Məhkəmə qərarları › İş №e-2-2(113)-1671/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1671/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1671/2022 15.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlu, İddiaçı “Amal Grop” məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh X2 qarşı cavabdehdən müqavilə əsasında köçürülmüş 15.000 manat + 18% ƏDV, ümumilikdə 17.700 manat pulun, məhkəmə çəkişməsi üçün xərc edilmiş mediasiyada rüsumu 200 manat və məhkəmə rüsumu 150 manat məbələğin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdehdən müqavilə əsasında köçürülmüş 15.000 manat + 18% ƏDV, ümumilikdə 17.700 manat pulun, məhkəmə çəkişməsi üçün xərc edilmiş mediasiyada rüsumu 200 manat və məhkəmə rüsumu 150 manat məbələğin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən ərazi aidiyyəti qaydalarına riayət edilmədən verilmişdir. Belə ki, qeyd edilən Məcəllənin tələblərinə əsasən iddia, cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. İş materiallarından görünür ki, cavabdeh X1 rəsmi qeydə alındığı yer ünvan 1 ünvanıdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ərazi aidiyyəti qaydalarına uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı yerə görə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etməli olduğu halda, Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın 22.7-ci bəndinə əsasən Qusar şəhəri Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, aidiyyət qaydalarına uyğun verilmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, iddia ərizəsi ilə cavabdehin rəsmi qeydə alındığı yerə görə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Amal Grop” məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh X2 qarşı cavabdehdən müqavilə əsasında köçürülmüş 15.000 manat + 18% ƏDV, ümumilikdə 17.700 manat pulun, məhkəmə çəkişməsi üçün xərc edilmiş mediasiyada rüsumu 200 manat və məhkəmə rüsumu 150 manat məbələğin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunur ki, iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar