Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1663/2020 22.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rəhmanov Elçin Natiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X1 Company Ltd” Şirkətinin na qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (İddiaçı MMC) cavabdeh «X1 Company Ltd” Şirkətinin na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3004,40 manat (üç min dörd manat qırx qəpik) əsas borc, 315,46 (üç yüz on beş manat qırx altı qəpik) manat dəbbə pulu olmaqla, cəmi 3319,86 manat (üç min üç yüz on doqquz manat səksən altı qəpik) məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "İddiaçı" MMC ilə "Cavabdeh" Şirkətinin arasında bağlanmış xx.xx.2012-ci il tarixli, MSA-318-2019 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehin əməkdaşlarının tibbi müayinələrlə təmin edilməsini, cavabdeh isə həmin xidmətlərin əvəzini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən Sifarişçi onun işçilərinə göstərilən xidmətlərə görə Müqavilənin 4.1-ci bəndində göstərilən qiymətlərlə ödəmə aparmağı öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-cü bəndinin ikinci hissəsinə əsasən quruda işləyən əməkdaş üçün tibbi müayinə haqqı 55.91 manat, sürücü üçün isə 59.82 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən x xxxxxxx 2019-cu il tarixli elektron məktubla müayinədən keçməli olan işçilərin siyahısı göndərilmiş və müayinə tarixinin təyin edilməsi xahiş edilmişdir. Təqdim edilən siyahıdakı işçilərin müayinədən keçməsi üçün 14,15,16,17,18 və xx xxxxxxx 2019-cu il tarixləri razılaşdırılmış və həmin işçilər müayinədən keçirilmişlər. Göstərilən xidmətlərin dəyərinin ödənilməsi üçün iddiaçı xx xxxxxx 2020-ci il tarixdə cavabdehə 5513 nömrəli hesab (İnvoys) göndərmişdir. Lakin iddiaçının göstərdiyi xidmətlərin haqqını təşkil edən 3004,40 manat cavabdeh tərəfindən hal-hazıradək ödənilməmişdir. Halbuki tərəflər arasında imzalanmış Müqavilənin 4.1-cü bəndinin birinci hissəsinə əsasən ödəniş hesabın təqdim edildiyi gündən 30 gün ərzində həyata keçirilməli idi və ödənişin gecikdirilməsinin hər günü üçün hesabın ümumi məbləğinin 1% miqdarında dəbbə pulu ödənilməlidir. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə cavabdehə pretenziya göndərilərək, ödənilməmiş qalan 3004,40 manat (üç min dörd manat qırx qəpik) borc məbləğinin həmin məktubun alınması tarixindən etibarən 7 (yeddi) gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə borcun məcburi qaydada alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Qeyd edilən pretenziya məktubu cavabdehin hüquqi ünvanına göndərilsə də, həmin ünvanda yerləşən ofis bağlı olduğundan təqdim edilə bilməmişdir. Bu səbəbdən həmin pretenziya məktubu və ona əlavə olunan sənədlərin skan olunmuş surətləri cavabdehə vergi portalı vasitəsi ilə göndərilmişdir. Lakin hal-hazıradək xidmət haqqı cavabdeh tərəfindən ödənilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh “X1 Company Ltd" Şirkətinin na məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh “X1 Company Ltd" Şirkətinin arasında xx.xx.2012-ci il tarixli, MSA-318-2019 saylı xidməti müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehin tapşırığına əsasən "Cavabdeh" Şirkətinin nın əməkdaşlarının tibbi müayinələrlə təmin edilməsini, cavabdeh isə həmin xidmətlərin əvəzini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinin birinci hissəsinə əsasən ödəniş hesabın təqdim edildiyi gündən 30 gün ərzində həyata keçirilməli və ödənişin gecikdirilməsinin hər günü üçün hesabın ümumi məbləğinin 1% miqdarında dəbbə pulu ödənilməlidir; 4.1-ci bəndinin ikinci hissəsinə əsasən quruda işləyən əməkdaş üçün tibbi müayinə haqqı 55.91 manat, sürücü üçün isə 59.82 manat (ƏDV-siz) müəyyən edilmişdir; 4.2-ci bəndinə əsasən sifariş əsasında əlavə xidmətlər icraçının mövcud tariflərinə əsasən aparılacaq; 13-cü bəndində tərəflər arasında əlaqə vasitələrindən biri kimi nəzərdə tutulan rəsmi e-mail ünvanları göstərilmişdir. - Müqavilədə nəzərdə tutulan rəsmi e-maillər vasitəsilə aparılan yazışmalardan görünür ki, profilaktik tibbi müayinə tarixləri təsdiqlənmiş və cavabdeh tərəfindən işçilərinin hərtərəfli müayinəsi xahiş olunmuşdur. - xx.xx.2020-ci il tarixli müainə olunanların siyahısından görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək “X1 Company Ltd" Şirkətinin nın 6 nəfər sürücüsü, 25 nəfər quruda işləyən və 3 nəfər dənizdə işləyən işçisinə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tibbi müayinə xidməti göstərilmişdir. - İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh “X1 Company Ltd" Şirkətinin na ünvanlanmış xx.xx.2020-ci il tarixli 5513 nömrəli Hesabdan (İnvoysdan) görünür ki, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə göstərilmiş xidmət üçün “X1 Company Ltd" Şirkətinin nın İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 3004,4 manat borcu (ƏDV ilə birlikdə)vardır. Quruda işləyən 25 nəfər işçinin müayinə xərci 2477,75 manat, dənizdə işləyən 3 əməkdaşın müayinə xərci 167,73 manat, 6 nəfər sürücünün müayinə xərci 358,92 manat təşkil etmişdir. - xx.xx.2020-ci il tarixli, 580 nömrəli məktubdan görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti pretenziya qaydasında məktubla cavabdeh «X1 Company Ltd” Şirkətinin na müraciət edərək, müqavilə üzrə yaranmış 3004,4 manat məbləğində borcun 7 iş günü ərzində ödənilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında xidmət müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri icra edərək, müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərsə də, cavabdeh göstərilmiş xidmətin dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Ona görə də iddiaçı cavabdehə qarşı hazırkı tələbi irəli sürməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı cavabdehdən 3004,4 manat xidmət haqqının tutulmasını xahiş etmişdir. Məhkəmə qanunvericilik normalarını işin hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, xidmət haqqının cavabdehdən tutulması hissəsində tələb qismən əsaslı olduğundan qismən təmin edilməli, müqaviləyə əsasən göstərilmiş xidmətin dəyəri olan 3004,4 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə 315.46 manat cərimənin cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 50 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “X1 Company Ltd” Şirkətinin ndan 3004,4 manat (üç min dörd manat qırx qəpik) xidmət haqqı və 50 (əlli) manat dəbbə pulu olmaqla, cəmi 3054,4 manat (üç min əlli dörd manat qırx qəpik) məbləğində pul tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1663/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1663/2020
22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver