Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1686/2022 24.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xeyrinə cavabdehdən 99.320,6 manat (doxsan doqquz min üç yüz iyirmi manat, 60 qəpik) məbləğində pul vəsaitinin tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 07 yanvar 2020-ci il tarixində 6 saylı Müqavilə və 05 yanvar 2021-ci il tarixində 41 saylı Müqavilə bağlamışlar. Həmin Müqavilələrə əsasən, Cavabdeh İddiaçıya armatur yaymasını təqdim etməyi, İddiaçı isə bu Malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı, həmin Müqavilələr üzrə cavabdehə iddia ərizəsində göstərilən ödənişləri etmişdir. Müqavilələrdə, Malların konkret dəyəri birbaşa müəyyən edilməsə də, invoys (hesab-faktura) və ödəniş tapşırıqları əsasında iddiaçı və cavabdeh malların dəyəri və miqdarı haqqında razılığa gəlmişlər. Belə ki, cavabdeh mallara dair invoys təqdim etmişdir və iddiaçı həmin invoyslara uyğun ödəniş həyata keçirmişdir. Lakin qeyd etdiyimiz kimi, 377.183,46 manat məbləğində pulun ödənilməsinə baxmayaraq, cavabdeh yalnız 277.862,86 manat dəyərində malları təqdim etmişdir və nəticədə cavabdehin iddiaçıya 99.320,6 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (alıcı) ilə Cavabdeh (satıcı) arasında armatur yaymasının alqı-satqısına dair 06 saylı , 07 yanvar 2020-ci il tarixli və 41 saylı 05 yanvar 2021-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Hər iki müqavilənin 3.2-ci maddəsində göstərilmişdir ki, malın göndərilməsi zamanı qaimə-faktura tərtib edilir. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə 06 saylı xx.xx.2020-ci il tarixli müqavilə üzrə 47.200 manat, xx.xx.2020-ci il tarixdə 06 saylı xx.xx.2020-ci il tarixli müqavilə üzrə 53.100 manat, xx.xx.2020-ci il tarixdə 06 saylı xx.xx.2020-ci il tarixli müqavilə üzrə 212.400 manat, xx.xx.2021-ci il tarixli 41 saylı xx.xx.2021-ci il tarixli müqavilə üzrə 88.500 manat əks olunmuş ödəniş tələbnamələri Cavabdeh tərəfindən İddiaçınə verilmişdir. Qeyd edilən məbləğlərin cəmi 401.200 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 95 və 96 nömrəli, xx.xx.2020-ci il tarixli 129 və 130 nömrəli, xx.xx.2020-ci il tarixli 136 və 137 nömrəli, xx.xx.2021-ci il tarixli 65 və 66 nömrəli ödəniş tapşırıqlarından görünür ki, X1” Mənzil-Tikinti Kooperativi tərəfindən Azəri Steel-2009” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ümumilikdə 377.183,46 manat məbləğində vəsait köçürülmüşdür. Ödəniş tapşırıqları "xxxx" ASC-nin möhürü ilə “icra olundu” statusu ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş aşağıdakı göstərilən elektron qaimələrdən məlum olur ki, Cavabdeh tərəfindən: - 23.184,64 manat məbləğində malların təqdim edilməsinə dair xx.xx.2020-ci il tarixli 431043 nömrəli EBAT seriyalı elektron qaimə; - 20.331,99 manat məbləğində malların təqdim edilməsinə dair xx.xx.2020-ci il tarixli 948443 nömrəli EBAT seriyalı elektron qaimə; - 26.550 manat məbləğində malların təqdim edilməsinə dair xx.xx.2020-ci il tarixli 173650 nömrəli EBAV seriyalı elektron qaimə; - 24.017,13 manat məbləğində malların təqdim edilməsinə dair xx.xx.2020-ci il tarixli 237083 nömrəli EBAV seriyalı elektron qaimə; - 26.619,03 manat məbləğində malların təqdim edilməsinə dair xx.xx.2020-ci il tarixli 347057 nömrəli EBAV seriyalı elektron qaimə; - 28.875,78 manat məbləğində malların təqdim edilməsinə dair xx.xx.2020-ci il tarixli 527161 nömrəli EBAV seriyalı elektron qaimə; - 25.641,99 manat məbləğində malların təqdim edilməsinə dair xx.xx.2021-ci il tarixli 889113 nömrəli EBAV seriyalı elektron qaimə; - 24.744,60 manat məbləğində malların təqdim edilməsinə dair xx.xx.2021-ci il tarixli 177503 nömrəli EBAW seriyalı elektron qaimə; - 26.295,12 manat məbləğində malların təqdim edilməsinə dair xx.xx.2021-ci il tarixli 384529 nömrəli EBAW seriyalı elektron qaimə; - 25.180,02 manat məbləğində malların təqdim edilməsinə dair xx.xx.2021-ci il tarixli 529455 nömrəli EBAW seriyalı elektron qaimə; - 26.422,56 manat məbləğində malların təqdim edilməsinə dair xx.xx.2021-ci il tarixli 170751 nömrəli EBAX seriyalı elektron qaimə, ümumilikdə 277.862,86 manat məbləğindən malların təqdim edilməsinə dair elektron qaimələr tərtib olunaraq, elektron sistem vasitəsilə İddiaçınə göndərilmişdir. Göndərilən elektron qaimələr İddiaçı tərəfindən qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi ilə bağlıdır. Ona görə də, mübahisənin həli baxımından Mülki Məcəllənin alqısatqı müqaviləsi ilə bağlı normaları nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 578.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə qeyd edir ki, tərəflərin arasında hansı miqdarda və hansı dəyərdə malların verilməsi elektron qaimələr əsasında rəsmiləşdirilmişdir. Belə ki, misal olaraq eyni tarixdə yəni xx.xx.2021-ci il tarixdə başqa məbləğ göstərilmiş (88.500) ödəniş tələbnaməsi və bir başqa məbləğ göstərilmiş (26.422,56) eyni tarixli elektron qaimənin verilməsi tərəflər arasında olan mal mübadiləsinin və mövcud işgüzar münasibətlərin elektron qaimələr əsasında aparıldığını deməyə əsas verir. Göründüyü kimi Cavabdeh tərəfindən İddiaçınə ümumilikdə 277.862,86 (iki yüz yetmiş yeddi min səkkiz yüz altmış iki manat səksən altı qəpik) manat məbləğində malın sonuncuya verilməsi barədə elektron qaimələr göndərilmiş, sonuncu tərəfindən də, elektron qaimələr təsdiq edilmişdir. Eyni zamanda İddiaçı tərəfindən 377.183,46 (üç yüz yetmiş yeddi min yüz səksən üç manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh hesabına köçürülmüşdür. Göründüyü kimi İddiaçı tərəfindən köçürülən 99.320,60 (doxsan doqquz min üç yüz iyirmi manat altmış qəpik) manat məbləğində malların təhvil verilməsinə dair Cavabdeh tərəfindən heç bir sübut təqdim edilməmişdir. Ona görə də, iddia 99.320,60 manat məbləğində borcun tələb edilməsi hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 99.320,6 (doxsan doqquz min üç yüz iyirmi manat altmış qəpik) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1686/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1686/2022
24.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver