Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1650/2025 01.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin direktoru X4, "xxxx" MMC ilə olan Alqı-satqı müqavil+əsinə ğörə yaranmış 34643 (otuz dörd min altı yüz qırx üç) manat manat əsas borcunun, gecikdirilmiş borca görə hesablanmış 3464 (üç min dörd yüz altımış dörd) cərimə manat və 205 (iki yüz beş) manat ödənilmiş dövlət rüsumnun "xxxx" MMC-yə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixində iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə tərəflər arasında bağlanmış barışıq sazişi təqdim edilmişdir. İş üzrə iddiaçının və cavabdehin nümayəndələri xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası xx.xx.2025-ci il tarixə saat 11:45-yə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının və cavabdehin nümayəndələri barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: Bir tərəfdən iddiaçı-"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 şəxsində (VÖEN **********), digər tərəfdən Cavabdeh MMC-nin direktoru X3 şəxsində, (VÖEN **********) Bakı Kommersiya Məhkəməsində e-2-2( 113)-1650/2025 saylı işə baxılarkən tərəflər aralarında yaranan qarşılıqlı anlaşma, eyni /amanda əvvəllər bir-biriləri ilə işgüzar münasibətləri və halallıq prinsiplərini nəzərə almaqla aşağıdakı razılığa gəldilər:
1. İ Cavabdeh tərəf üzərinə götürür ki, ‘'Xırman” MMC-yə (bundan sonra 11 tərəf adlanacaq) “ Alqı-satqı müqaviləsinə ğörə yaranmış əsas borc 34643 (otuz dörd min altı yüz qırx üç) manat, gecikdirilmiş borca görə hesablanmış faiz 3464 (üç min dörd yüz altımış dörd) manat cərimə və 205 (iki yüz beş) manat ödənilmiş dövlət rüsünıunu ümumilikdə 38312 ( otuz səkkiz min üç yüz on iki) manat pul vəsaitinin 3000 (üç min) manatını xx.xx.2025-ci il tarixində ödəməklə, yerdə qalan 35312 (otuz beş min üç yüz on iki) manat borcun 2025-ci il may ayının 31-dən başlayarq hissə-hissə, hər ayın sonunda 500 (beş yüz ) manat pul vəsaitini "xxxx" MMC-yə ödəmək öhdəliyini öz üzərinə götürür.
2. İİ tərəf verilən 3000 (üç min) manat pul vəsaitini qəbul etməyi və yerdə qalan 35312 (otuz beş min üç yüz on iki) manat borcun 2025-ci il may ayının 31-dəıı başlayarq hissə-hissə, hər ayın sonunda 500 (beş yüz ) manat pul vəsaitini qəbul etməyi öz üzərinə götürür.
3. Barışıq sazişinin şərtləri pozulacağı halda, yəni, sazişdə göstərildiyi kimi, 2025ci il may ayının 31-dən başlayarq hissə-hissə, hər ayın sonunda 500 (beş yüz ) manat pul vəsaitinin "xxxx" MMC-yə ödənilmədiyi və ya qəbul edilmədiyi halda, tərəflərin sazişinin məcburi qaydada icra edilməsini tələb etmək hüquqları saxlanılır.
4. Bu saziş Bakı Kommersiya Məhkəməsi tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Günay Namazova