Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1679/2023 02.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, borc, dəbbə pulu, mediasiya xərci və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi Nümayəndə2 Vallədin qızının iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Şirkəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 3501 manat əsas borc, gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablamaqla 840,24 manat dəbbə pulu, 70 manat mediasiya xərci, 63,11 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 4474,11 manat məbləğində borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1679/2023 saylı qərardadı ilə "xxxx" Şirkətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlərə üzrə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
3. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Şirkəti ilə Cavabdeh MMC arasında 5 il müddətinə, 43/17 saylı, 16 fevral 2017-ci il tarixli alqısatqı müqaviləsi bağlanılmşıdır. Tərəflər arasında bağlanılmış müqaviləyə əsasən "xxxx" Şirkəti tərəfindən Cavabdeh MMC-yə müqavilə tələblərinin müvafiq bəndində göstərilən müddət ərzində ödəniş etmək şərtilə mal verilmişdir. Cavabdeh tərəfindən aldığı malın pulunun müqavilə tələbinə əsasən qısa müddət ərzində ödənilməsinə dair öhdəlik götürülsə də, cavabdeh malların ödənişini həyata keçirməmiş müqavilə üzrə öhdəliyini pozmuşdur. İddiaçı "xxxx" Şirkəti ilə Cavabdeh MMC arasında borcun etiraf edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli “öhdəliklərin qarşılıqlı tanınması aktı” tərtib edilmiş və cavabdeh borcu etiraf edərək, həmin akta imza etmiş, yaranmış borcun qısa müddət ərzində ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Cavabdehin xx.xx.2023-cü il tarixə olan əsas borcu ƏDV ilə birlikdə 3501 manat təşkil edir. Müqavilənin 3.2-ci bəndinə əsasən “Alıcı” ödənişləri malın qəbul edilməsindən sonra 30 təqvim günündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata həyata keçirilməlidir. Lakin, cavabdeh müqavilənin 3.2-ci bəndlərinin tələblərini pozaraq aldığı malın dəyərini bu günə kimi ödəməmiş və buna görə də cavabdehə əsas məbləğdən başqa, əsas borc ödənişini gecikdirdiyinə görə 840,24 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixə "xxxx" Şirkətinə olan borcu əsas borc, ƏDV və dəbbə pulu ilə birlikdə 4341,24 manat məbləğində təşkil edir. Məhkəməyə müraciət etməmişdən əvvəl Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinin tələbinə əsasən mübahisənin tərəflər arasında həll edilməsi üçün Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, lakin Cavabdeh MMC mediasiya prosesində iştirak etməkdən imtina edərək, gəlməmişdir (mediasiya prosesi ilə bağlı sənədlər qoşmaya əlavə edilmişdir). Müqavilənin 6.2-ci maddəsinə əsasən, bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə “Alıcı” gecikdirmənin hər günü üçün icrası Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: gecikdirilən öhdəliyin dəyərinin 0,5%-i həcmində dəbbə pulu ödəyir. Gecikdirmənin müddəti 30 gündən çox olduqda, “Satıcı” öhdəliklərin məcburi qaydada icrası və dəbbə pulunun ödənilməsi üçün məhkəməyə müraciət edə bilər.
4. İddia ərizəsinin məzmununda iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1, 442, 443.1, 448.1, 449.1, 462.1, 462.1 və 462.3-cü maddələri göstərilmişdir.
5. İddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə verərək Cavabdeh MMC-dən 3358 manat əsas borc, gecikdirmənin hər gününə borc məbləğinin 0,5 faizi hesablanmaqla 840,24 manat dəbbə pulu, 70 manat mediasiya xərci, 5 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 4268,24 manat məbləğində borcun alınaraq "xxxx" Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Tərəflərin mövqeləri:
7. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında çıxış edən cavabdehin nümayəndəsi Nümayəndə2 Vallədin qızı iddia ərizəsini qismən qəbul edərək bildirdi ki, tərəflər arasında imzalanmış üzləşmə aktında göstərilən 2459,22 manat borc məbləğini ödəməyə razıdılar, qalan hissədə iddianı qəbul etmir. Belə ki, iddiaçı malı təqdim etdikcə təhvil-təslim aktı imzalanırdı. Elektron qaimələr üzrə tələb olunan məbləğdə mallar cavabdehə verilməyib, buna dair təhvil-təslim aktları da mövcud deyildir.
9. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin:
- 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
12. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.
13. İddia ərizəsinə əlavə olunmuş "xxxx" Şirkəti ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli № 43/17 saylı alqı satqı müqaviləsinə əsasən
14. Müqavilənin predmeti: - Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları alıcıya satmağı, alıcı isə həmin malları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. - Həmin müqavilənin 1.2-ci bəndinə əsasən müqavilənin predmeti olan məhsulun növləri, çeşidi, kəmiyyəti və qiyməti razılaşma protokolunda və ya qaimə-fakturada öz əksini tapır. - Həmin müqavilənin 1.3-cü bəndinə əsasən alıcı və satıcı arasında mal dövriyyəsi və yaranmış borc qalıqları, mütəmadi olaraq tərəflər arasında bağlanan öhdəliklərin qarşılıqlı tanınması aktı ilə müəyyən edilir. - Həmin müqavilənin 2.2.-ci bəndinə əsasən mallar Satıcı tərəfindən Alıcıya və ya Alıcının nümayəndələrinə təhvil verilir. - Həmin müqavilənin 3.1-ci bəndinə əsasən məhsulun qiymətləri bu müqaviləyə əlavə edilən və onun ayrılmaz tərkib hissəsi olan Razılaşma Protokoluna və ya qaiməfakturaya uyğun olaraq müəyyən edilir. - Həmin müqavilənin 3.2-ci bəndinə əsasən alıcı ödənişləri malın qəbul edilməsindən sonra 30 gündən gec olmayaraq bank ödəniş və ya nağd ödəniş yolu ilə həyata keçirməlidir. - Həmin müqavilənin 5.1.1-ci bəndinə əsasən satıcı alıcıdan satılmış malın dəyərini bu müqavilədə müəyyən edilmiş müddətdə ödəməyi tələb etmək hüququna malikdir. Həmin müqavilənin 5.1.3-cü bəndinə əsasən Satıcı malları razılaşdırılmış müddətdə Alıcıya çatdırmaq vəzifəsini daşıyır. - Həmin müqavilənin 5.2.3-cü bəndinə əsasən alıcı malların dəyərini bu müqavilə müəyyən edilmiş vaxtda ödəmək vəzifəsi daşıyır. - Həmin müqavilənin 6.2-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0.5% həcmində dəbbə pulu ödəyir. Gecikdirmənnin müddəti 30 gündən çox olduqda, satıcı öhdəliklərin məcuri qaydada icrası və penyaların ödənilməsi üçün məhkəməyə müraciət edə bilər.
15. xx.xx.2018-ci il tarixli, EAAİ seriyalı, 572078 saylı elektron qaiməyə əsasən "xxxx" Şirkəti tərəfindən 503,39 manat dəyərində mallar Cavabdeh MMC-yə təhvil verilmişdir.
16. xx.xx.2018-ci il tarixli, EAAL seriyalı, 031062 saylı elektron qaiməyə əsasən "xxxx" Şirkəti tərəfindən 861,92 manat dəyərində mallar Cavabdeh MMC-yə təhvil verilmişdir.
17. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 281177 saylı elektron qaiməyə əsasən "xxxx" Şirkəti tərəfindən 987,47 manat dəyərində və həmin tarixli EBBS seriyalı, 186712 saylı elektron qaiməyə əsasən 1005,71 manat dəyərindən mallar Cavabdeh MMC-yə təhvil verilmişdir.
18. xx.xx.2023-cü il tarixli, EBBP seriyalı, 871774 saylı elektron qaiməyə əsasən "xxxx" Şirkəti tərəfindən 1832,36 manat dəyərində mallar Cavabdeh MMC-yə təhvil verilmişdir.
19. xx.xx.2022-ci il tarixli borcların qarşılıqlı üzləşdirilməsinə dair akta əsasən Cavabdeh MMC-nin əsas borcu 2084,08 manat, ƏDV borcu 375,14 manat, cəmi 2459,22 manat müəyyən edilmişdir və akt hər iki tərəfin imzaları ilə təsdiq edilmişdir.
20. 21.12.2022-ci il tarixli, MA-02/718 saylı maliyyə arayışına əsasən Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə cəmi borcu 4341,24 (dəbbə daxil) müəyyən edilmişdir.
21. 06 saylı Hesab-fakturadan, xx.xx.2023-cü il tarixli EBCN seriyalı elektron qaimədən və İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, İddiaçı tərəfindən Bakı 2 saylı Mediasiya Təşkilatına 70 manat ödənilmişdir.
22. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
23. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
24. Məhkəmə ilkin olaraq xx.xx.2017-ci il tarixli 43/17 saylı alqı-satqı müqaviləsi üzrə 2459,22 manat məbləğində əsas borcun təmin edilməsi hissəsinə dair hüquqi qiymət verilməsini vacib hesab edir.
25. Beləliklə, məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında malların alqı-satqısı haqqında müqavilə bağlanmış, iddiaçı (satıcı) müqavilədə nəzərdə tutulmuş malları cavabdehə təhvil vermiş, cavabdeh isə həmin malların dəyərini ödəməmişdir.
26. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə olan halda hazırkı iddia üzrə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 567-ci maddəsi nəzərdən keçirilə bilər.
27. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
28. Məhkəmə qeyd edir ki, ödəniş tərəflər arasında bağlanmış müqaviləyə əsasən malların qəbul edilməsindən sonra 30 gündən gec olmayaraq ödənilməsi şəklində müəyyən olunmuşdur.
29. Mülki Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
30. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
31. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
32. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
33. Qeyd olunanlardan göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 43/17 saylı alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəf yalnız 2459,22 manat məbləğində əsas borcun olmasını qəbul etmişdir.
34. Məhkəmə cavabdehin 2459,22 manat borcun qəbul edilməsi və buna dair məhkəmə prosesində vermiş olduğu izahatıyla bağlı qeyd edir ki, bağlanmış xx.xx.2017-ci il tarixli 43/17 saylı alqı-satqı müqaviləsinin 1.3-cü bəndində alıcı və satıcı arasında mal dövriyyəsi və yaranmış borc qalıqları, mütəmadi olaraq tərəflər arasında bağlanan öhdəliklərin qarşılıqlı tanınması aktı ilə müəyyən edilməsi nəzərdə tutulmuşdur.
35. İddiaçı tərəfindən isə müqavilədə nəzərdə tutulduğu kimi yalnız 2459,22 manat borc məbləğinə münasibətdə borcların qarşılıqlı üzləşdirilməsinə dair akt tərtib edilmiş və həmin aktda hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Adıkeçən akt üzrə yaranmış borc məbləğidə müqavilə şərtlərinə uyğun olduğundan cavabdeh tərəfindən 2459,22 manat hissədə mövcudluğu etiraz edilməmişdir.
36. Bundan başqa məhkəmə 3358 manat əsas borcun 898,78 manat təmin edilməyən hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
38. Plenum qərarında qeyd olunan mövqeyi nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın əsas borcun ödənilməsi barədə hissəsinin əsaslı olması yalnız elektron vergihesab fakturaları deyil, həmçinin müqavilənin 1.3-cü bəndində qeyd olunduğu kimi öhdəliklərin qarşılıqlı tanınması aktı ilə də təsdiqini tapmalı idi.
39. Lakin, iddiaçı müqavilə şərtlərinə zidd olaraq yaranmış əsas borc məbləğini elektron-qaimələr olmasını bildirməklə kifayətlənmiş və həmin qaimədə qeyd olunan borc məbləğinin yaranmasını təsdiq edən aktlar, təhvil-təslim aktları işə əlavə edilməmiş və belə aktların olmasını sübuta yetirə bilməmişdir.
40. Buna görə də məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, 898,78 manat məbləğində borc məbləğinin yaranma əsasları hazırkı iş materialları ilə sübuta yetirilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir.
41. Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun ödənilməsi tələbi ilə bağlı
42. İddiaçı həmçinin əsas borcun gecikdirilməsinə görə 840,24 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini irəli sürmüş və əsas olaraq müqqavilənin 3.2-ci bəndinə istinad etmişdir.
43. Mülki Məcəllənin 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
44. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
45. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
46. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh MMC-nin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə müqavilədə nəzərdə tutulmuş ödənişləri üzrə borcunun yarandığını, öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğuna görə iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
47. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, tənasüb müəyyənləşdirilərkən cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
48. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 16 fevral2017-ci il tarixli 43/17 saylı müqavilə üzrə cavabdehdən tutulacaq dəbbə pulu 123 manat məbləğində müəyyən edilməlidir.
49. Mediasiya xərcinin tutulması tələbi ilə bağlı
50. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 70 manat pulun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.
51. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/2-02011 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 19 yanvar 2023cü il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdehə bildiriş vasitəsi ilə məlumatlandırılmasına rəğmən iştirak etməmiş, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 06 saylı hesab-fakturaya və xx.xx.2023-cü il tarixli, EBCN seriyalı 392446 saylı elektron qaiməyə əsasən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 70 manat məbləğində mediasiya xərcini ödəmişdir.
52. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bunda sonra “Mediasiya haqqında” Qanun) 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.
53. “Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
54. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
55. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 70 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçınə ödənilməlidir.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
57. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iş üzrə ödənilmiş 5 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
58. Nəticə:
İİ. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2017-ci il tarixli 43/17 saylı alqı-satqı müqaviləsi üzrə 2459,22 manat məbləğində əsas borc, 123 manat məbləğində dəbbə pulu, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 70 manat və ödənilmiş 5 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova