Məhkəmə qərarları › İş №e-2-2(113)-1681/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1681/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1681/2020 26.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı pul tələbi barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin istehsal etdiyi malları alaraq ödəmədiyi 16 441 (on altı min dörd yüz qırx bir) AZN məbləğində borcu və əlavə olaraq 30 AZN məbləğdə dövlət rüsumunu cavabdeh “xxxx” MMC-dən İddiaçı MMC- nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin istehsal etdiyi malları alaraq ödəmədiyi 13.673,19 (on üç min altı yüz yetmiş üç manat on doqquz qəpik) AZN məbləğində əsas borcu və 3787 (üç min yeddi yüz səksən yeddi) AZN cərimə borcu, 991(doqquz yüz doxsan bir ) AZN bank uçot dərəcəsi və 30 AZN məbləğində dövlət rüsumunun ümumilikdə 18.451 (on səkkiz min dörd yüz əlli bir) AZN məbləğində borcun cavabdeh “xxxx” MMC-dən İddiaçı MMC- nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2019-cu il tarixli 3797/**********_H/19 saylı alğı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-nin (Satıcı) istehsal etdiyi süd və süd məhsulları “xxxx” MMC-yə (Alıcıya) satmağı, alıcı isə öz növbəsində həmin malları qəbul etmək və bu müqavilənin şərtlərinə uyğun olaraq tam dəyərini ödəmək öhdəliklərini öz üzərlərinə götürmüşlər. İddiaçı MMC üzərinə düşən öhdəlikləri tamamilə yerinə yetirsə də, “xxxx” MMC öz öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh “xxxx” MMC müəssisədən aldığı süd məhsullarının dəyərini, ona kifayət qədər güzəştli müddət verilməsinə baxmayaraq, ödəməmiş və nəticədə 13 673.19 AZN (on üç min altı yüz yetmiş üç manat 19 qəpik) məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. Həmin Müqavilənin 3.3. bəndinə əsasən ödənişlər malın təhvil verildiyi gündən 14 gün ərzində həyata keçirilməlidir. Lakin malın təhvil verildiyi gündən uzun müddət keçməsinə və borcun ödənilməsi ilə əlaqədar edilən bütün danışıqlar və səylər nəticə verməmişdir və bu günkü günə, yəni xx xxx 2020-ci il tarixinə olan borcun məbləği 13 673.19 AZN təşkil edir. Həmin müqavilənin 8.1. bəndinə əsasən - tərəflər arasında bu müqavilənin icrası üzrə yaranan mübahisələr qarşılıqlı razılıqla həll olunur. Qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir. Məsələni həll etmək məqsədilə dəfələrlə həmin borcun ödənilməsi ilə əlaqədar cavabdehə cəriməsiz olaraq borcun ödənişlərini həyəta keçirilməsi barədə şifahi və yazılı xəbərdarlıqlar edilsə də, (yazılı xəbərdarlıq (Pretenziya) xx xxxxxx 2020-ci il tarixində təqdim edilmişdir), cavabdeh yaranmış borcun yarı hissəsini xx.xx.2020-ci il tarixinə, qalanhissəsini tam olaraq xx.xx.2020-ci il tarixinə ödəyəcəyinə öhdəlik götürsə də borc bu günə kimi ödəməmişdir. Həmin müqavilənin 5.2. bəndinə müvafiq olaraq ödənişi müəyyən edilmiş müddətdə (14 gün) ödəmədiyinə görə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,1% həcmində cərimə (bir günə hesablanacaq cərimə məbləği 13.67 AZN təşkil edir) tələb etmək hüququna malikdir. Müqavilənin bu bəndinin icra olunmaması müddəti sonuncu qaimə-faktura ilə xx.xx.2019-cu il tarixindən 14 gün keçdikdən sonra, yəni xx.xx.2020-ci il tarixindən başlayaraq xx.xx.2020-ci il tarixinə qədər 130 gün təşkil edir ki, bu da 1777AZN (bir min yeddi yüz yetmiş yeddi) məbləğində əlavə borcun yaranmasına səbəb olmuşdur.Nəzərə alsaq ki, cari ilin son üç ayı ərzində bank uçot dərəcəsi 7,25% təşkil etmişdir, yaranmış borc məbləğinin bank uçot dərəcəsi -991 (doqquz yüz doxsan bir) manat təşkil edir. Beləliklə cavabdehin ümumi borcu 16 441 (on altı min dörd yüz qırx bir) manat təşkil etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: -********** nömrəli xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış Nizamnamədən görünür ki, İddiaçı müstəqil təsərrüfat subyekti olmaqla öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və bu nizamnamə əsasında həyata keçirir. Nizamnamə xx.xx.2006-cı il tarixində dövlət qeydiyyatına alınmış İddiaçı ikinci redaksiyada Nizamnaməsidir. -Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3797/**********_H/19 saylı alğı-satqı müqaviləsindən görünür ki, iddiaçı cavabdehə süd və süd məhsullarını satmağı, cavabdeh isə öz növbəsində həmin malları qəbul etmək və bu müqavilənin şərtlərinə uyğun olaraq tam dəyərini ödəmək öhdəliklərini öz üzərlərinə götürmüşlər. -Həmin Müqavilənin 3.3. bəndinə əsasən- ödənişlər malın təhvil verildiyi gündən 14 gün ərzində həyata keçirilməlidir. -Həmin müqavilənin 5.2. bəndinə müvafiq olaraq ödənişi müəyyən edilmiş müddətdə ödəmədiyinə görə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,1% həcmində cərimə tələb etmək hüququna malikdir. -Həmin müqavilənin 8.1. bəndinə əsasən - tərəflər arasında bu müqavilənin icrası üzrə yaranan mübahisələr qarşılıqlı razılıqla həll olunur. Qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir. -xx.xx.2019-cu il tarixli, HDP/3 seriyalı, 360452 nömrəli malların təhvil-qəbul aktına əsasən 5100,08 AZN mələğində 1 adda; xx.xx.2019-cu il tarixli, HDP/3 seriyalı, 372744 nömrəli malların təhvil-qəbul aktına əsasən 1700,03 AZN mələğində 1 adda; xx.xx.2019cu il tarixli, HDP/3 seriyalı, 338845 nömrəli malların təhvil-qəbul aktına əsasən 940,61 AZN mələğində 1 adda; xx.xx.2019-cu il tarixli, HDP/3 seriyalı, 338846 nömrəli malların təhvil-qəbul aktına əsasən 723,55 AZN mələğində 1 adda; xx.xx.2019-cu il tarixli, HDP/3 seriyalı, 338853 nömrəli malların təhvil-qəbul aktına əsasən 1700,03 AZN mələğində 1 adda; xx.xx.2019-cu il tarixli, HDP/3 seriyalı, 370469 nömrəli malların təhvil-qəbul aktına əsasən 1808,87 AZN mələğində 1 adda; xx.xx.2019-cu il tarixli, HDP/3 seriyalı, 355601 nömrəli malların təhvil-qəbul aktına əsasən 1700,03 AZN mələğində 1 adda məhsul iddiaçı tərəfindən göndərilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır. Akt tərəflərin səlahiyyətli nümayəndələrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmişdir. -xx.xx.2019-cu il tarixli qiymət razılaşdırma protokolundan görünür ki, iddiaçı süd və süd məhsullarının satışında hər məhsula görə ayrı-ayrılıqda endirimlər etmişdir. Protokol tərəflərin səlahiyyətli nümayəndələrinin imzası və möhürü ilə təsdiq edilmişdir. -xx.xx.2019-cu il tarixli Seriya: EBAD № 840664 elektron qaiməyə əsasən 5100,08 AZN dəyərində, xx.xx.2019-cu il tarixli Seriya: EBAD № 899530 elektron qaiməyə əsasən 1700,03 AZN dəyərində, xx.xx.2019-cu il tarixli Seriya: EBAE № 009933 elektron qaiməyə əsasən 940,61 AZN dəyərində, xx.xx.2019-cu il tarixli Seriya: EBAE № 009930 elektron qaiməyə əsasən 723,55 AZN dəyərində, xx.xx.2019-cu il tarixli Seriya: EBAE № 072538 elektron qaiməyə əsasən 1700,03 AZN dəyərində, xx.xx.2019-cu il tarixli Seriya: EBAE № 287974 elektron qaiməyə əsasən 1808,87 AZN dəyərində, xx.xx.2019-cu il tarixli Seriya: EBAE № 291254 elektron qaiməyə əsasən 1700,03 AZN dəyərində məhsul satılmışdır. -xx xxxxxx 2020-ci il tarixli 159 nömrəli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə 13.673,19 AZN borc məbləğinin 5 gün muddətində könüllü olaraq ödənilməsini təklif etmişdir. Əks təqdirdə tərəflər arasında bağlanmış müqaviləyə eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə müvafiq olaraq ödənilməyən məbləğin, cərimə və fazilərin məhkəmə yolu ilə tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli 3797/**********_H/19 saylı alğı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehə süd və süd məhsullarını məhsulu satmağı, cavabdeh isə satılan məhsulu təhvil almağı və dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə müxtəlif növ süd və süd məhsulları göndərilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır. Cavabdehin iddiaçıya hazırki vaxta olan borcu ümumilikdə 18.451 manat təşkil edir. Məhkəmə qeyd edir ki, alğı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3797/**********_H/19 saylı müqaviləyə və malların təhvil-qəbul aktına əsasən 13.673,19 AZN məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 5.2-ci bəndinə əsasən bu müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı hallarda hər bir gecikdirimiş günə 0.1% cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək hüququna malikdir. Lakin məhkəmə hesab edir ki, tələb olunan 3787 AZN dəbbə pulu məbləği yaranmış 13.673,19 AZN borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan,onun məbləğini azaldaraq 1367 AZN həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 13.673,19 manat əsas borc, 1367 mant cərimə olmaqla, cəmi 15040,19 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutulmalı və iddia qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli 3797/**********_H/19 saylı alğı-satqı müqaviləsi üzrə 13673,19 manat məbləğində əsas borc, 1367 manat cərimə məbləği, cəmi 15040,19 (on beş min qırx manat on doqquz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat məbləğində pul vəsaiti Cavabdehndən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar