Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1688/2022 25.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 9914.51 manat əsas borcun, 495,72 cərimə borcunun, 200 manat məbləğində mediasiya xərcinin və 32 (otuz iki) manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “MAC TRADE" MMC (VÖEN: **********) (“Satıcı”) şirkəti ilə Cavabdeh MMC (VÖEN: **********) (“Alıcı”) arasında bağlanmış “05” may 2021-ci il tarixli 05/2021 saylı alqı-satqı müqaviləsinə əsasən, dəyərini ödəmək şərtilə Satıcı “MAC TRADE" MMC-dən istehlak məhsullarını qəbul etmişdir. Lakin əvəzi olaraq, Satıcıya etməli olduğu ödənişi gecikdirərək öz öhdəliklərini lazımınca icra etməmişdir. Buna görə cavabdehin iddiaçı "xxxx" MMC qarşısında borcu yaranmışdır və cavabdeh tərəfindən satılmış malların müqabilində hazırki tarixə kimi Satıcının hesabına heç-bir ödəniş edilməmişdir. Belə ki, Müqavilə üzrə Satıcı Alıcıya 18% ƏDV daxil olmaqla: EBBA seriyalı 874970 saylı 28.04.2021-ci il tarixli elektron qaimə faktura əsasında 9664.51 manat dəyərində, EBBA seriyalı 880191 saylı 28.04.2021-ci il tarixli elektron qaimə faktura əsasında 250.00 manat dəyərində və bununla da ümumilikdə 9914.51 manat dəyərində istehlak məhsulu satmışdır. Satılmış mallara dair cavabdeh tərəfindən iddiaçıya hər hansı irad bildirməmişdir. Tərəflər arasında mövcud Müqavilənin 2.1.4., 2.4.3 və 3.6-cı bəndələrinə əsasən Alıcı Satıcıya 7(yeddi) təqvim günü müddətində malın dəyərini ödəməlidir. Müqavilənin 6.2-ci bəndində göstərilmişdir ki, Alıcı Satıcıya hər gecikdirilən gün üçün Müqavilə qiymətinin 1 (bir) %-i miqdarında, gecikdirilən günlərin sayı 30 gündən gec olduqda isə (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 2 (iki)% miqdarında dəbbə pulu ödəməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin iş materiallarında olan sənədlər əsasında müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 9664.51 manat dəyərində malın verilməsi barədə EBBA seriyalı 874970 saylı 28.04.2021-ci il tarixli elektron qaimə, 250 manat dəyərində olan malın verilməsinə dair EBBA seriyalı 880191 saylı 28.04.2021-ci il tarixli elektron qaimə göndərilmişdir. Qeyd edilən elektron qaimələr göndərildikdən sonra tərəflər arasında 05 may 2021-ci il tarixli 05/2021 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə tələbin hüquqi əsası kimi aşağıdakı maddələr nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri tam icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Belə ki, 28.04.2021-ci il tarixdə Cavabdeh MMC-yə 2 ədəd ümumi dəyəri 9914,51 manat olan elektron qaimə göndərilmişdir. Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə göndərilmiş elektron qaimələrlə bağlı hər hansı bir etiraz daxil olmamışdır. Həmçinin də qeyd edilməlidir ki, elektron qaimələr göndərildikdən sonra tərəflərin öz aralarında yazılı formada 05 may 2021-ci il tarixdə müqaviləni rəsmiləşdirmələri elektron qaimələrdə qeyd edilmiş malların Cavabdeh MMC-yə verilməsi və tərəflər arasında alqı-satqı münasibətlərinin olması faktını təsdiq edir. Bundan başqa Cavabdeh MMC tərəfindən elektron qaimələrdə göstərilmiş mallara dair hər hansı bir ödəniş edilməsinə dair hər hansı bir sənəd mövcud olmadığından məhkəmə hesab edir ki, verilmiş malların əvəzi Cavabdeh MMC tərəfindən ödənilməmiş və nəticədə borcu yaranmışdır. Ona görə də, iddia əsas borcun yəni, 9914,51 manat borcun tələb edilməsi hissəsində əsaslıdır. Məhkəmə iddianın 495,72 cərimə borcunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Yuxarıda qeyd edilmiş normalardan görünür ki, dəbbə pulu qanundan və müqavilədən irəli gələ bilər. Hazırki halda isə, Mülki Məcəllənin alqı-satqı müqaviləsi ilə bağlı normalarında müqavilə üzrə öhdəliyin icra edilməməsinə görə konkret olaraq dəbbə pulu ilə bağlı müddəa yoxdur, həmçinin də bağlanmış yazılı müqavilə malların verilməsindən sonra imzalandığdan müqavilədə qeyd edilmiş cərimə barədə normalar hazıkı hala şamil edilmir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmçinin məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 3.4-cü maddəsi də eyni məzmunludur. Göründüyü kimi qanunverici mediasiya xərclərini məhkəməyə iddia verilərkən ödənilən dövlət rüsumu ilə eyniləşdirmişdir. Ancaq Mülki Prossesual Məcəlləsində ( 119-cu maddədə) konkret olaraq mediasiya xərclərinin bölüşdürülməsi göstərilməsə də, qeyd olunan hala MPM-in 13.4-cü maddəsinə (Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir) əsasən qiymət verilməlidir. Belə ki, iddiaçı tərəf Kommersiya məhkəməsinə müraciət edərkən mütləq qaydada ilkin mediasiya sessiyasında iştirak etməli və müvafiq arayışı təqdim etməlidir. İddiaçı da, ilkin mediasiya sessiyasında iştirak edərkən müəyyən mediasiya xərcini ödəyir. Ona görə də, mediasiya zamanı çəkilən xərclərlə iddia ərizəsi üzrə məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumu “status” baxımından eyniləşdirilməlidir və MPM-nin 13.4-cü maddəsinə istinad edilməklə 119-cu maddə tətbiq edilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, mediasiya xərci olaraq "xxxx" MMC 200 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, mediasiyaya çəkilmiş xərc olaraq 200 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 9914,51 (doqquz min doqquz yüz on dörd) manat, 51 (əlli bir) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 (otuz iki) manat, mediasiya xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1688/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1688/2022
25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver