Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1673/2022 21.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Səfərli Arzu Mahir qızının katibliyi ilə, İddiaçı X4 (MMC) X3 qarşı borcun tutulması tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1932,56 manat əsas borcun, 149,77 manat faiz borcunun, 200 manat nümayəndəlik xərcinin, 60 manat mediasiya xərcinin və 30 manat dövlət rüsumunun cavabdeh X2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə və cavabdeh X5 tərəflərin öz aralarında aşağıda göstərilən məzmunda barışıq sazişi bağlamışlar:
1. Cavabdeh 1932,56 manat əsas borcun, 149,77 manat faiz borcunun, 200 manat nümayəndəlik xərcinin, 60 manat mediasiya xərcinin və 30 manat dövlət rüsumunun, cəmi 2372,33 manat pul vəsaitinin iddiaçıya ödənilməsi barədə tələbi qəbul edir.
2. Cavabdeh bu sazişə 1 saylı əlavədə müəyyən edilən qaydada 01 iyun 2022-ci il tarixdən 01 iyun 2023-cü il tarixədək, 12 ay ərzində hər ayın növbəti 1-dən gec olmayaraq 2372,33 manat pul vəsaitinin iddiaçının bank hesabına ödəməklə tələbi icra edir.
3. Cavabdeh üzrlü səbəb olmadan və bu səbəb barədə İddiaçını vaxtında məlumatlandırmadan 1 ay ödəniş etmədikdə İddiaçı barışıq sazişinin icraya yönəldilməsi hüququndan istifadə edəcəkdir.
Məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı X6 ilə X5 arasında bağlanmış, aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh 1932,56 manat əsas borcun, 149,77 manat faiz borcunun, 200 manat nümayəndəlik xərcinin, 60 manat mediasiya xərcinin və 30 manat dövlət rüsumunun, cəmi 2372,33 manat pul vəsaitinin iddiaçıya ödənilməsi barədə tələbi qəbul edir.
2. Cavabdeh bu sazişə 1 saylı əlavədə müəyyən edilən qaydada 01 iyun 2022-ci il tarixdən 01 iyun 2023-cü il tarixədək, 12 ay ərzində hər ayın növbəti 1-dən gec olmayaraq 2372,33 manat pul vəsaitinin iddiaçının bank hesabına ödəməklə tələbi icra edir.
3. Cavabdeh üzrlü səbəb olmadan və bu səbəb barədə İddiaçını vaxtında məlumatlandırmadan 1 ay ödəniş etmədikdə İddiaçı barışıq sazişinin icraya yönəldilməsi hüququndan istifadə edəcəkdir.
İddiaçı Məhdud Məsuliyyətli X1 qarşı borcun tutulması tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Fərrux Qasımov