Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1689/2022 19.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı 01.12.2020-ci il tarixli, 297 saylı müqavilə üzrə pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 15.000 manat, 18% ƏDV olan 2700 manat məbləğində pulun, 200 manat mediasiya xərclərinin, 150 manat məhkəmə rüsumunun, cəmi 18.050 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən İddiaçı direktor N.Z.Orucovun şəxsində və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən Cavabdeh direktor Qanuni nümayəndə oglu şəxsində 297 saylı 01 Dekabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi imzalamışlar. Həmin müqavilənin predmetini Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin sifarişinə əsasən armatur məhsullarının satışı, İddiaçı MMC-nin isə bu müqavilənin şərtlərinə uyğun olaraq mallar üzrə müvafiq haqqın ödənilməsi münasibətləri təşkil edir. Lakin İddiaçı MMC tərəfindən ödəniş həyata keçirilsə də, satıcı tərəfindən mallar təchiz edilməmişdir. Hazırda İddiaçı MMC-nin qeyd olunan müqavilə əsasında ödənilmiş pul vəsaiti qarşılığında təchiz edilməmiş mal-material ehtiyyatları üzrə tələb hüququ yaranmışdır. Satıcıya 15.000 manat + 18% ƏDV manat avans köçürülmüşdür. Cavabdeh MMC müqavilə üzrə öhdəlikləri lazımınca icra etməmiş, yəni 15.000 manat və + 18% ƏDV olan 2700 manat müqabilində malı təqdim etməmişdir. Yazılı və şifahi tələblərə baxmayaraq cavabdeh müqavilə öhdəliklərini icra etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Cavabdeh MMC (satıcı) ilə İddiaçı MMC (alıcı) arasında 01 dekabr 2020-ci il tarixli 297 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən alıcı müqavilədə göstərilən şərtlərə uyğun olaraq satıcıdan armatur yayması (bundan sonra – mal) almağı öz öhdəsinə götürür, satıcı satılan malı öz anbarında alıcının nümayəndəsinə təhvil verir. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən satılan malın bir tonunun qiyməti hər növbəti partiya üçün razılaşdırılaraq satıcı tərəfindən alıcıya verilən hesab-fakturada göstərilir. 2.2-ci bəndinə əsasən alıcı aldığı malın dəyərini aldığı hesab-faktura əsasında köçürmə yolu ilə əvvəlcədən ödəyir. 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və 2021-ci ilin sonuna qədər həyata keçirilə bilər. Müqavilə satıcının və alıcının imzası və möhürü ilə təsdiq edilmişdir. - Cavabdeh MMC tərəfindən (4346,50 manat ƏDV xaric) 24.147,20 manat məbləğində olan malların verilməsinə dair 14.12.2020-ci il tarixli, EBAT seriyalı, 848730 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən (4237,20 manat ƏDV xaric) 23.540 manat məbləğində olan malların verilməsinə dair 15.12.2020-ci il tarixli, EBAT seriyalı, 863528 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən (3714,48 manat ƏDV xaric) 20.636 manat məbləğində olan malların verilməsinə dair 15.12.2020-ci il tarixli, EBAT seriyalı, 912785 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən (3517,27 manat ƏDV xaric) 19.540,40 manat məbləğində olan malların verilməsinə dair 18.12.2020-ci il tarixli, EBAV seriyalı, 082724 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən (3821,40 manat ƏDV xaric) 21.230 manat məbləğində olan malların verilməsinə dair 25.12.2020-ci il tarixli, EBAV seriyalı, 418458 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən (3783,38 manat ƏDV xaric) 21.018,80 manat məbləğində olan malların verilməsinə dair 29.12.2020-ci il tarixli, EBAV seriyalı, 572603 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən (4165,92 manat ƏDV xaric) 23.144 manat məbləğində olan malların verilməsinə dair 30.12.2020-ci il tarixli, EBAV seriyalı, 627385 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən (7855,06 manat ƏDV xaric) 43.639,20 manat məbləğində olan malların verilməsinə dair 05.01.2021-ci il tarixli, EBAV seriyalı, 742659 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən (3810,31 manat ƏDV xaric) 21.168,40 manat məbləğində olan malların verilməsinə dair 08.01.2021-ci il tarixli, EBAV seriyalı, 879373 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən (3923,57 manat ƏDV xaric) 21.797,60 manat məbləğində olan malların verilməsinə dair 11.01.2021-ci il tarixli, EBAV seriyalı, 976035 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən (3734,28 manat ƏDV xaric) 20.746 manat məbləğində olan malların verilməsinə dair 13.01.2021-ci il tarixli, EBAW seriyalı, 062581 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən (4565,88 manat ƏDV xaric) 25.366 manat məbləğində olan malların verilməsinə dair 15.01.2021-ci il tarixli, EBAW seriyalı, 166606 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən (3565,58 manat ƏDV xaric) 19.808,80 manat məbləğində olan malların verilməsinə dair 21.01.2021-ci il tarixli, EBAW seriyalı, 376289 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən (3733,24 manat ƏDV xaric) 20.740,20 manat məbləğində olan malların verilməsinə dair 26.01.2021-ci il tarixli, EBAW seriyalı, 574867 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən (3619,98 manat ƏDV xaric) 20.111 manat məbləğində olan malların verilməsinə dair 27.01.2021-ci il tarixli, EBAW seriyalı, 640862 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən (6549,17 manat ƏDV xaric) 36.384,25 manat məbləğində olan malların verilməsinə dair 01.02.2021-ci il tarixli, EBAW seriyalı, 865578 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən (3381,30 manat ƏDV xaric) 18.785 manat məbləğində olan malların verilməsinə dair 05.02.2021-ci il tarixli, EBAX seriyalı, 097677 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən (4498,97 manat ƏDV xaric) 24.994,25 manat məbləğində olan malların verilməsinə dair 09.02.2021-ci il tarixli, EBAX seriyalı, 195679 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - 13.12.2020-ci il tarixli 01 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 88.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - 25.12.2020-ci il tarixli 07 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 180.004 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - 25.12.2020-ci il tarixli 742 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 50.001,60 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - 21.01.2021-ci il tarixli OD2 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 120.003 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - 13.12.2020-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına avans olaraq 15.840 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - 25.12.2020-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına avans olaraq 9.000,29 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - 25.12.2020-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına avans olaraq 32.400,72 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - 21.01.2021-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına avans olaraq 21.600,54 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı MMC tərəfindən Cavabdehnə 21.02.2022-ci il tarixli pretenziya məktubu ünvanlanaraq Cavabdeh MMC-dən müqavilə üzrə öhdəliklərinin icra edilməsi xahiş edilmiş, əks təqdirdə öhdəliklərinin icra edilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında 01 dekabr 2020-ci il tarixli 297 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC müqaviləyə əsasən sifariş edilmiş mallara görə Cavabdehnə ƏDV daxil 516.850,15 manat (438.008,60 manat +78.841,55 manat ƏDV) məbləğində ödəniş etdiyi halda cavabdeh tərəfindən iddiaçıya elektron qaimələrə əsasən ƏDV daxil 503620,58 manat (426.797,1 manat +76.823,48 manat ƏDV) məbləğində mallar təqdim edilmişdir. Beləliklə, iddiaçı tərəfindən edilmiş ƏDV daxil 13.229,57 manat (11.211,50 manat +2018,07 manat ƏDV) məbləğində ödənişin müqabilində cavabdeh tərəfindən mallar təqdim edilməmişdir. Mülki Məcəllənin: 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.3-cü maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. 447.7-ci maddəsinə görə müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə alqı-satqı müqaviləsinə əsasən təqdim edilməli malların dəyəri olan ƏDV daxil 13.229,57 manat (11.211,50 manat +2018,07 manat ƏDV) məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə qabaqcadan ödənilsə də, həmin pulun müqabilində müvafiq malların iddiaçıya təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən malın dəyəri olaraq qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malikdir. İddiaçıya qaytarılmalı olan pul vəsaitinin məbləğinə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçı 17.700 manat məbləğində pulun (15000 manat + 2700 manat ƏDV) qaytarılmasını tələb edilsə də, işin yuxarıda göstərilən halları ilə cavabdeh tərəfindən müqabilində mal təqdim edilmədiyi qabaqcadan ödənişin 13.229,57 manat (11.211,50 manat +2018,07 manat ƏDV) təşkil etməsi müəyyən edilmişdir. Odur ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 11.211,50 manat məbləğində əsas məbləğ və 2018,07 manat ƏDV tutulmalıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 150 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 143,10 manat təşkil edir. Dövlət rüsumu haqqında” AR Qanununun: 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 160 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin MPM-in 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçının iddia verilərkən ödədiyi 150 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 11.211,5 manat (on bir min iki yüz on bir manat əlli qəpik) məbləğində əsas borc, 2018,07 manat (iki min on səkkiz manat yeddi qəpik) məbləğində ƏDV, cəmi 13.229,57 manat (on üç min iki yüz iyirmi doqquz manat əlli yüddi qəpik) məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 160 (yüz altmış) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödəbilmiş 150 (yüz əlli) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1689/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1689/2022
19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver