Məhkəmə qərarları › İş №e-2-2(113)-1672/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1672/2024

17.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1672/2024 17.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC, X11, Cavabdeh2 Həsənbala oğluna qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və X8 qarşı “pulun tutulması” tələbinə dair dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) cavabdehlər Rent a Car 20” MMC, Cavabdeh2 və X8 (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 750 manat məbləğində sığorta ödənişinin və 31 manat məbləğində dövlət rüsumunun, cəmi 781 manat məbləğində pul vəsaitinin tutulub iddiaçının hesabına ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri M.Əsədov küçəsində baş vermiş sığorta hadisəsi nəticəsində Cavabdeh2 məxsus olan, "xxxx" MMC-yə verilmiş və X11 tərəfindən idarə olunan, "xxxx" ASC-də “icbari sığorta” qaydasında sığortalanmış “Toyota Prius” markalı ** XP *** dövlət qeydiyyat nişanlı avtomobillə X4 bədən xəsarəti yetirilməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X16 tərəfindən tərtib olunmuş 19 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən X12 və "xxxx" MMC-nin rəhbərliyi yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş, X13 barəsində AR İXM-in 332.4-cü, "xxxx" MMC-nin rəhbərliyi barəsində isə AR İXM-nin 335.3-cü maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsi üçün iş materialları Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən "xxxx" MMC AR İXM-in 335.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X11 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək AR İXM-in 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində X1 dəymiş zərərə görə "xxxx" ASC tərəfindən 750 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, PBA********** saylı icbari sığorta müqaviləsinin surətindən müəyyən olunur ki, “Toyota Prius” markalı ** XP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti “icbari sığorta” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən "xxxx" MMC AR İXM-in 335.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Sumqayıt şəhər DYPŞnin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X11 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək AR İXM-in 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan və AR Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və X7” X15 1092 saylı ekspert rəyindən müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində X1 yüngül zərər vurulmuşdur. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi törədilən vaxt avtomobilin mülkiyyətçisi Cavabdeh2, qanuni sahibi isə "xxxx" MMC olmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən müəyyən olunur ki, X1 dəymiş zərərə görə ASC tərəfindən “750 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-ci il tarixli, BS- S-23/2723 saylı Geriyə tələb (subroqasiya) məktubundan və həmin məktubun cavabdehlərə çatdırılmasını təsdiq edən xəbərnamələrdən görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 750 (yeddi yüzəlli) manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “onlayn kargüzarlıq” sistemindən çıxarışdan müəyyən olunur ki, "xxxx" MMC-yə “onlayn kargüzarlıq” sistemi vasitəsilə pretenziya məktubu göndərilmişdir. İddia ərizəsinə əlavə edilmiş xəbərnamələrdən müəyyən olunur ki, iddia ərizəsinin surəti tərəfimizdən cavabdehlərin rəsmi qeydiyyat ünvanına göndərilmişdir. Bununla yanaşı iddia ərizəsinin surəti“elektron məhkəmə” informasiya sistemində yerləşdirilmişdir.

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. xx.xx.2023-cü il tarixli PBA********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumata əsasən Cavabdeh2 məxsus Toyota Prius (Hibrid) markalı 77XP438 dövlət qeydiyyat nişanlı avtomobil əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 manat, bir hadisə üzrə 50000 manat məbləğində iddiaçı tərəfindən sığortalanmışdır.

5. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli sığorta aktına əsasən xx.xx.2023-cü il tarixdə M.Əsədov küçəsində baş vermiş sığorta hadisəsi nəticəsində Toyota Prius markalı 77XP438 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs tərəfindən X1 750 manat məbləğində zərər vurulmuşdur.

6. xx.xx.2023-cü il tarixli AZ0017024 nömrəli ödəniş tapşırığı ilə iddiaçı tərəfindən X3 hesabına 750 manat məbləğində pul köçürülmüşdür.

7. 19 iyul 2023-cü il tarixli Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı tərəfindən qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:10-da Sumqayıt şəhəri TTYX-dan daxil olmuş məlumata əsasən Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində minik avtomobilinin piyadanı vurması nəticəsində 1981-ci il təvəllüdlü X5 xəsarət alaraq tibb müəssisəsinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə saat 15:50 radələrində Cavabdeh1 MMC-dən etibarnamə əsasında götürdüyü və idarə etdiyi **-XP-*** dövlət qeydiyyat nişanlı Toyota Pirius markalı avtomobillə Sumqayıt şəhəri, M.Əsədov küçəsi ilə yolun soldan 1-ci hərəkət zolağı ilə təxminən 50-60 metr məsafə qalmış yolun sağ kənar hissəsindən digər tərəfinə yolu keçmək istəyən piyada qadın qəflətən qarşısına çıxmış, o tormoz əyləcinə təzyiq edib maşının sürətini azaltmış və qəzadan yayınmaq üçün siqdan edib maşını sağa doğru yayındırmışdır. Toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Toyota Pirius markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə vaxtı sürücüsü olmuş X6 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə və Cavabdeh1 MMC-nin rəhbərliyinin Azərbaycan Respublikası İXM-in 335.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları məsələlərinin həlli üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir.

8. Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati təhbeh vermə haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli qərardan görünür ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 500 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

9. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokola əsasən xx.xx.2023-cü il tarixində saat 15:50-də Toyota Prius (Hibrid) Minik markalı 77XP438 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X2 Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir.

10. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokola əsasən Cavabdeh1 MMC İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir.

11. Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati təhbeh vermə haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli qərardan görünür ki, Cavabdeh1 MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 5000 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

12. X22 tərəfindən verilmiş avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Toyota Prius (Hibrid) Minik markalı 77XP438 dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2, hadisə baş verdiyi anda sürücüsü X14 olmuş, hadisə nəticəsində X1 yüngül xəsarət dəymişdir.

13. 28.06.2023-cü il tarixli ekspert rəyinə əsasən yol nəqliyyat hadisəsi nəticəsində X1 yüngül xəsarət dəymişdir.

14. Elektron notariat informasiya sistemindən çıxarışa əsasən Toyota Prius (Hibrid) Minik markalı 77XP438 dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2 tərəfindən həmin nəqliyyat vasitəsi ilə bağlı Cavabdeh1 MMC-yə xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək etibarnamə verilmiş, həmin etibarnamə üzrə səlahiyyətlər digər şəxsə verilə bilər.

15. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

20. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

21. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

22. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).

23. MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.

24. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

25. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

26. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

27. Həmin Məcəllənin 936.1.-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

28. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

29. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

30. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

31. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.

32. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).

33. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.

34. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə sığorta hadisəsi baş vermiş, həmin hadisə nəticəsində zərər çəkən şəxsə iddiaçı tərəfindən 750 manat məbləğində sığorta ödənişi verilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh1 MMC və T.Topchiev inzibati qaydada məsuliyyətə cəlb edilmiş, yol nəqliyyat hadisəsinin törədildiyi nəqliyyat vasitəsinin mülkiyyətçisi isə Cavabdeh2dir.

35. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. 38.

IV. Nəticə:

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Topchiev Turaldan 750 manat məbləğində pul, ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 781 (yeddi yüz səksən bir) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar