarixli T/N-2024/74 nömrəli alq-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə ilə müəyyən olunan malı cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malın dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan əsas borcu 70800 manat təşkil edir.

20. İddiaçı mübahisəli müqavilə üzrə malın təqdim edilməsi faktını sübuta yetirmək üçün cavabdeh tərəfindən etiraz edilməmiş üzləşmə aktını məhkəməyə təqdim etmişdir.

21. Belə olan halda məhkəmə mübahisəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 70800 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

22. Bundan əlavə iddiaçı müqavilə üzrə malın dəyərini vaxtında ödəmədiyinə görə Cavabdeh MMC-yə hesablanmış 42480 manat məbləğində cərimə (dəbbə) pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

23. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin ödənişlərini vaxtında ödəməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı mübahisəli müqavilə üzrə yuxarıda göstərilən məbləğdə dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

24. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 404 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

25. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 404 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən alqı-satqı müqaviləsi üzrə 70800 manat əsas borc, 42480 manat cərimə borcu, ümumilikdə 113280 manat və dövlət rüsumunun əvəzi olaraq 404 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində ümumi qaydada Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar