Məhkəmə qərarları › İş №e-2-2(113)-1658/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1658/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1658/2020 28.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən yaranmış 1 476,03 manat məbləğində əsas borcun, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 86,70 manat pul məbləğinin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMCnin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 54 saylı alqı-satqı müqaviləsinə əsasən, müəssisənin istehsal etdiyi malları satıcı satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfiindən götürülmüş öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, müəssisədən aldığı malların dəyərini ödəməmiş və nəticədə 1 476,03 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. 056194, 366385, 879717, 293129, 448925, 605894, 030309, 286690, 579466, 711224, 978137, 335019, 396739 nömrəli elektron qaimə-faktrua sənədlərinə əsasən, xx.xx.2019xx.xx.2019-cu il tarixlər aralığında 2049,70 manat dəyərində mal Cavabdeh MMC-yə təhvil verilmişdir. Cavabdeh tərəfindən bu günə kimi 573,67 manat məbləğində pul ödənilmiş və 1476,03 manat məbləğində borc qalmışdır. Dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh tərəfindən ödəniş edilməmiş, münasibətlərin qaydaya salınması üçün heç bir ciddi addım atılmamışdır. xx.xx.2019-cu il tarixdə cavabdehə 288 nömrəli pretenziya məktubu göndərilərək qalıq borcun ödənilməsi tələb edilsə də, heç bir ödəniş edilməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 27 fevral 2018-ci il tarixdə 54 saylı saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən müqavilənin ayrılmaz hissəsi sayılan spesifikasiyada adları göstərilən malları, satıcı satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyə öhdəsinə götürmüşdür. 4.1-ci bəndinə əsasən malların təhvil-təslimi alıcının sifarişindən 2 gün ərzində satıcının anbarında həyata keçirilir. 5.1-ci bəndinə əsasən ödəmə bank köçürməsi yolu ilə və yaxud nağd yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirilir. Müqavilə hər iki tərəfin imzası, satıcı tərəfindən isə möhürü ilə təsdiq edilmişdir. Həmin müqaviləyə 1 saylı əlavə ilə qiymət cədvəli tərtib edilmiş və tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. xx xxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 1.476,03 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Həmçinin xx.xx.2019-cu il tarixdən məhkəməyə müraciət edilən tarixədək əldən çıxmış faydaya görə cərimə faizinin ümumi miqdarı 86,70 manat təşkil edir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 27.38 manat dəyərində mal verilməsinə dair xx.xx.2019-cu il tarixli, EAAR seriyalı, 056194 saylı; 133.81 manat dəyərində mal verilməsinə dair xx.xx.2019-cu il tarixli, EAAR seriyalı, 366385 saylı, 115,03 manat dəyərində mal verilməsinə dair xx.xx.2019-cu il tarixli, EAAR seriyalı, 879717 saylı; 31.74 manat dəyərində mal verilməsinə dair xx.xx.2019-cu il tarixli, EAAS seriyalı, 293129 saylı; 332.05 manat dəyərində mal verilməsinə dair xx.xx.2019-cu il tarixli, EAAS seriyalı, 448925 saylı; 115,05 manat dəyərində mal verilməsinə dair xx.xx.2019-cu il tarixli, EAAS seriyalı, 605894 saylı; 59,00 manat dəyərində mal verilməsinə dair xx.xx.2019-cu il tarixli, EAAT seriyalı, 030309 saylı; 30,09 manat dəyərində mal verilməsinə dair xx.xx.2019-cu il tarixli, EAAT seriyalı, 286690 saylı, 492,65 manat dəyərində mal verilməsinə dair xx.xx.2019-cu il tarixli, EAAT seriyalı, 579466 saylı; 12.04 manat dəyərində mal verilməsinə dair xx.xx.2019-cu il tarixli, EAAT seriyalı, 711224 saylı; 488.52 manat dəyərində mal verilməsinə dair xx.xx.2019-cu il tarixli, EAAT seriyalı, 978137 saylı, 169.92 manat dəyərində mal verilməsinə dair xx.xx.2019-cu il tarixli, EAAV seriyalı, 335019 saylı; 42.40 manat dəyərində mal verilməsinə dair xx.xx.2019-cu il tarixli, EAAW seriyalı, 396739 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yəxx.xx.2019-ci il tarixli, 288 saylı pretenziya məktubu ilə müraciət edilərək, alqı-satqı müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə lazımi instansiyalara müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinəəsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 1.476,03 manat təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini – 1.476,03 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia təmin edilməli, Cavabdeh MMC-dən 1.476,03 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 86,70 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin: 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Hazırkı işdə məhkəmə Cavabdeh MMC alqı-satqı müqaviləsinə əsasən təqdim edilmiş malın dəyərinin ödənilməsini 1 ildən artıq müddətə gecikdirdiyini nəzərə alaraq hesab edir ki, İddiaçı MMC Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə 86,70 manat məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə 1.476,03 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 86,70 manat məbləğində faiz, cəmi 1.562,73 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçınə ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 1476,03 manat (bir min dörd yüz yetmiş altı manat üç qəpik) məbləğində borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 86,7 manat (səksən altı manat yetmiş qəpik) faiz, cəmi 1562,73 manat (bir min beş yüz altmış iki manat yetmiş üç qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar