Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1679/2020 27.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı ASC qarşısında yaranmış 54867,66 (əlli dörd min səkkiz yüz altmış yeddi manat altmış altı qəpik) manat məbləğində əsas borc, 493,80 (dörd yüz doxsan üç manat səksən qəpik) manat cərimə məbləği və 31 (otuz bir) manat dövlət rüsumu olmaqla, cəmi 55392,46 (əlli beş min üç yüz doxsan iki manat qırx altı qəpik) manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC və Cavabdeh MMC arasındakı müqvailəyə əsasən, Cavabdeh MMC tərəfindən alınmış malların dəyəri tam olaraq ödənilmədiyinə görə artıq onun bu öhdəliyini məhkəmə qətnaməsinə əsasən məcburi qaydada icra etməsi üçün tədbir görülməsi olduqca zəruridir. Belə ki, İddiaçı ASC ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixində bağlanmış 001SB/2020-S saylı müqaviləyə əsasən, satıcı İddiaçı ASC alıcı Cavabdeh MMC-nin müxtəlif növ toyuq əti məhsulları ilə sifarişlərə əsasən tam təmin etmiş, sifariş verilmiş mallar vaxtlı-vaxtında İddiaçı ASC-nin hesabına cavabdeh tərəfindən satış fəaliyyəti göstərilən “Ay Market” adlı ticarət obyektinə göndərilmişdir. Beləliklə də, satıcı İddiaçı ASC tərəfindən müqavilə üzrə öhdəliklər tam və vaxtında icra olnumuş və Cavabdeh MMC sifariş verilmiş mallarla İddiaçı ASC tərəfindən vaxtı-vaxtında təmin olunmuşdur. Lakin cavabdeh öz öhdəliklərini lazımi qaydada axıra qədər yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi olaraq xəbərdarlıq edilmiş, o cümlədən xx.xx.2020-ci il tarixli məktub/bildirişlə müraciət edilmişdir. Lakin cavabdeh tərəfindən alınmış malların dəyərini təşkil edən məbləğin tam ödənilməməsi nəticəsində 54867,66 manat borc yaranmışdır. İddiaçı ASC tərəfindən cavabdehin mallarla təmin edilməsi və həmion malların həqiqətən Cavabdeh MMC-yə təqdim edilməsi faktı bu malların təqdim edilməsinə dair elektron qaimə fakturaların Cavabdeh MMC tərəfindən imza və möhürlə təsdiq olunması ilə öz təsdiqini tapır. Lakin Cavabdeh MMC tərəfindən İddiaçı ASC-nin malların alınması/qəbul edilməsi faktının elektron-qaimə faktura ilə təsdiq olunmasına və bağlanmış müqavilənin şərtlərinə əsasən qəbul edilmiş malların dəyərinin hər bir təqvim ayının 15-də 30-da ödənilməsi barədə şərtlərin müəyyən edilməsinə baxmayaraq, bu malların dəyərini təşkil edən 54867,66 manat borcun iddiaçıya ödənilməsini təmin etmir. İddiaçının cavabdehə malları təqdim etməsi və cavabdehin bunları qəbul etməsi iddia ərizəsinə əlavə olunmuş elektron qaimə sənədi ilə sübut olunur. Cavabdeh MMC tərəfindən İddiaçı ASC-yə olan54867,66 manat borcun ödənilməməsi İddiaçı ASCa üçün çətinliklər yaradır və dövriyyə vəsaitinin aalmasına, təchizatçılar, səhmdarlar, partnyorlar, dövlət orqanları, işçilər qarşısında olan öhdəliklərinin yerinə yetirilməsinin çətinləşməsinə və ya gecikməsinə, istehsalın həcminin azalmasına səbəb olur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının nümayəndəsi etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1679/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Satıcı İddiaçı ASC ilə alıcı “Ay market S8167” adlı mağazanın sahibi və burada saış fəaliyyəti ilə məşğul olan hüquqi şəxs Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə imzalanmış 001SB/2020-S saylı müqavilədən görünür ki, satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qaimələrdə və ya malların təhvil verilməsi barədə sənədlərdə göstərilən malları, həmin qaimələrdə alıcıya təhvil verməyi, alıcı isə malları qəbul edib dəyərini bu müqavilə şərtləri əsasında ödəməyi öz öhdəsinə götürür. Hər dəfə malların qiymətlərində dəyişiklik edildikdə bu barədə alıcıya elektron poçt vasitəsi ilə və ya bu müqavilədə göstərilən telefon nömrəsinə zəng vurmaqla, sms göndərilməklə məlumat verilə bilər və ya tərəflərin razılığına əsasən, yeni qiymət razılaşma protokolu tərtib edilə bilər. Həmçinin hər dəfə dəyişən qiymətlər qaimələrdə də öz əksini tapacaqdır. Müqavilənin 2.2-ci bəndinə əsasən, müqavilə üzrə alınacaq malların miqdarı və qiymətləri hər dəfə qaimələrdə öz əksinin tapacaqdır və tərəflərin razılığına əsasən bu barədə qiymət razılaşma protokolu tərtib edilə bilər. Müqavilənin 2.3-cü bəndinə əsasən, alıcı bu müqavilənin qüvvədə olduğu müddətdə, hər dəfə təqvim ayınını 1-dən 15-dək qəbul edilən məhsulun dəyərini həmin ayın 15-dək və təqvim ayının 15-dən 30-dək (və ya sonuncu gün) qəbul edilərək alınan malın dəyərini həmin təqvim ayının 30 (sonuncu günədək) AZN-lə satıcının kassasına nağd və ya bankdakı hesablaşma hesabına köçürmə yolu ilə ödəməlidir. Ödəniş aparılmadığı təqdirdə malların verilməsi dayandırılacaqdır. - Təqdim edən İddiaçı ASC tərəfindən alıcı Cavabdeh MMC-yə təqdim edilən xx.xx.2020-ci il tarixli 876185 nömrəli elektron qaimədən görünür ki, müqavilə əsasında yaranmış borc məbləği 54867,66 manatdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Satıcı İddiaçı ASC ilə alıcı “Ay market S8167” adlı mağazanın sahibi və burada saış fəaliyyəti ilə məşğul olan hüquqi şəxs Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli 001SB/2020-S saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan qaimələrdə və ya malların təhvil verilməsi barədə sənədlərdə göstərilən malları, həmin qaimələrdə alıcıya təhvil verməyi, alıcı isə malları qəbul edib dəyərini bu müqavilə şərtləri əsasında ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli 876185 nömrəli elektron qaimə ilə müəyyən olunr ki, satıcı tərəfindən alıcıya 54867,66 manat dəyərində mal verilmiş, lakin alıcı həmin malın dəyərini satıcıya ödəməmişdir. Cavabdeh tərəfindən qeyd edilən qaimə-faktura üzrə ödəniş edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, iş materiallarında görünür ki, müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər iddiaçı tərəfindən yerinə yetirilməsinə baxmayaraq, həmin məhsulların dəyəri iddiaçıya tam ödənilməmişdir.Belə ki, xx.xx.2020-ci il tarixli 001SB/2020-S saylı müqavilə üzrə 54867,66 manat pul iddiaçıya ödənilməmişdir. Məhkəmə iddiaçının cavabdehdən alqı-satqı müqaviləsinə görə yaranmış borcun ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında malların alqı-satqısına dair müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı razılaşma üzrə nəzərdə tutulmuş malları cavabdehə vermiş, cavabdeh isə həmin malların dəyərini tam olaraq ödəməmiş, bununla da öhdəliyini pozmuş və iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Müqavilənin 3.1.1-ci bəndinə əsasən, müqavilənin 2-ci bəndinin tələblərini icra etməsini alıcıdan tələb etmək və alıcı tərəfindən icra edilmədikdə, malların verilməsini dayandırmaq, ödənişi gecikdirilən məbləğin 0,01 faizi həcmində dəbbə pulu ödəmək satıcının hüququdur. Məhkəmə qeyd edir ki, iddia tələbi cərimənin ödənilməsi hissəsində də təmin edilməli və 493,80 manat cərimə məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və bank xidmət haqqının əvəzi olaraq 1 manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-dən xx.xx.2020-ci il tarixli 001SB/2020-S saylı müqavilə üzrə 54867,66 (əlli dörd min səkkiz yüz altmış yeddi manat altmış altı qəpik) manat məbləğində əsas borc, 493,80 (dörd yüz doxsan üç manat səksən qəpik) manat manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, bank xidmət haqqının əvəzi olaraq 01 (bir) manat olmaqla, cəmi 55392,46 (əlli beş min üç yüz doxsan iki manat qırx altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2020-ci il tarixli 001SB/2020-S saylı müqavilə üzrə 54867,66 (əlli dörd min səkkiz yüz altmış yeddi manat altmış altı qəpik) manat məbləğində əsas borc, 493,80 (dörd yüz doxsan üç manat səksən qəpik) manat manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, bank xidmət haqqının əvəzi olaraq 01 (bir) manat olmaqla, cəmi 55392,46 (əlli beş min üç yüz doxsan iki manat qırx altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1679/2020
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1679/2020
27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver