Məhkəmə qərarları › İş №e-2-2(113)-168/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-168/2022

14.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-168/2022 14.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin, Cavabdeh qarşı lizinq müqaviləsinin ləğvi, lizinq predmetinin geri qaytarılması və pul tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 14 iyul 2020-ci il tarixli, KTAKTT-20/1606 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə əsasən 4,500.43 manat əsas borcun, 81.00 manat gecikdirilmiş günlərə görə cərimə borcu nəzərə alınmaqla,ümumillikdə 4,581.43 (dörd min beş yüz səksən bir,43 qəpik) manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış 14 iyul 2020-ci il tarixli, KTA-KTT-20/1606 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə xitam verilməsi və lizinq predmetini təşkil edən tütün qurutma avadanlıqlarının saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 14 iyul 2020-ci il tarixli, KTAKTT-20/1606 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən 10 ədəd tütün qurutma avadanlığı cavabdehə 60 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan tütün qurutma avadanlıqları 14 iyul 2020-ci il tarixli Lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 200,000.00 manat təşkil etmişdir. Həmin məbləğin 78,860.00 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 40,100.00 manat məbləğində ilkin ödəniş və 6,000.00 manat müqavilənin rəsmiləşdirmə komissiyası ödənilmişdir. Cavabdeh ödəniş qrafikinə əsasən ödənişləri tam şəkildə həyata keçirməmişdir. Belə ki, lizinq müqaviləsinin predmetini təşkil tütün qurutma avadanlıqları cavabdehə təhvil verildikdən sonra, onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmişdir, nəticədə 03.05.2021-ci il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 4,500.43 manat əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin 4.2-ci bəndinə görə, lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən, cavabdehin 03.05.2021-ci il tarixinə 81.00 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə, 13.01.2021-ci il tarixli, PLM-21/0004 nömrəli pretenziya məktubu ilə cavabdehə rəsmi müraciət olunsa da, cavabdeh göstərilən məbləğdən heç bir ödəniş aparmamışdır. Beləliklə, Cavabdeh İddiaçı ASC qarşısında 14 iyul 2020-ci il tarixli, KTA-KTT-20/1606 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə əsasən 03.05.2021-ci il tarixə qədər 4,500.43 manat əsas borcu, 81.00 manat gecikdirilmiş günlərə görə cərimə borcu yaransa da, həmin ödənişləri icra etməkdən yayınır. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 iyul 2020-ci il tarixli, KTA-KTT-20/1606 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə əsasən əsas məbləğ üzrə 20258.20 manat (iyirmi min iki yüz əlli səkkiz manat, iyirmi qəpik), cərimə məbləği üzrə 2588.20 (iki min beş yüz səksən səkkiz manat, iyirmi qəpik) olmaqla ümumilikdə 22846.40 manat (iyirmi iki min səkkiz yüz qırx altı manat, qırx qəpik) borc məbləğinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış 14 iyul 2020-cu il tarixli, KTA-KTT-20/1606 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nin ləğv edilməsi və lizinq obyekti olan 10 ədəd tütün qurutma avadanlığının saz və işlək vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz edərək, məhkəməyə izahatında qeyd etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyət ilə 06.02.2020-ci ildə Aqro Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi bağlanmışdır. Müqaviləni 60 ay müddətinə bağlanmışdır. Müqavilənin şərtlərinə görə İddiaçı ASC özünün tanış şirkəti olan “X7 Az” MMC-dən hər birinin dəyəri 200.000 manat olan 10 ədəd tütünqurutma avadanlığın alaraq gətirib Zaqatala rayonu Muxax kəndində quraşdırılıb təhvil verməli idi. Bunun üçün müqavilənin şərtlərinə görə qabaqcadan “Prior Leasing“ ASC-nin hesabına avadanlığın 20000 manat ümumi dəyərinin 20 % məbləğini yəni 40100 manat avans olaraq köçürülmüş, 6000 manat komissiya haqqı ödənilmiş, 3.000 manat sığorta haqqı ödəmişəm, 250 manat qeydiyyat xərci ödəmiş, ümumilikdə 49.350 manat qabaqcadan ödətdirilmişdir. Bundan sonra tütünqurutma avadanlığını satan “X8 Az” MMC-ilə alıcı, yəni lizinq verən İddiaçı ASC arasında 10 ədəd tütünqurutma avadanlığının alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə 12.02.2020-ci ildə bağlanmış, lizinq alan kimi Cavabdeh da həmin müqaviləyə alıcıya məxsus hüquqla imza atmışdır. Avadanlığın alqısatqı müqaviləsinə görə “X8 Az” MMC-nin direktoru Hasan Abbaspour müqavilə bağlanan gündən 90 gün müddətinə 10 ədəd tütünqurutma avadanlığını Zaqatala rayonu Muxax kəndinə gətirməli və quraşdırıb təhvil verməli idi. Müqavilənin 2.2 və 2.3 bəndlərinə görə alıcı "xxxx" ASC aşağıdakı qaydada avadanlığa dair satıcının bank hesabına ödəniş etməli idi. Müqavilə imzalandıqdan sonra avadanlığın dəyərinin 10% qədər avans ödəyir. Hər bir partiya üzrə mal yüklənib İran İslam Respublikasından idxal edildikdən sonra gömrük sənədinə görə həmin partiyada göndərilmiş malın dəyərinin 50%-ni satıcının hesabına köçürür. Satıcı tərəfindən avadanlıqlar tam quraşdırılıb təhvil-təslim aktıyla təhvil verildikdən sonra qalan 40% məbləğ satıcının bank hesabına köçürülməlidir. İddiaçı ASC onları aldadaraq pulu öz hesabına köçürtdükdən sonra satıcı “X8 Az” MMC-ilə bağladığı alqı-satqı müqaviləsinin şərtlərinin yerinə yetirilməsini təmin etməmişdir. Belə ki, satıcı “X8 Az” MMC 10 ədəd tütünqurutma avadanlığını alqı-satqı müqaviləsində nəzərdə tutulan 90 gün müddətində Zaqatala rayonu Muxax kəndinə çatdırıb quraşdırmamışdır. Yalnız 10 ədəd tütünqurutma avadanlığı Biləsuvar gömrük məntəqəsinə çatdırmış, oradan Zaqatalaya daşınmasını və quraşdırılmasını təmin etməmişdir. Həmin avadanlığın gömrük, daşınma, quraşdırma xərcini özü çəkmişdir. Belə ki, 5.450 manat Biləsuvardan Zaqatalaya daşınmasına xərcləmiş, 5.220 manat gömrük xərcini ödəmiş, avadanlığın quraşdırılmasına 15.000 manat xərcləmişdir. 10 kameraya 1 ədəd yanacaq bakı quraşdırılmasına 3.000 manat xərcləmişdir. Bunlardan əlavə tütünqurutma avadanlıqlarının quraşdırılması üçün 10 ədəd meydança hazırlanmış, üstünün talvarı tikilmiş, avadanlığın detalları komplekt şəkildə göndərilmədiyi üçün məcbur olub qeyristandart hissələr alıb quraşdırmalı olmuşdur. Ümumilikdə avadanlığın işlək vəziyyətə gətirilməsinə 100.000 manata qədər xərc çəkmişdir. Cavabdeh İddiaçı ASC-yə və satıcı “X7 AZ” MMC-nin rəhbərliyinə dəfələrlə müraciət edilmişdir ki, avadanlığın dəyəri onlar tərəfindən şişirdilmişdir. Tələb edilmişdir ki, mütəxəssis ayrılsın avadanlıqlar yerində yenidən qiymətləndirilsin. Lakin qiymətləndirmə aparılmır. Lizinq verən İddiaçı ASC 49.350 manat ödəniş etdirdikdən sonra özbaşına olaraq 06.02.2020-ci il tarixli 5 il müddətinə bağlanmış lizinq müqaviləsini dəyişdirmiş, 14.07.2020-ci il tarixli KTA-KTT-20/606 nömrəli yeni 3 il müddətli müqaviləyə imza atmağa məcbur etmişdir. Beləliklə qəsdən aylıq ödəniş məbləğini artırmışdır. Belə ki, 5 illik müqaviləyə görə lizinq verənə ayda 1350.60 manat ödədiyi halda 3 illik müqaviləyə görə hər ay 225111, manat ödəməli olmuşdur. İddiaçı iddia ərizəsində də müqavilənin 60 ay müddətinə bağlanmasını göstərmişdir. İddiaçı ASC 14.07.2020-ci il tarixli 36 aylıq müddətə bağlanan yeni müqavilədə onu aldadaraq 60 aylıq müqavilənin eyni 3.4-cü bəndində ona qarşı cinayətkar addım atmışdır. Belə ki, 5 illik müqavilənin 3.4-cü bəndində belə göstərilir: Tərəflər razılaşırlar ki, subsidiya lizinq verənin hesabına köçürülmədiyi təqdirdə bu ilkin müqavilə üzrə tərəflərin üzərinə heç bir öhdəlik qoyula bilməz və avans məbləği lizinq verən tərəfindən lizinq alanın hesabına 5 (beş) iş günü müddətində geri qaytarılır. 14.07.2020-ci il tarixli 3 illik müqavilənin 3.4-cü bəndi lizinq verən tərəfindən ziyana dəyişdirilərək belə məzmunda verilmişdir: “Tərəflər razılaşırlar ki, subsidiya məbləğinin tam və ya hər hansı bir hissəsinin verilməsi AR.K İ N yanında AKİA tərəfindən imtina olunarsa həmin imtina olunan subsidiya məbləği lizinq alan tərəfindən tam olaraq 10 iş günü ərzində ödəniləcəkdir”. Beləliklə İddiaçı ASC dövlətin subsidiya siyasətini istədiyi şəkildə eybəcərləşdirmiş, dövlətin bu humanist addımını və iqtisadiyyatın gücləndirilinəsi niyyətini qəsdən gözdən salmışdır. Dövlətin güzəşt etdiyi sahibkar kimi, ona bəlli deyil ki, lizinq verən konkret olaraq baş direktor Azər Hümbətov avadanlığı satan “X8 AZ MMC-nin direktoru Hasan Abbaspourun hesabına avadanlığın dəyərini necə, hansı qaydada, hansı mərhələ ilə ödəmişdir. X5 gizlədir. Azər Hümbətov bu ödəmə ardıcıllığını məhkəməyə təqdim etməlidir. X3 Müqaviləsinin 3.3-cü bəndində belə göstərilir: “Lizinq alanın Lizinq obyektinə sahiblik və istifadə müddəti Lizinq müddəti hesab edilir. Lizinq müqaviləsinin 3.2-ci bəndində nəzərdə tutulan Lizinq müddəti lizing Müqaviləsinin Lizinq verən və Lizinq alan tərəfindən imzalandığı tarixdən hesablanır və AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən lizinq obyektinə ayrılan subsidiya (güzəşt) məbləği Lizinq verənin hesabına köçürüldüyü gün lizinq obyekti lizinq alana təhvil verilir. Aqrar Kredit İnkişaf Agentliyinin borcu idi ki, maraqlansın ki, avadanlıq nə vaxt təhvil verilib. Aqrar Kredit İnkişaf Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməli, aydınlıq gətirilməlidir ki, dövlətin ayırdığı 40% güzəşt məbləği lizinq verənin hesabına nə vaxt köçürülmüşdür. Subsidiya lizinq verənin hesabına köçürülən tarixdə lizinq obyekti İran İslam Respublikasından Azərbaycan ərazisinə daxil olmuşdurmu? Eyni zamanda tütünqurutma avadanlığını satan “X8 AZ” MMC-də müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilməli, avadanlığı quraşdırmalı olduğu yerə o nə vaxt, nə ilə gətirmiş və nə vaxt quraşdırıb təhvil verməsi, avadanlıqların dəyərinin lizinq verən tərəfindən hansı qaydada və hansı mərhələlərlə onun bank hesabına köçürülməsinə aydınlıq gətirilməlidir. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Daha əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 məhkəməyə izahatında qeyd etmişdir ki, fevral ayında qarşı tərəfə ödəniş etmiş və 5 illik müqavilə bağlmışlar. May ayında məhsulların təhvil verilməsi barədə razılıq olmuşdur. Lakin mallar iyun ayından da gec verilmiş səbəb kimi pandemiyanın olması bildirilmişdir. Əlavə olaraq malların ölkəyə gətirilməsi üçün bütün gömrük və daşınma xərcləri özləri ödəmişdir. Qarşı tərəflə onunla birlikdə 4 nəfər də əməkdaşlıq etmiş, hər biri hazırki problemlərlə üz üzə qalmışdır. Dostu ilə birgə 6 dəfə Azər Hümbətovun qəbulunda olmuş, malları göndərən şirkətə malların keyfiyyətsiz olduğu üçün göndərilməni dayandırması barədə məlumat verməsini xahiş etmişdir. Əvvəldə kameraları 15.000 manata razılamış, buna inanaraq vəsait yatırmağa başlamış, lizinq avadanlıqlarından əlavə 300.000 manat məbləğində vəsait yatırmış, sexlər, anbarlar, 100 kub hovuz və s. tikmişdir. Bütün bunlardan sonra avqust ayında qarşı tərəfin Şəkidəki nümayəndəliyi onlarla əlaqə saxlamış sənədləri vermiş, dövlətin subsidiyanı geri çəkəcəyini bununla bağlı olaraq sənədlərə qol çəkməli olduğunu bildirmişdir. Onunla birlikdə 3 nəfər də həmin sənədləri imzalamış, lakin detallar heç biri gəlməmişdir. Ərazidə 4 dəfə monitorinq keçirmiş heç birinə qol çəkilməmişdir. Bütün kameraların hazır vəziyyətdə olduğunu bildirsələr də, kameralardan biri heç ümumiyyətlə quraşdırılmamışdır. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 14 iyul 2020-ci il tarixli, KTA-KTT-20/1606 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə əsasən, lizinq verən lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını (bundan sonra - Lizinq obyekti) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3, 1.4, 1.5-ci bəndələrinə əsasən lizinq obyektinin satıcısı “X9 AZ” MMC, lizinq obyektinin qiyməti 200.000 manat, lizinq obyektinə tətbiq edilən subsidiya məbləği 78.860 manat olaraq qeyd olunmuşdur. 2.2-ci bəndə əsasən lizinq ödənişlərinin ümumi məbləği 129.885,57 manat qeyd olunmuşdur. 6.3-cü bəndə əsasən satıcı lizinq alan tərəfindən müəyyən edildiyi üçün, alqı-satqı müqaviləsinin lizinq verən tərəfindən imzalandığı andan, satıcı tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə və ya lazımınca icra edilməməsi ilə əlaqədar bütün riskləri, habelə lizinq obyektinin keyfiyyəti, komplektliyi və vaxtında olan tədarükə, lizinq obyektini qüsurlarına görə satıcıya irəli sürülən iddialara olan hüquqları lizinq alan öz üzərinə götürür və bütün mümkün olan xərcləri və zərərləri lizinq verənə ödəyir. Lizinq verən lizinq obyektinin keyfiyyəti, komplektliyi və vaxtında olan tədarükə, lizinq obyektinin qüsurlarına görə heç bir iddiaları lizinq alandan qəbul etmir. 8.2.1-ci bəndə əsasən “lizinq alan”ın lizinq obyektinin faktiki vəziyyətindən asılı olmayaraq, “lizinq verən” tərəfindən hesab təqdim edilmədən lizinq ödənişlərini qrafik ilə müəyyən edilmiş vaxtda və həcmdə həyata keçirmək, 8.2.2-ci bəndə əsasən lizinq alan lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq obyektinin istifadəsi ilə bağlı göstərişlərdə nəzərdə tutulan bütün öhdəliklər üzrə (vergilər, rüsumlar, digər haqqlar), habelə lizinq obyektinin qeydiyyatı, saz və işlək vəziyyətdə saxlanılması texniki baxışdan keçirilməsi ilə ba bağlı bütün xərcləri ödəmə vəzifəsi vardır. 11.3-cü bəndə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. 12.1-ci bəndə əsasən lizinq obyekti 5 il müddətinə lizinq verən tərəfindən sığortalanır və lizinq obyektinin sığortalanması üçün lizinq verən tərəfindən çəkilmiş bütün xərclər və sığorta haqqı lizinq alan tərəfindən lizinq verənə ödənilir. İş materiallarında olan 14.07.2020-ci il tarixli, KTA-KTT-20/1606 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə əlavə № 2-in təsdiqlənmiş surətindən məlum olur ki, 81.040 manat məbləğində kredit 36 ay müddətinə aylıq ödəniş 2.251,11 manat olmaqla İddiaçı ASC tərəfindən Cavabdeh verilmişdir. 14.07.2020-ci il tarixli lizinq obyektinin təhvil-təslim aktına əsasən TSS.CO D01M markalı 2020-ci il buraxılışlı İran istehsalı qeyd olunan 10 ədəd D01M0025, D01M0026, D01M0027, D01M0028, D01M0029, D01M0030, D01M0031, D01M0032, D01M0033, D01M0034 şassi nömrəli lizinq obyektləri Cavabdeh təhvil verilmişdir. Satıcı “X9 AZ” MMC, “alıcı” İddiaçı ASC, Cavabdeh “lizinq alan” olmaqla imzalanmış 12 fevral 2020-ci il tarixli PL-AR-YE-20/001 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilənin əlavələrində nəzərdə tutulan malları alıcıya satır alıcı isə öz növbəsində alınan malların dəyərini satıcıya ödəyir. 1.3-cü bəndə əsasən “alıcı” “malları” lizinq alana lizinqə vermək məqsədi ilə alır. 11.12.2020-ci il tarixli monitorinq aktında qeyd olunur ki, Cavabdeh istifadəsinə verilən lizinq obyekti olan 10 ədəd tütünqurutma avadanlığının monitorinqi keçirilmişdir. Monitorinq zamanı tütünqurutma avadanlıqlarının işlək vəziyyətdə olması və orada xurma qurudulması müəyyən olunmuşdur. Foto şəkillər çəkilmiş və akta əlavə olunmuşdur. Qeyd olunan akt "xxxx" ASC-nin Şəki Filialının müdiri olaraq qeyd olunan Əliyev Elvin və Şəki Filialının əməkdaşı olaraq qeyd olunan Elşən İbrahimxəlilov adlı şəxslər tərəfindən imzalanmış lizinq alanın aktı imzalamaqdan imtina etməsi qeyd olunmuşdur. 08 dekabr 2021-ci il tarixli PLM-21/0413 saylı maliyyə arayışında qeyd olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 14 iyul 2020-ci il tarixli, KTA-KTT- 20/1606 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən cavabdehə 10 ədəd tütün qurutma avadanlığı 36 ay müddətinə lizinqə verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 200,000.00 manat təşkil etmiş, həmin məbləğin 78,860.00 manat hissəsi Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən qarşılanmışdır. Lizinq müqaviləsinin şərtlərinə əsasən Cavabdeh tərəfindən 40,100.00 manat məbləğində ilkin ödəniş, 6,000.00 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası və 3,000.00 manat məbləğində lizinq obyektinin sığorta haqqı məbləği İddiaçı ASC-yə ödənilmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən tütün qurutma avadanlığı cavabdehə təhvil verildikdən sonra, onun tərəfindən ödəniş qrafiki üzrə ödənişləri həyata keçirilməmişdir və nəticədə 08.12.2021-ci il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 20,258.20 manat əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin 4.2-ci bəndinə görə, Lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, Lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 %-i (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən, cavabdehin 08.12.2021-ci il tarixinə qədər 2,588.20 manat cərimə borcu mövcuddur. Beləliklə, Cavabdeh İddiaçı ASC qarşısında 14 iyul 2020-ci il tarixli, KTA-KTT-20/1606 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə sasən 08.12.2021-ci il tarixə qədər 20,258.20 manat əsas borc, 2,588.20 manat irilmiş günlərə görə cərimə borcu, ümumilikdə 22846.40 (iyirmi iki min səkkiz altı manat, 40 qəpik) manat öhdəliyi vardır. Cavabdeh məxsus hesabdan çıxarışda lizinq əməliyyatları üzrə vaxtı keçmiş əsas borc məbləği 20,258.20 manat olaraq qeyd olunmuşdur. Cavabdeh məxsus hesabdan çıxarışda lizinq əməliyyatları üzrə vaxtı keçmiş faiz borc məbləği 2,588.20 manat hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. maddəsi bəzi istisnalarla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Belə müqavilələrdən birini Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.2-ci maddəsinə əsasən lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir; 747- 1.3-cü maddəsinə əsasən lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir; 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir; 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır; 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Qanunvericilik lizinq alan tərəfindən lizinq ödənişinin müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsi halında hər hansı qeyd şərt olmadan, istisnasız olaraq lizinq obyektinin tam tərkibdə geri qaytarılmasını nəzərdə tutur. Belə ki, mülki qanunvericilik dörd halda lizinq verənə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da, lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququnu tanıyır. Bu hallardan biri, lizinq verənə lizinq alanın lizinq obyektindən istifadə üçün lizinq ödənişini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, lizinqverən İddiaçı ASC ilə lizinqalan Cavabdeh arasında daxili lizinq müqaviləsi bağlanmış və 10 ədəd tütünqurutma avadanlıqları müqavilədə razılaşdırılmış şərtlərlə Cavabdeh lizinqə verilmişdir. İddiaçı lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmiş, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə ödənişləri tam həcmdə yerinə yetirməmişdir. Belə olan halda məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, iddia tələbi müqaviləyə xitam verilməsi, lizinq obyektinin geri alınması, lizinq müqaviləsi üzrə əsas borc hissəsində təmin olunmalı, cərimə hissəsində isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 2,588.20 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 2025 manata endirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu əvəzi 30 manat cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh 14 iyul 2020-ci il tarixli, “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə əsasən 20.258,20 (iyirmi min iki yüz əlli səkkiz manat, iyirmi qəpik) manat əsas borc, 2.025 (iki min iyirmi beş manat) manat cərimə məbləği, 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Tərəflər arasında bağlanmış 14 iyul 2020-ci il tarixli, “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi” ləğv edilsin və lizinq obyekti olan 10 ədəd tütünqurutma avadanlığı işlək vəziyyətdə Cavabdeh alınaraq, İddiaçı ASC-yə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar