Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1695/2023 06.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1, ilkin iddia üzrə cavabdeh, qarşılqlı iddia üzrə iddiaçının nümayəndəsi X1 iştirakı ilə, ilkin iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 443, 445, 448-ci maddələrini rəhbər tutmaqla öhdəliklərini icra etməkdən boyun qaçıran Cavabdeh MMC-dən (VÖEN **********) ona göstərilən daşıma xidmətləri üzrə- Karabük-Bakı (daşıma haqqı: 2500 USD/ ABŞ Dolları), İzmir Bakı (daşıma haqqı-3000 USD/ ABŞ Dolları) və Karabük-Bakı (daşıma haqqı -2500 USD/ABŞ Dolları), ümumilikdə daşıma haqqının əvəzi olan- 8000 USD (səkkiz min ABŞ dolları) tutularaq İddiaçı Hasan oğluna ödənilməsini, ödənilmiş mediasiya xərcinin 210 AZN (iki yüz on manat) pulun əvəzinin Cavabdeh MMCdən tutularaq İddiaçı Hasan oğluna ödənilməsini, AR Mülki Məcəllənin 449.1-ci maddəsini rəhbər tutmaqla Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq 7 (yeddi) ay ərzində borc məbləğinin ödənilməməsinə görə faiz borcunun əvəzi olan 360 AZN (üç yüz altmış manat) 08 (səkkiz) qəpik Cavabdeh MMC-dən tutularaq İddiaçı Hasan oğluna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi ilə müraciət etmiş, ilkin iddia üzrə İddiaçı iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı əsas borc olaraq 10200 manat (6000 ABŞ dolları), faiz borcu olaraq 377 manat, dövlət rüsumu olaraq ödənilən 122 manat, cəmi 10699 manat (6293 ABŞ dolları) məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC öz öhdəliklərini yerinə yetirmədiyi üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı Bakı Kommersiya Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Aralarındakı razılaşmaya əsasən Türkiyə Respublikası ərazisindən idxal edilən malların çatdırılması İddiaçı həvalə olunmuşdur. İddiaçı fərdi sahibkar kimi beynəlxalq daşımaları həyata keçirir. Türkiyə, Rize, Ardeşen Vergi dairəsində № VKN (X5) ********** saylı nömrə ilə rəsmi sahibkar kimi (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) qeydiyyata alınmışdır. Karabük-Bakı (daşıma xərci (dəyəri): 2500 USD), İzmir-Bakı (daşıma xərci-3000 USD) və Karabük-Bakı (daşıma xərci (dəyəri) - 2500 USD) xətti üzrə daşıma xərcləri (dəyəri) ümumilikdə 8000 USD (səkkiz min ABŞ dolları) təşkil edir. Ödəmələrin həyata keçirilməsi məqsədi ilə iddiaçı tərəfindən xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci tarixli elektron fakturalar (elektron qaimələr) cavabdehə təqdim edilmiş olsa da indiyədək yaranmış borc məbləği ödənilməmiş qalır. Borcun mövcudluğu iş materiallarına əlavə olunan e-qaimə, CMR, yük daşıma və gömrük sənədləri ilə təsdiq olunur. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, borcun ödənilməsi istiqamətində cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Cavabdeh qarşılıqlı razılıq üzrə yaranan borcu ödəməkdən boyun qaçırır və öhdəliyinin icrasından birtərəfli qaydada imtina edir. Belə ki, İddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək vaxtında və lazımi qaydada daşıma xidmətlərini cavabdehə göstərmişdir. Lakin Cavabdeh MMC öhdəliklərini icra etməkdən imtina edir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan razılaşmaya əsasən fərdi sahibkar İddiaçı Cavabdeh MMC-yə məxsus yükləri Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımışdır. Tərəflərin razılaşmasına əsasən daşımaların bir hissəsi rəsmi müqavilə əsasında həyata keçirilmişdir. Müqavilə müddəti başa çatdıqdan sonra tərəflərin arasında olan şifahi razılaşmaya əsasən daşımalar həyata keçirilmişdir. Daşıma xərcləri İddiaçı nümayəndələrinə nağd qaydada ödənmişdir. İddiaçı xahişinə əsasən Cavabdeh MMC xx.xx.2022-ci il tarixində gələcəkdə daşınması nəzərdə tutulan yüklərə görə İddiaçı 23.800 manat (14000 ABŞ dolları) məbləğində tərəflərin təsdiq etdiyi qəbz əsasında avans ödənişi etmişdir. Avans ödəniş ödəndikdən sonra İddiaçı Cavabdeh MMC-nin üç sifarişi üzrə üç daşımanı həyata keçirmişdir. Üç daşıma üzrə daşıma xərci cəmi 8000 ABŞ dolları təşkil edir. Daha sonra İddiaçı Cavabdeh MMC sifarişlərini yerinə yetirməkdən imtina etmişdir. Cavabdeh MMC ödədiyi avansın bir hissəsini işləri yerinə yetirmədiyinə görə İddiaçı geri tələb etmişdir. İddiaçı ödənişi qaytarmaqdan imtina etmişdir. Daha sonra ödənişi geri qaytarmamaq üçün əsassız iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı qaldırdığı iddia əsassızdır və Cavabdeh MMC tərəfindən ona ödənilmiş məbləğdən 3 daşıma üzrə 8000 ABŞ dolları məbləğ çıxılaraq geri qalan 6000 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh MMC-yə geri qaytarılmalıdır. Bu səbəbdən də hazırki qarşılıqılı iddia ərizəsi üzrə Cavabdeh MMC İddiaçı ödədiyi avans ödənişdən qalan 10200 manat (6000 ABŞ doları) pul vəsaitini geri ödənməsini tələb edir. Mülki Məcəllənin 449-cu maddəsinə əsasən Cavabdeh MMC tərəfindən ödənilən məbləğdən Mərkəzi bankın faiz uçot dərəcəsinə uyğun olaraq 10200 manat pul vəsaitinə görə 377 manat faiz borcu tələb edilir. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin edilməsini məhkəmədən xahiş etmiş, eyni zamanda qarşılıqlı iddia ərizəsinə etirazında qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsində qeyd olunmuşdur ki, guya İddiaçı xahişinə əsasən, (bu xahişi necə sübut edə bilərlər? Belə bir yazışma və ya telefon zəngi olmuşdurmu ?) Cavabdeh MMC xx.xx.2022-ci il tarixində gələcəkdə daşınması nəzərdə tutulan yüklərə görə İddiaçı 23800 manat (14000 ABŞ dolları) məbləğində tərəflərin təsdiq etdiyi qəbz əsasında avans ödənişi etmişdir. Bu tamamilə yalandır. Cavabdeh iddiaçıya olan 8000 (səkkiz min) dollar borcunu ödəməkdən yayınmaq məqsədilə saxta müqavilə tərtib etmişdir. Cavabdeh qeyd edir ki, guya avans üçün qəbzi tərəflər təsdiq etmişdir. Lakin həmin qəbzi yalnız cavabdeh təsdiq etmiş, həmin müqavilədə iddiaçının imzası mövcud deyil. Həmin qəbzdə iddiaçının iradə ifadəsi öz əskini tapmamışdır. Üstəlik tərtib etdiyi saxta müqaviləni də səhv tərtib etmişdir. Birincisi müqavilədəki imza İddiaçı məxsus deyil. Nəinki İddiaçı, hazırki işə heç bir aidiyyəti olmayan Murat Navdara belə məxsus deyil. Möhür Cavabdeh MMC-yə məxsus binada qalmışdır. Cavabdeh möhürün onlarda qaldığından istifadə edərək saxta müqavilə tərtib etmişdir. Bu günə kimi də iddiaçının möhürünü onun özünə geri qaytarmamışdır. Müqavilənin saxta olduğunu göstərən məsələlərdən biri də Murat Navdarın qarşısında İddiaçı şəxsiyyət vəsiqəsinin seriya nömrəsinin (TC kimlik numarası) yazılmasıdır. Murat Navdarın hazırki işə heç bir adiyyatı yoxdur. Cavabdeh iddiaçıya heç bir avans ödəməmiş, eyni zamanda 8000 ABŞ dolları borcunu indiyədək ona ödəməmişdir. Bundan başqa cavabdeh Fərhad Quliyev məhkəmədən öncə söhbət əsnasında bildirmişdir ki, dəfələrlə Murat Navdarın evində olmuş, onunla duz-çörək kəsmişdir. Habelə qeyd etmişdir ki, Murat Navdar ondan dəfələrlə borc pul istəmişdir. Murat Navdar İddiaçı qardaşı oğludur. Aralarında nə olub, nə bitibsə onun işlə heç bir aidiyyəti yoxdur. X6 Quliyev arasında olan şəxsi münasibətlərin İddiaçı heç bir aidiyyəti yoxdur və bu günədək İddiaçı olan borc məbləği Cavabdeh MMC tərəfindən ödənilməmiş olaraq qalır. Cavabdeh hər yolla və hər cür vasitəyə əl ataraq iddiaçıya olan borcunu ödəməkdən yayınır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X3 məhkəməyə izahatlarında qeyd etmişdir ki, Rusiya-Ukrayna müharibəsi, pandemiya dövründən sonra daşınmalarda olan problemə görə öncədən daşımanı həyata keçirən Murat Navdara onun sifarişlərini gözlətmədən yola salması üçün avans ödənişi edilib. Təqdim edilən qəbzi özləri tərtib etmiş və tərəfə göndərmiş, onlar qəbul edib təsdiqləyiblər. Tərəflərin hər birində müvafiq olaraq bir nüsxəsi var. Qarşı tərəfin təqdim etdikləri aktlarda, elektron fakturalarda möhürləri yoxdur. Məhkəməyə xx.xx.2022-ci il tarixində gələcəkdə daşınması nəzərdə tutulan yüklərə görə İddiaçı 14000 ABŞ dolları məbləğində tərəflərin təsdiq etdiyi qəbz əsasında avans ödənişinin olduğu sənəd təqdim edilmişdir. İddiaçının tələb etdiyi daşımalar xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 tarixli eqaimələr əsasındadır. Daşımaların olduğunu qəbul edirlər. Bununla belə qarşı tərəfə öncədən əlavə pul ödənilmiş və daşımaların pulu həmin məbləğdən çıxılmışdır. Qəbzdən göründüyü kimi 14000 dollardan nəzərdə tutmuşdur ki, həmin ödənilən məbləğdən hər daşıma üzrə məbləğ çıxarılacaq. İlkin iddia üzrə iddiaçının nümayəndəsi Murad Navdarla olan yazışmanı İddiaçı adı altında və dəyişikliklər, silinmələr edərək məhkəməyə təqdim edib. Məhkəmədə tərəflər arasında avans ödənişi ilə telefona baxış keçirərkən göründü ki həmin yazışmalarda avans olan hissələr silinmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X3 ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclaslarında qeyd etmişdir ki, ilkin iddia üzrə iddiaçı Necati Navadarın vəkili və nümayəndəsi Nümayəndə1 xx.xx.2023-cü il tarixində İddiaçı ilə Fərhad Quliyev arasında olan “vatsap” yazışmasını sübut qismində məhkəməyə təqdim etmişdir. Təqdim edilmiş ərizə qeyd edilir ki, guya həmin yazını Fərhad Quluyev sildiyi üçün məhkəməyə təqdim edə bilməmişdir. Məhkəməyə sübut qismində təqdim edilmiş yazışma İddiaçı aid deyil. Həmin yazışma Murat Navdar ilə Fərhad Quliyev arasında olmuşdur. Burdan görünür ki, iddiaçı tərəf yalan sübut təqdim etməklə məhkəməni inandırmaq və özlərinin də qeyd etdiyi kimi məhkəməyə saxta sübut təqdim etməklə daxili inam yaratmağa çalışırlar. Çox maraqlıdır ki, sübut təqdim edilərkən yazışma edilən İddiaçı aid telefon nömrəsi nəyə görə məhkməyə həmin yazışmanın içərisində təqdim edilməyib? Həmin yazışmanı Murat Navdar bir tərəfli qaydada sildiyinə görə məhkəməyə təqdim edilməmişdir. Çünki, yazışmaya diqqət yetiriləndə görünür ki, X7 Quliyevin yazışmalarını və eyni zamanda özlərinin avans ödənişlə bağlı yazılarını silib. Bundan başqa Fərhad Quliyev və Murat Navdar arasında olan yazışmalarda açıq aydın görünür ki, Murat Navadar xx.xx.2022-ci il tarixində yazısında qeyd edir ki, “bana verdiyin kabaktaki varya sen bu şekilde yapdığın için önceki yatmalara sayacağım, ben onu 50 gün sende yatmam var tam 50 gün, böylə yaptığın için ben bunu sana söyleyeceyim”. Yəni, X7 Quliyevin artıq onlarla işləməməsinin əvəzini çıxmaq məqsədi ilə avans olaraq aldığı pulu yatmalara (gözlənən günlərə görə) sildiyini qeyd edir. Digər yazısında qeyd edir ki, “ben senden para koparmıyorum yattıklarımı alıyorum”. Burdan da görünür ki, Murta Navdar israrla qeyd edir ki, yattıklarına görə pul tələb edir. Sadəcə olaraq onu əsaslandıra bilmədiyi üçün iddianın adını daşıma xidmətinə görə olan borc kimi qeyd edir. Digər yazışmasında qeyd edir ki, “ya kardeşim ben sana diyorum ki, sen anlamak istemiyorsun her halde, yatdıklarina sayacaksin yattıklarina sayacaksin”. X8 verilən avans ödənişi “yattıklarına sayacaqsın” deyir. Halbu ki, onlarla razılaşmada gözləmə gününə görə ödənəcək heç bir məbləğ yoxdur. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə işdə olan sənədləri tədqiq edib, tərəflərin izahatlarını dinləyib,toplanmış sübutların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, ilkin iddia rədd, qarşılıqlı iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Cavabdeh MMC və “İddiaçı Uluslarası Taşımacılık” arasında imzalanmış xx.xx.2021 tarixli AS-NV2031 nömrəli nəqliyyat və broker xidmətləri haqqında müqaviləyə əsasən icraçı, sifarişçinin sifarişləri əsasında X2 (bundan sonra “Razılaşma Protokolları” adlanacaq) müvafiq olaraq yüklərin (bundan sonra “Yük” və ya “Mallar” adlanacaq) daşınmasını təşkil etməyi (bundan sonra “Xidmətlər” adlanacaq), sifarişçi isə göstərilmiş xidmətləri qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (bundan sonra “xidmət haqqı” adlandırılacaq) icraçıya ödəməyi öhdəsinə götürür. xx.xx.2022 tarixli **********7525 nömrəli qısa idxal bəyannaməsində ümumi invoys dəyəri 10.140 olan, xx.xx.2022 tarixli **********7513 nömrəli qısa idxal bəyannaməsində ümumi invoys dəyəri 14.100 olan, xx.xx.2022 tarixli **********7546 nömrəli qısa idxal bəyannaməsində ümumi invoys dəyəri 9.887,4 olan müxtəlif malların Cavabdeh MMC tərəfindən qəbul ediləcəyi qeyd edilmişdir. xx.xx.2022 tarixli elektron fakturaya əsasən 2.500 ABŞ dolları, xx.xx.2022 tarixli elektron fakturaya əsasən 3.000 ABŞ dolları, xx.xx.2022 tarixli elektron fakturaya əsasən 2.500 ABŞ dolları dəyərində görülmüş işlərlə bağlı Cavabdeh MMC tərəfindən ödənilməsi üçün İddiaçı tərəfindən təsdiq edilmişdir. xx.xx.2021 tarixli elektron fakturada 1.615 ABŞ dolları, xx.xx.2021 tarixli elektron fakturada 2.400 ABŞ dolları, xx.xx.2021 tarixli elektron fakturada 2.400 ABŞ dolları, xx.xx.2021 tarixli elektron fakturada 2.200 ABŞ dolları, xx.xx.2021 tarixli elektron fakturada 2.400 ABŞ dolları, xx.xx.2021 tarixli elektron fakturada 2.400 ABŞ dolları, xx.xx.2021 tarixli elektron fakturada 2.400 ABŞ dolları dəyərində görülmüş işlərlə bağlı Cavabdeh MMC tərəfindən ödənilməsi üçün İddiaçı tərəfindən təsdiq edilmişdir. xx.xx.2021 tarixli 4 nömrəli xidmətlərin göstərilməsi aktında 2.400 ABŞ dolları, xx.xx.2021 tarixli 5 nömrəli xidmətlərin göstərilməsi aktında 2.400 ABŞ dolları, xx.xx.2021 tarixli 6 nömrəli xidmətlərin göstərilməsi aktında 2.400 ABŞ dolları, xx.xx.2021 tarixli 7 nömrəli xidmətlərin göstərilməsi aktında 2.400 ABŞ dolları, xx.xx.2021 tarixli 7 nömrəli xidmətlərin göstərilməsi aktında 1.615 ABŞ dolları, xx.xx.2021 tarixli 8 nömrəli xidmətlərin göstərilməsi aktında 2.400 ABŞ dolları, xx.xx.2021 tarixli 9 nömrəli xidmətlərin göstərilməsi aktında 2.400 ABŞ dolları, xx.xx.2021 tarixli 4 nömrəli xidmətlərin göstərilməsi aktında 2.400 ABŞ dolları məbləğində xidmət haqqı tərəflər arasında razıalşdırılmışdır. Aktlar “İddiaçı Uluslarası Taşımacılık” və Cavabdeh MMC tərəfindən təsdiq edilmişdir. 11 may 2022 tarixli avans ödənişi üçün qəbzdə X3 (Cavabdeh MMC adından), Murat Navdar (“İddiaçı Uluslararası Taşımacılık” şirkəti adından) təsdiq etmişdir ki, “İddiaçı Uluslararası Taşımacılık” şirkəti tərəfindən Cavabdeh MMC-yə göstərilən nəqliyyatlogistika xidməti üçün 11 may 2022-ci il tarixdə avans olaraq 23.8000 manat ödənmişdir. Qəbz hər iki tərəfin- (Cavabdeh MMC və “İddiaçı Uluslararası Taşımacılık” şirkəti) möhürü ilə təsdiq edilmişdir. İV. İşin müəyyən edilən halı Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında yük danşınma müqaviləsi imzalanmışdır. Daha sonra tərəflər arasında imzalanmış müqavilənin müddəti bitmiş, lakin müqavilə əsasında yaranmış münasibətlər qarşılıqlı şifahi razılıq əsasında davam etmişdir. İlkin iddiaçı tərəfindən 8.000 ABŞ dolları məbləğində daşıma xidmətinin həyata keçirilməsi işin mübahisəsiz halıdır. İşin mübahisəli halı ondan ibarət olmuşdur ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı razılaşma əsasında daşımaların olduğunu qəbul etmiş, bunula belə qarşı tərəfə əvvəlcədən 14.000 ABŞ dolları məbləğində öncədən ödənişin olduğunu və daşımalarla bağlı xidmətlərin qarşılığının həmin məbləğdən çıxıldığını qeyd etmişdir. İlkin iddia üzrə iddiaçı tərəf isə qarşı tərəfin 8.000 ABŞ dolları məbləğində borcunu ödəməkdən yayınması məqsədilə saxta müqavilənin tərtib edildiyini, avans ödənişi barədə qəbzdə iddiaçının iradə ifadəsinin əks edilmədiyini qeyd etmiş, etirazını onunla əsaslandırmışdır ki, göstərilən imza iddiaçıya məxsus deyil və hazırki iş üzrə aidiyyəti olmayan Murat Navdarın adı qeyd edilmiş, eyni zamanda müqavilədə təsdiq edilən möhür ilkin iddia üzrə Cavabdeh MMC-nin özündə olmuşdur. V. Tətbiq edilən hüquq: Azərbayacan Respublikası Mülki Məcəlləsinin 21.1 maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1 maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, əvvəlcə ilkin iddia tələbinə münasibət bildirilməlidir. İlkin iddia üzrə iddiaçı öz iddiasının əsası olaraq məhkəməyə elektron fakturaları təqdim etmişdir. Həmin elektron fakturalardan üç daşıma xidmətləri üzrə ümumilikdə 8.000 ABŞ dolları məbləğində xidmətin göstərildiyi məlum olur. Həmçinin məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh tərəf də göstərilən bu xidmətləri mübahisələndirməmişdir. Bununla belə tərtib edilmiş qaimə fakturalardan daha əvvəlki tarixdə avans ödənişi qəbzi məhkəməyə təqdim edilmişdir ki, həmin qəbz üzrə ilkin iddia üzrə iddiaçıya ödəniləmiş avans məbləği 8.000 ABŞ dollarından daha çoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə öz təsdiqini tapmadığından təmin edilə bilməz. Belə ki, tərəflər öz aralarında olan razılaşmaya uğun olaraq avans ödənişi etmiş və daha sonra yükdaşıma xidmətləri göstərilmişdir. Eyni zamanda ilkin iddia tələbi üzrə iddiaçı Mülki Məcəllənin 449.1 maddəsinə uyğun olaraq olan 360 manat faiz borcunun tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, ilkin iddia tələbi üzrə cavabdehin iddiaçıya hər-hansı borcunun olması öz təsdiqini tapmamışdır. Belə olan halda isə ilkin iddia tələbi üzrə cavabdehdən hər-hansı faiz borcunun tələbi edilməsi əsaslı hesab edilə bilməz və iddia tələbi rədd edilməlidir. Digər tərəfdən qarşılıqlı iddia tələbi üzrə iddiaçı da cavabdehdən 10.200 manat əsas borcun tutulmasını tələb etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı da özünün iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında avans ödənişin edilməsi ilə bağlı razılaşma olmuş, həmin razılıq əsasında 23.800 manat qarşı tərəfə ödənilmiş, yükdaşıma xidmətinin əvəzi həmin məbləğdən çıxılmışdır. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbi əsaslıdır. Belə ki, avans ödənişin olmasında tərəflərin niyyəti yükdaşıma xidmətlərinin göstərilməsi qarşılığının həmin məbləğdən çıxılmasıdır. Hazırda isə tərəflər arasında hərhansı xidmətlərin göstərilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, tərəflər arasında avans ödənişi qəbzinin tərtib edilməsindən sonra 3 yükdaşıma xidməti göstərilmişdir ki, həmin xidmətlərin ümumi dəyəri 8.000 ABŞ dolları təşkil edir. Qeyd edilən məbləğ qarşı tərəfə ödənilmiş ümumi avans məbləğindən çıxıldığı zaman qarşılıqlı iddia üzrə cavabdehin 10.200 manat borcunun olması öz təsdiqini tapır. Belə olan halda isə məhkəmə hesab edir ki, 10.200 manat İddiaçı Cavabdeh MMC-nin xeyrinə tutulmalıdır. İlkin iddia üzrə iddiaçı tərəf qarşı tərəfin vermiş olduğu avans ödənişi qəbzini mübahisələndirmiş, həmin qəbzdə Murat Navdarın adının qeyd edildiyini, imzanın İddiaçı məxsus olmamasını bildirmiş eyni zamanda qəbzdə qeyd edilən möhürün onların özündə yox Cavabdeh MMC-də olduğunu bildirmişdir. Məhkəmə ilkin iddia üzrə iddiaçının etirazına münasibətdə qeyd edir ki, məhkəməyə sübut qismində təqdim edilmiş sənədlərin sübut əhəmiyyətli hesab edilməsi üçün həmin sənədlərin necə təsdiq edilməsi əhəmiyyət təşkil edir. Məhkəməyə təqdim edilmiş avans məbləği qəbzində isə nəzərə alınmalı hal ondan ibarətdir ki, sənəddə hər iki tərəfin möhürü göstərilmişdir. Bu baxımdan qəbzdə imzanın həmin şəxsə məxsus olmaması ikinci dərəcəli əhəmiyyət kəsb edir. Məhkəmə sübutları qiymətləndirərkən tərəflərin fərziyyələrini yox, konkret faktları nəzərə alır. Bu baxımdan etirazda qeyd edildiyi kimi İddiaçı məxsus möhürün Cavabdeh MMC-də olması həmin qəbzin etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. Məlumdur ki, hüquqi və fiziki şəxslərin özünə məxsus möhürlərinin olması işgüzar münasibətlər zamanı müxtəlif sənədlərin həqiqiliyinin təsdiqi kimi istifadə olunur. Bu baxımdan İddiaçı məxsus möhürün Cavabdeh MMC-də olmasının heç bir əsası yoxdur və eyni zamanda ilkin iddia tələbi üzrə iddiaçı da möhürün həmin müəssisədə olmasını təsdiq edən hər-hansı halı məhkəmədə sübuta yetirə bilməmişdir. Bu baxımdan məkəmə hesab edir ki, qarşılıqlı iddia tələbinə olan etiraz əsassızıdır. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Mülki Məcəllənin 449-cu maddəsinə uyğun olaraq 377 manat faiz borcunun da cavabdehdən tutulmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009 tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Qarşılıqlı iddia tələbi üzrə cavabdehin həmin pul məbləğindən hər-hansısa şəkildə istifadə etməsi və həmin məbləğdən gəlir qazanması öz təsdiqini tapmır. Belə olan halda isə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Vİİ. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 210 manat mediasiya xərci iddia tələbi rədd edildiyindən iddiaçının özünə aid edilməlidir. Qarşıqlı iddia tələbi əsaslı olduğundan qarşıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 122 manat dövlət rüsumu İddiaçı tutulmalıdır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 10.200 (on min iki yüz) manat əsas borc, 122 manat dövlət rüsumu Cavabdeh xeyrinə tutulsun. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1695/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1695/2023
06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver