Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1664/2025 07.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, iddiaçının nümayəndəsi Qanuni nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 90152 manat (76400 manat + 13752 manat ƏDV) (doxsan min yüz əlli iki) manat borc məbləği, 30000 (otuz min) manat dəbbə pulu, iddia qaldırılması üçün ödənilmiş 411 (dörd yüz on bir) manat məbləğində dövlət rüsumu və hüquqlarının müdafiəsi üçün vəkilə ödənilmiş 100 (yüz) manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış 20 iyun 2024-cü il tarixli, 29 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən 1) MT2***-*******8 saylı, xx.xx.2024-cü il tarixli e-qaimə ilə 38700 manat dəyərində (ƏDV 6966,00 manat olmaqla); 2) MT2***-*******1 saylı, xx.xx.2024-cü il tarixli e-qaimə ilə 34500 manat dəyərində (ƏDV 6210,0 manat olmaqla); 3) MT2***-*******8 saylı, xx.xx.2024-cü il tarixli e-qaimə ilə 3400 manat dəyərində (ƏDV 612,0 manat olmaqla); 4) MT2***-*******4 saylı, xx.xx.2024-cü il tarixli e-qaimə ilə 19800 manat dəyərində (ƏDV 3564,0 manat) olmaqla, ümumi dəyəri 96400 (doxsan altı min dörd yüz) manat məbləğində mallar alıcıya təhvil verilmişdir (təhvil-təslim aktları №1-4). 20 iyun 2024-cü il tarixli alqı-satqı müqaviləsinin 3.2-3.2.3-cü bəndlərinə əsasən malın dəyərinin bir hissəsi (50%) satıcı tərəfindən təqdim edilən hesab-fakturaya əsasən avans şəklində, qalan hissəsi isə alıcıya çatdırılıb təhvil verilən malların dəyərini göstərən müvafiq sənədlərin (elektron qaimə, əlavə razılaşdırma protokolu) ona təqdim olunduğu tarixdən 5 bank günü ərzində satıcının bank hesabına ödənilməlidir. 20 iyun 2024-cü il tarixli, 25 iyun 2024-cü il tarixli, 15 iyul 2024-cü il tarixli və 10 avqust 2024-cü il tarixli təhvil-təslim aktlarından görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə - 1 ədəd ofis və 1 ədəd mühafizə otağı, 38700 manat dəyərində (ƏDV 6966 manat olmaqla); xx.xx.2024-cü il tarixdə - 1 ədəd ofis -34500 manat dəyərində (ƏDV 6210 manat olmaqla); xx.xx.2024-cü il tarixdə - 2 ədəd sanitar qovşağı 3400 manat dəyərində (ƏDV 612 manat olmaqla); xx.xx.2024-cü il tarixdə - 6 ədəd sanitar qovşağı və 4 ədəd gözətçi otağı, 19800 manat dəyərində (ƏDV 3564 manat) olmaqla, ümumi dəyəri 96400 (doxsan altı min dörd yüz) + 17352 manat (ƏDV) manat, cəmi 113752 manat məbləğində mallar (X3 No1-4) sifarişçi Cavabdeh MMC-yə təhvil verilmişdir. X1 No1-4 qeyd edilən malların alqı-satqısı ilə bağlı alıcı Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə1 tərəfindən satıcı İddiaçı MMC-yə alınan malların ümumi dəyəri olan 96400 (doxsan altı min dörd yüz) manat + 17352 manat (ƏDV) cəmi 113752 manat ümumi məbləğdən İddiaçı MMC-nin hesabına 20000 (iyirmi min) manat + 3600 manat (ƏDV) manat (KapitalBank-dan xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli və ƏDV Sub-uçot hesabından çıxarışlar) ödəniş həyata keçirilmiş, malların qalan dəyəri 90152 manat (76400 manat + ƏDV-si 13752 manat) (doxsan min yüz əlli iki) manat məbləğ isə hazırkı tarixədək ödənilməmiş qalır. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər edilməsinə, habelə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli yazılı bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdeh heç bir cavab verməmiş və borcun qaytarılmasını təmin etməmişdir. İddiaçı tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh MMC-nə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdeh tərəflər arasında bağlanmış 20 iyun 2024-cü il tarixli alqı-satqı müqaviləsinin 3.2-3.2.3-cü bəndlərinə əsasən mal alıcıya təhvil verildikdən sonra malların dəyərini göstərən müvafiq sənədlərin (elektron qaimə, əlavə razılaşdırma protokolu) ona təqdim olunduğu tarixdən 5 bank günü ərzində satıcının bank hesabına ödənilməli olduğu halda, hazırda həmin vaxtdan 6 aya yaxın vaxt keçməsinə baxmayaraq, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh tərəfindən ödənişlərin 6 ay müddətində hazırkı vaxtadək gecikdirilməsi nəticəsində iddiaçıya 30000 (otuz min) manat zərər vurulmuşdur.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.5, 386.1, 398.1, 399.1, 425.1, 442, 462.1, 567, 598.1, 598.2, 600.1, 600.4-cü maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımınca məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Qanuni nümayəndə2 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında 20 iyun 2024-cü il tarixli, 29 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin mövzusu alıcının həyata keçirdiyi layihələrdə istifadəsi üçün nəzərdə tutulan, tikinti norma tələblərinə cavab verən və ətraflı olaraq hazırkı müqaviləyə əlavələrdə (X3) əks ediləcək malların satıcı tərəfindən alıcıya satılması, alıcı tərəfindən isə həmin malları qəbul edərək, haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsini təşkil edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin müddəti, tərəflərin onu imzaladığı gündən hesablanmaqla 1 il müddətinədək müəyyən edilir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən malın qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələr (X3) ilə müəyyənləşdirilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən malın dəyərinin bir hissəsi (50%) satıcı tərəfindən təqdim edilən hesab-fakturaya əsasən avans şəklində, qalan hissəsi isə alıcıya çatdırılıb təhvil verilən malların dəyərini göstərən müvafiq sənədlərin (elektron qaimə, əlavə razılaşma protokolu) ona təqdim olunduğu tarixdən 5 bank günü ərzində alıcı tərəfindən satıcının bank hesabına ödəniləcəkdir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. xx.xx.2024-cü il tarixli, 29 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2024-cü il tarixli, 1 nömrəli əlavə olan qiymətlərin razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər xx.xx.2024-cü il tarixli, 29 nömrəli alqı-satqı müqaviləsi üzrə protokolda adıçəkilən və ümumi dəyəri 45666 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişlər. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. xx.xx.2024-cü il tarixli hesab-fakturanın məzmunundan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, 29 nömrəli alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə satılan malların ümumi dəyəri 45666 manat təşkil edir.
11. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən ümumi dəyəri 45666 manat olan və aktda adıçəkilən mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. xx.xx.2024-cü il tarixli, 29 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2024-cü il tarixli, 2 nömrəli əlavə olan qiymətlərin razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər xx.xx.2024-cü il tarixli, 29 nömrəli alqı-satqı müqaviləsi üzrə protokolda adıçəkilən və ümumi dəyəri 40710 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişlər. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. xx.xx.2024-cü il tarixli hesab-fakturanın məzmunundan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, 29 nömrəli alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə satılan malların ümumi dəyəri 40710 manat təşkil edir.
14. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən ümumi dəyəri 40710 manat olan və aktda adıçəkilən mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
15. xx.xx.2024-cü il tarixli, 29 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2024-cü il tarixli, 3 nömrəli əlavə olan qiymətlərin razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər xx.xx.2024-cü il tarixli, 29 nömrəli alqı-satqı müqaviləsi üzrə protokolda adıçəkilən və ümumi dəyəri 4012 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişlər. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
16. xx.xx.2024-cü il tarixli hesab-fakturanın məzmunundan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, 29 nömrəli alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə satılan malların ümumi dəyəri 4012 manat təşkil edir.
17. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən ümumi dəyəri 4012 manat olan və aktda adıçəkilən mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
18. xx.xx.2024-cü il tarixli hesab-fakturanın məzmunundan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, 29 nömrəli alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə satılan malların ümumi dəyəri 23364 manat təşkil edir.
19. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən ümumi dəyəri 23364 manat olan və aktda adıçəkilən mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
20. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 10950958 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 45666 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2024-cü il tarixli, 29 nömrəli müqavilə göstərilmişdir. Qaimə xx.xx.2024-cü il tarixli, 01 nömrəli hesab-fakturaya uyğun tərtib edilmişdir.
21. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 11335171 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 40710 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2024-cü il tarixli, 29 nömrəli müqavilə göstərilmişdir. Qaimə xx.xx.2024-cü il tarixli, 02 nömrəli hesab-fakturaya uyğun tərtib edilmişdir.
22. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 11010968 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4012 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2024-cü il tarixli, 29 nömrəli müqavilə göstərilmişdir. Qaimə xx.xx.2024-cü il tarixli, 03 nömrəli hesab-fakturaya uyğun tərtib edilmişdir.
23. xx.xx.2024-cü il tarixli, MT2408 seriyalı, 10666594 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 23364 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2024-cü il tarixli, 29 nömrəli müqavilə göstərilmişdir. Qaimə xx.xx.2024-cü il tarixli, 04 nömrəli hesab-fakturaya uyğun tərtib edilmişdir.
24. İş materiallarına ƏDV sub-uçot hesabından çıxarışlar əlavə edilmişdir. Həmin çıxarışların məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən 3600 manat ƏDV ödənişi edilmişdir.
25. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, **********8/791277200 nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 5000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2024-cü il tarixli, 29 nömrəli müqavilə üzrə avans ödənişi qeyd edilmişdir.
26. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 000İCZ********** nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 15000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2024-cü il tarixli, MT2408 seriyalı, 10666594 nömrəli elektron qaimənin bir hissəsi qeyd edilmişdir.
27. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, müqavilə üzrə yaranmış borcun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
30. İşin faktiki hallarından müəyyən edilir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən satıcı alıcının həyata keçirdiyi layihələrdə istifadəsi üçün nəzərdə tutulan, tikinti norma tələblərinə cavab verən və ətraflı olaraq hazırkı müqaviləyə əlavələrdə (X3) əks ediləcək malları alıcıya satmağı, alıcı isə həmin malları qəbul edərək, haqqını ödəməyi öhdəsinə götürür. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edib, malları alıcıya təhvil versə də, cavabdeh qəbul etdiyi malın dəyərini iddiaçıya ödəmək barədə öhdəliyini lazımınca icra etməmişdir. Həmin hal işdə olan sübutlarla (qiymət razılaşdırma protokolları, təhvil-təslim aktları, hesab-fakturalar, elektron qaimələr) öz təsdiqini tapır. X1 və təhvil-təslim aktları üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 113752 manat olan mal təhvil verilmişdir. Həmin təhviltəslim aktlarına uyğun olaraq Cavabdeh MMC-yə göndərilmiş elektron-qaimələr üzrə ümumi məbləğ də 113752 manat təşkil edir.
31. İddia tələbinin bir hissəsini cavabdehdən 90152 manat məbləğində borcun tutulması təşkil edir.
32. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 20 iyun 2024-cü il tarixli, 29 nömrəli müqavilənin 3.2-ci bəndinə əsasən malın dəyərinin bir hissəsi (50%) satıcı tərəfindən təqdim edilən hesab-fakturaya əsasən avans şəklində, qalan hissəsi isə alıcıya çatdırılıb təhvil verilən malların dəyərini göstərən müvafiq sənədlərin (elektron qaimə, əlavə razılaşma protokolu) ona təqdim olunduğu tarixdən 5 bank günü ərzində ərzində alıcı satıcının bank hesabına ödəməlidir. Müqavilənin 3.3-cü bəndinə əsasən tərəflər 3.2-ci bənddə əksini tapan ödəniş qaydalarından hər hansı birini seçə bilərlər. İş materiallarından məlum olduğu kimi Cavabdeh MMC tərəfindən mallarla bağlı hər hansı irad bildirilməmiş və ya ödənişlərin edilməsi ilə bağlı sübutlar iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda Cavabdeh MMC tərəfindən iddiaya heç bir etiraz daxil olmamış, iddiaya münasibət bildirilməmişdir. İş materiallarına əlavə edilmiş təhvil-təslim aktları da cavabdeh tərəfindən imza və möhür ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş 2 ödəniş tapşırığı və 2 ƏDV sub-uçot hesabından çıxarışdan məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 23600 (2 ödəniş tapşırığı üzrə ümumi ödəniş: 20000 manat; ƏDV sub-uçot hesabından çıxarış üzrə ümumi ödəniş: 3600 manat) manat məbləğində ödəniş edilmişdir. Belə olan halda Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan qalıq borcu 113752-23600=90152 manat təşkil edir.
33. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapdığından iddia qeyd edilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 90152 (doxsan min yüz əlli iki) manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.
34. İddia tələbinin digər hissəsini cavabdehdən 30000 manat cərimə borcunun tutulması təşkil edir.
35. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq 4500 (dörd min beş yüz) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
36. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 411 manat və hüquqlarının müdafiəsi üçün vəkilə ödənilmiş 100 manat pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir.
37. Məhkəmə hesab edir ki, 100 (yüz) manat hüquqi yardım xərci və iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq 323 (üç yüz iyirmi üç) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 90152 (doxsan min yüz əlli iki) manat borc, 4500 (dörd min beş yüz) manat cərimə, 100 (yüz) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 323 (üç yüz iyirmi üç) manat olmaqla, ümumilikdə 95075 (doxsan beş min yetmiş beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova