Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1687/2022 11.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən əsas borca görə 13.008,44 manat, vurulmuş maddi zərərə görə 7.805,07 manat, məhkəmə xərcləri üçün mediasiya sesiyasının keçirilməsi üçün ödənilmiş 200 manat, cəmi 21.013,51 manat pulun tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 avqust 2021-ci il tarixində İddiaçı MMCnin direktoru X2 ilə Cavabdeh MMC-nin direktoru X4 arasında 01H nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndi ilə tərəflər razılığa gəlmişlər ki, icraçı (İddiaçı MMC”) hazırki müqavilənin ayrılmaz hissəsi sayılacaq qiymətlərin razılaşdırma protokollarında göstərilən malları sifarişçiyə (Cavabdeh MMC) satır və sifarişçi öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən icraçıya ödəyir. Müqavilənin 3.1-ci bəndi ilə razılığa gəlinmişdir ki, sifarişçi aldığı malların pulunu tam olaraq icraçı tərəfindən təqdim olunmuş bank hesabına köçürür. 02.08.2021-ci il tarixli, seriyası ĞÖV, nömrəsi 211955 olan malların təhvil-qəbul aktı ilə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 8352.87 manat dəyərində qiymətlərin razılaşdırılması protokolu ilə razılaşdırılmış mallar təhvil verilmişdir. X6 tərəfindən X3 təhvil verilmişdir. Həmçinin 08.08.2021-ci il tarixli seriyası ĞÖV, nömrəsi 211955 olan malların təhvil-qəbul aktı ilə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 4655,57 manat dəyərində qiymətlərin razılaşdırılması protokolu ilə razılaşdırılmış mallar təhvil verilmişdir. X6 tərəfindən X3 təhvil verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3-cü bəndinin tələbləri Cavabdeh MMC tərəfindən yerinə yetirilməmişdir. Aldığı 13.008.44 manat malların ödənilməsindən yaranmış öhdəliyini ötən müddət ərzində yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsi ilə 08.08.2021-ci il tarixdən Cavabdeh MMC-nin aldığı 13008.44 manat malların dəyərini ödəməməsinə görə illik faiz dərəcəsi ilə hesablasaq illik 910.59 manat pul Azərbaycan Respublikası MM-nin 598.3-cü maddəsi ilə müəyyən edilmiş əsaslarla cavabdehdən tələb edilməlidir. Ancaq iddiaçının pul vəsaitini razılaşdırılmış müddətdə ona ödəməməsi nəticəsində vurduğu zərər çoxdur. Belə ki, idiaçı əsasən məktəb və dəftərxana ləvazimatlarının alqı-satqısını həyata keçirir. 13008.44 manat mülki dövriyyədə hər iki ayda xərclər və digər vergi ödənişləri ödənildikdən sonra 20 faiz məbləğində (13008.44 x20%= 2601,69 manat) qazanc əldə edə bilərdi. Ötən 6 ay müddətindəCavabdeh MMC-nin aldığı 13008.44 manat malların dəyərini ödəməməsinə görə iddiaçıya vurduğu maddi zərər 7805,07 manat məbləğindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC (satıcı) və Cavabdeh MMC (alıcı) arasında 02 avqust 2021-ci il tarixində bağlanılmışdır. Müqavilənin 3-cü bəndinə əsasən alıcı aldığı malların pulunu tam olaraq satıcı tərəfindən təqdim olunmuş Bank hesabına köçürür. Hazırki Müqaviləyə əsasən bütün ödənişlər hesaba köçürə yolu ilə manatla həyata keçirilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan müqavilənin ayrılmaz hissəsi hesab edilən iddiaçı və cavabdeh tərəfindən imza və möhürlə təsdiqlənən “X1” ilə müvafiq olaraq ƏDV daxil 8.352,87 manat məbləğində malların təhvil verilməsi razılaşdırılmışdır. 02.08.2021-ci il tarixli, ĞÖV seriyalı, 211955 saylı malların təhvil-qəbul aktına görə İddiaçı tərəfindən Cavabdehnə ƏDV daxil 8.352,87 manat, 08.08.2021-ci il tarixli, ĞÖV seriyalı, 211956 saylı malların təhvil-qəbul aktına görə İddiaçı tərəfindən Cavabdehnə ƏDV daxil 4.655,57 manat, ümumilikdə 13.008,44 manat dəyərində mal təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə tələbin hüquqi əsası kimi aşağıdakı maddələr nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi iki tərəfli, konsensual və əvəzli müqavilədir. Belə olan halda alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsini satıcı olan İddiaçı MMC-nin üzərinə düşür. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarına 02.08.2021-ci il tarixli, ĞÖV seriyalı, 211955 saylı və 08.08.2021-ci il tarixli, ĞÖV seriyalı, 211956 saylı malların təhvil-qəbul aktları əlavə edilmişdir. Adı çəkilən aktlardan da, göründüyü kimi ümumi dəyəri 13.008,44 manat olan mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Ancaq cavabdeh tərəfindən qeyd edilən vəsaitin ödənilməsinə dair hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri tam icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Beləliklə iddiaçı tərəfindən müqavilə üzrə əsas borca görə 13.008,44 manat tələb edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müqavilə üzrə əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddianın Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad etməklə 7.805,07 manat pulun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Ona görə də, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmçinin məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 3.4-cü maddəsi də eyni məzmunludur. Göründüyü kimi qanunverici mediasiya xərclərini məhkəməyə iddia verilərkən ödənilən dövlət rüsumu ilə eyniləşdirmişdir. Ancaq Mülki Prossesual Məcəlləsində ( 119-cu maddədə) konkret olaraq mediasiya xərclərinin bölüşdürülməsi göstərilməsə də, qeyd olunan hala MPM-in 13.4-cü maddəsinə (Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir) əsasən qiymət verilməlidir. Belə ki, iddiaçı tərəf Kommersiya məhkəməsinə müraciət edərkən mütləq qaydada ilkin mediasiya sessiyasında iştirak etməli və müvafiq arayışı təqdim etməlidir. İddiaçı da, ilkin mediasiya sessiyasında iştirak edərkən müəyyən mediasiya xərcini ödəyir. Ona görə də, mediasiya zamanı çəkilən xərclərlə iddia ərizəsi üzrə məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumu “status” baxımından eyniləşdirilməlidir və MPM-nin 13.4-cü maddəsinə istinad edilməklə 119-cu maddə tətbiq edilməlidir. İş materiallarında olan 14.02.2022-ci il tarixli qəbzdən görünür ki, mediasiya xərci olaraq İddiaçı MMC 200 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, mediasiyaya çəkilmiş xərc olaraq 200 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin 02 avqust 2021-ci il tarixli 01H saylı alqı-satqı müqaviləsi üzrə əsas borc üzrə 13.008 (on üç min səkkiz manat) manat, 44 (qırx dörd) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1687/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1687/2022
11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver