Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1694/2023 07.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29.234 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alınaraq İddiaçın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən fiziki şəxs Cavabdeh 2019-cu il tarixdə 116.915,09 dollar dəyərində gübrə və kənd təsərrüfatında istifadə edilən dərman satılmışdır. 2021-ci il tarixinə qədər Cavabdeh tərəfindən ödənilməmiş 35.435,29 dollar borc qalıq qalmışdır. Cavabdehin borcunun qısa zamanda qaytarılmasına görə güzəşt edilmiş və tərəflər arasında 07 dekabr 2021-ci il tarixdə borcun təsdiqi və ödənişin həyata keçirilməsi barədə qarşılıqlı razılaşma haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə görə Cavabdeh tərəfindən İddiaçınə 15 yanvar 2022-ci il tarixdən başlayaraq altı ay ərzində ümumilikdə 29.234 dollar ödəməyi öhdəsinə götürmüşdür. İddiaçın cavabdeh X1 etdiyi güzəştə baxmayaraq yenə ödəniş etməmişdir. Bununla bağlı cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehya müqavilə üzrə öhdəliklərini könüllü qaydada icra etmələri barədə bildiriş (pretenziya) göndərsələr də, bu günədək bildirişə də hər hansı münasibət bildirilməmişdir. Cavabdeh və onun vəkili Vəkil2 iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və müddətin ötürülməsi səbəbindən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddia müddətinin tətbiqinə dair ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC məhkəməyə təqdim etdiyi iddia tələbində tərəflər arasında 2019-cu il tarixdə 116.915,09 ABŞ dolları dəyərində (ödəniləcək günə 1 ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq) kənd təsərrüfatı mallarının alqı-satqısının həyata keçirildiyini, qeyd edilən alqı-satqı əməliyyatının 1 illik dövrü-yəni xx.xx.2018-xx.xx.2019-cu illəri əhatə etdiyini, bununla bağlı tərəflər arasında bağlanılan “Borcun təsdiqi və onun ödənişinin həyata keçririlməsi barədə tərəflər arasında razılaşma haqqında” xx.xx.2021-ci il tarixli 03 saylı müqavilə bağlandığını, həmin müqaviləyə 1 saylı əlavə edildiyini, bundan başqa borcun real vəziyyəti barədə xx.xx.2022-ci il tarixli “Üzləşmə aktı” və "xxxx" edildiyini, hazırda isə Cavabdeh MMC-yə yuxarıda qeyd edilən müqavilə üzrə 29.234 ABŞ dolları (ödəniləcək günə 1 ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq) öhdəliyinin oduğunu nəzərə alaraq, qeyd edilən məbləğin ondan MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul ediməsini xahiş etmişdir. Qeyd edildiyi kimi iddiaçı ilə cavabdeh arasında müqavilə (şifahi alqı-satqı müqaviləsi) 2018-2019-cu il tarix aralığına aiddir və iddiaçı həmin müqavilə üzrə qeyd edilən aralıqlarda ödənişləri həyata keçirməmiş, yalnız xx.xx.2022-ci il tarixdən başlayaraq öhdəliklərini icra etməyə başlamışdır. İddiaçı cavabdeh tərəfindən iki il ərzində ödənişin aparılmadığını artıq hüququnun pozulduğunu bilirdi və bilməli idi. Artıq bu fakt da onu deməyə əsas verir ki, hazırki iş üzrə iddiaçı öz hüquqlarının pozulması ilə bağlı özünün də iddia tələbində qeyd etdiyi kimi müqavilədən irəli gələn iddia müddətinə əsasən alqı-satqının son tarixi – 3 il ərzində, xx.xx.2022-ci il tarixədək məhkəməyə müraciət etməli idi. Lakin iş materiallarından da məhkəməyə məlum olduğu kimi iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bu da iddiaçı tərəfindən iddia müddətinin kobud şəkildə pozulmasını söyləməyə əsas verir. Hesab edirlər ki, iddia tələbi həm əsassız olduğundan, həm də iddia müddəti ötürələrək verildiyindən rədd olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Vəkil1 həmçinin izahatında bildirmişdir ki, sənədlərdən də görünür ki, cavabdeh malı təhvil alıb və borcunu etiraf edib. Sonradan cavabdeh malı kiməsə satıb, bunun isə onlara aidiyyəti yoxdur Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun vəkili Vəkil2 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Vəkil2 həmçinin izahatında qeyd etmişdir ki, borcun etirafı barədə müqavilə və üzləşmə aktı öhdəliyin yaranmasını təsdiq edən ilkin sənədlər deyillər. Elə bir təsəvvür yaranır ki, iddiaçı ilə başqa şəxsin arasında alqı-satqı müqaviləsi olub, sonradan cavabdeh üçüncü şəxsin öhdəliyini üzərinə götürüb. Əgər mallar cavabdehə təhvil verilmişdirsə bu barədə akt və ya qaimə təqdim edilməli idi. Onlar hər hansı mal təhvil almamışlar. Borcun etiraf edilməsi malların təhvil verilməsinə dəlalət etmir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı MMC ilə Cavabdeh arasında 07 dekabr 2021-ci il tarixli 03 nömrəli borcun təsdiqi və onun ödənişinin həyata keçirilməsi barədə tərəflər arasında qarşılıqlı razılaşma haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən müqavilənin bağlanmasının səbəbi kimi tərəflər anlaşdılar ki, borclu Cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək İddiaçı MMC-dən 116.150,07 dollar dəyərində gübrə və dərman preparatları almış və həmin borcun 86.915,96 dollarını ödəmiş, lakin 29.234,11 dollar ödənilməyən debitor borc kimi qalıq qalmışdır. 2-ci bəndinə əsasən müqavilənin tələblərinə əsasən borclu Nizami Kərimzadə həqiqətən də İddiaçı MMC-yə 29.234,11 dollar borcunun debitor borc kimi qalıq qaldığını etiraf və təsdiq edərək öz üzərinə öhdəlik götürməklə, bu öhdəliyin pozulacağı təqdirdə qanuni məsuliyyət daşıması barədə xəbərdar olunur. 3-cü bəndinə əsasən bu müqavilənin şərtlərinə əsasən borclu Cavabdeh İddiaçı MMC-yə olan borcun ödənilməsi üçün müqaviləyə əlavə edilən “borcun ödəmə cədvəli” (1 saylı Əlavə) təqdim olunmaqla, tərəflər arasında qarşılıqlı razılaşma əldə olunur. 4-cü bəndinə əsasən razılaşma müqaviləsinə əsasən borclu tərəf borcun ödənilməsi üçün ona təqdim olunan cədvəl üzrə öz vəzifələrini vaxtında və layiqincə yerinə yetirilmədiyi halda qarşı tərəf 2 ay müddətində aidiyyatı orqanlara müraciət etmək hüququnu özndə saxlayır. 5-ci bəndinə əsasən bu müqavilə üzrə borclu tərəf İddiaçı MMC-yə olan borcunu nağd və ya köçürmə yolu ilə həyata keçirməlidir. Müqavilə hər iki tərəfin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanan 07 dekabr 2021-ci il tarixli 03 nömrəli müqavilənin 1 saylı əlavəsinə əsasən borclu Cavabdeh İddiaçı MMC-yə olan 29.234,11 dollar borc məbləğini aşağıda qeyd olunan müddətlərədək hissələrlə ödənilməsini təsdiq edir: - xx.xx.2022-ci il - 2000 dollar (3400 manat ekvivalenti ilə); - xx.xx.2022-ci il - 1000 dollar (1700 manat ekvivalenti ilə); - xx.xx.2022-ci il - 4000 dollar (6800 manat ekvivalenti ilə); - xx.xx.2022-ci il - 7411 dollar (12600 manat ekvivalenti ilə); - xx.xx.2022-ci il - 7411 dollar (12600 manat ekvivalenti ilə); - xx.xx.2022-ci il - 7411 dollar (12600 manat ekvivalenti ilə); Əlavə 1 hər iki tərəfin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında aparılmış xx.xx.2022-ci il tarixli üzləşmə aktından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında sahibkar Cavabdeh 35.435,29 ABŞ dolları (manat ekvivalenti ilə) dəyərində malı İddiaçı MMC-nin nümayəndəsindən qəbul etmiş və dəyərini hal-hazırki tarixədək ödəməmişdir. İddiaçı MMC ilə müştəri arasındakı mal qalığının məbləği xx.xx.2022-ci il tarixinə 35.435,29 ABŞ dolları təşkil edir. Həmin məbləğin akta 1 saylı əlavədə göstərilən müddətlərdə hissələrlə ödəniləcəyini təsdiq edir. Üzləşmə aktı iki tərəfin imzası ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli üzləşmə aktına əlavəyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında sahibkar Cavabdeh 35.435,29 ABŞ dolları (manat ekvivalenti ilə) borc məbləğini aşağıda qeyd olunan müddətlərədək hissələrlə ödənilməsini təsdiq edir: - xx.xx.2022-ci il - 35.435,29 ABŞ dolları (manat ekvivalenti ilə) Üzləşmə aktına əlavə iki tərəfin imzası ilə təsdiq edilmişdir İddiaçı MMC tərəfindən Cavabdeh pretenziya məktubu ünvanlayaraq borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında borcun təsdiqi və onun ödənişinin həyata keçirilməsi barədə tərəflər arasında qarşılıqlı razılaşma haqqında 07 dekabr 2021-ci il tarixli 03 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək İddiaçı MMC-dən 116.150,07 dollar dəyərində gübrə və dərman preparatları aldığını və həmin borcun 86.915,96 dollarını ödəmiş, lakin 29.234,11 dollar ödənilməyən debitor borc kimi qalıq qaldığını təsdiq etmiş və həmin borcu hissələrə bölünməklə xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Hazırda İddiaçı MMC həmin borcun Cavabdeh tutulmasını tələb edir. Cavabdeh borcun yaranması üçün əsas olmuş alqı-satqı müqaviləsinin onunla deyil, başqa şəxslə bağlanıldığını, gübrə və dərman preparatllarının həmin şəxs tərəfindən alındığını, onun isə sadəcə üçüncü şəxsin öhdəliklərini üzərinə götürdüyünü, eləcə də iddia müddətinin də buraxıldığını əsas göstərərək iddianın rədd edilməsini xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin: 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. 882.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.5-ci maddəsinə görə əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi borcun etirafı barədə mücərrəd müqavilə borclunun borcun yaranması üçün əsas olmuş başlıca əqddən ayrılmış şəkildə, həmin əqdin məqsədindən asılı olmayaraq (mücərrəd şəkildə) borcun etiraf edilməsinə dair bağladığı əqddir. Həmin müqavilə əsasında borclunun müqavilədə etiraf edilmiş borcu ödəmək barədə mücərrəd öhdəliyi (yaranma əsasından ayrılmış) yaranır. Bu baxımdan mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn etiraz irəli sürülməsi istisna olunur. Odur ki, borcun etirafı barədə müqaviləyə əsaslanan öhdəlik başlıca əqd üzrə borcun yaranması əsaslarından asılı olmayaraq mövcud olduğundan hazırkı iddianın əsaslı hesab edilməsi üçün iddiaçı tərəfindən borcun yaranması üçün əsas olmuş alqı-satqı müqaviləsinin, eləcə də həmin müqavilə əsasında malların təqdim edilməsi faktını təsdiq edən sübutların təqdim edilməli olması barədə cavabdehin Cavabdeh dəlilləri əsassızdır. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, Cavabdeh mübahisəli borcun ilkin olaraq iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəldiyini, sonradan öhdəliyin ona verildiyini, yəni faktiki olaraq bağlanmış müqavilənin öhdəliyinin verilməsi barədə müqavilə olduğunu iddia etsə də, göstərilən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, məhkəmə Cavabdeh borcun etirafı barədə müqaviləyə əsasən İddiaçı MMCyə 29.234,11 ABŞ dolları məbləğində borcunun olmasını etiraf etdiyini və həmin borcu ödəmək öhdəliyinin icra edilməsini öhdəsinə götürdüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, borcun etirafı barədə müqavilə üzrə 29.234,11 ABŞ dolları məbləğində borcun Cavabdeh tələb edilməsinə dair İddiaçı MMC-nin iddiası əsaslıdır. İddia müddətinin tətbiqi barədə cavabdehin verdiyi ərizəyə münasibətdə isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2, 377.3-cü, 375.2ci, 378, 379.1.6, 379.4-1 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Yuxarıda da qeyd olunduğu kimi borcun etirafı barədə mücərrəd müqaviləyə əsasən başlıca əqddən təcrid edilmiş yeni öhdəlik yarandığından hazırkı halda iddia müddətinin axımı həmin müqavilə üzrə öhdəliyin icra müddətinin bitdiyi tarixdən sonrakı gündən xx.xx.2022-ci il tarixdən başlamalıdır. Belə olan halda isə iddiaçının hazırkı iddianı xx.xx.2023-cü il tarixdə qaldırmaqla Mülki Məcəllədə müqavilə tələbləri üçün müəyyən edilmiş üç illik iddia müddətini buraxmaması açıq-aşkardır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri və 40 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 240 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri də məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 100 manat, dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 29.234 ABŞ dolları məbləğində borc ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla, mediasiya xərclərinin əvəzi olaraq 200 manat və dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1694/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1694/2023
07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver