Məhkəmə qərarları › İş №e-2-2(113)-165/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-165/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-165/2023 10.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh nümayəndəsi (qanuni təmsilçi) Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı iddiaçı ilə cavabdeh arasında olan xx.xx.2019-cu il tarixli müqavilə və onun əlavələri üzrə cavabdehin yerinə yetirilməmiş öhdəliyi olan 407 ton 4-cü sinif ərzaqlıq buğda təhvil verməsi öhdəliyinin yerinə yetirilməsi və ya cavabdehdən həmin buğdanın hazırki bazar qiymətinə uyğun olaraq 242165 manat pul məbləğinin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında olan xx.xx.2019-cu il tarixli müqavilə və onun əlavələri üzrə cavabdehin yerinə yetirilməmiş öhdəliyi olan 407 ton 4-cü sinif ərzaqlıq buğda təhvil verməsi öhdəliyinin yerinə yetirilməsi və ya cavabdehdən həmin buğdanın hazırki bazar qiymətinə uyğun olaraq 242165 manat pul məbləğinin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kommersiya işinin məhkəmə baxışı mərhələsində tərəflər məhkəməyə müraciət edərək, öz aralarında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağladıqlarını bildirmişlər. Tərəflər barışıq sazişini məhkəməyə təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, tərəflərin barışıq sazişi qanunazidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinin tələbinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 191, 261, 262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun: Biz aşağıda imza edənlər: e-2-2(113)-165/2023 saylı iş üzrə tərəflər: iddiaçı – İddiaçı MMC (VÖEN: **********) və həmin iş üzrə cavabdeh – Cavabdeh MMC (VÖEN: **********) aramızda olan məhkəmə icraatı əsasında aşağıdakı formada razılığa gəlirik. Hal-hazırda aramızda olan Bakı şəhər Kommersiya məhkəməsində müqavilə öhdəliklərinin yerinə yetirilməsi barədə baxılan iş üzrə Cavabdeh MMC İddiaçı MMC-yə 50 000 (əlli min) manat borcu olduğunu etiraf etdi və qeyd olunan borca dair dərhal 4 000 (dörd min) manat, növbəti 23 (iyirmi üç) ay ərzində hər ayın ilk 5 (beş) günü ərzində 2 000 (iki min) manat olmaqla ödəniş etməyi öhdəsinə götürməsi ilə razılığa gəldik.

1. Mən – “PACİFİC COMMERCE MMC”-nin direktoru və nümayəndəsi Nümayəndə bildirirəm ki, hal-hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)- 165/2023 saylı iş üzrə iddiamdan imtina etməyi və gələcəkdə Cavabdeh MMC-yə qarşı bu mübahisədən yaranan heç bir tələblə bağlı hər-hansısa bir iddia qaldırılmayacağına vəd verirəm. Əlavə olaraq bu formada heç bir dövlət və qeyri dövlət təşkilatlarında mübahisə açmayacağımı öz öhdəmə götürürəm.

2. Mən – Cavabdeh MMC-nin direktoru və nümayəndəsi Qanuni nümayəndə bildirirəm ki, hal-hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında olan e- 2-2(113)- 165/2023 saylı iş üzrə İddiaçı MMC-yə qarşı bu mübahisədən yaranan heç bir tələblə bağlı hər-hansısa bir iddia qaldırılmayacağına vəd verirəm. Əlavə olaraq bu formada heç bir dövlət və qeyri dövlət təşkilatlarında mübahisə açmayacağımı öz öhdəmə götürürəm.

3. Məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər bu ödənişləri etmiş şəxslərin xərcləri qəbul olunur və tərəflər arasında bölünmür.

4. Barışıq razılaşması bizim niyyətimizi ifadə edir və onu imza etdiyimiz andan qüvvəyə minir. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar