Məhkəmə qərarları › İş №e-2-2(113)-1706/2021

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1706/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1706/2021 04.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxx” MMC-dən 45680 ABŞ dolları əsas, 4568 ABŞ dolları zərər və ümumilikdə 50248 ABŞ dolları pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçı MMC 21.06.1996-cı il tarixdən kənd təsərrüfatı sahəsində dərman pereparatlarının satışı ilə məşğul olmaqla, sahibkarlıq fəyaliyyəti ilə məşğul olur. İddiaçı MMC 04.06.2020-ci il tarixdə təşkilatı hüquqi formasını dəyişərək İddiaçı Qapalı Səhimdar Cəmiyyəti olmuşdur. İddiaçı QSC kənd təsərrüfatı sahəsində istifadə olunan dərman pereparatlarını xarici dövlətlərdən alaraq Azərbaycan Respublikasına gətirir və satışını həyata keçirir. İddiaçı QSC kənd təsərrüfatı üçün lazım olan dərman pereparatlarının alışı ilə əlaqədar, Rusiya Federasiyasında yerləşən “xxxx” MMC ilə aralarında 21.06.2018-ci il tarixli, 1/19-51 EA saylı müqavilə bağlanmışdır. Yuxarıda sadalanan müqavilə üzrə tərəflərindən cavabdeh “xxxx” MMC-nin “Sankt Peterburg” bankında olan 40702 840 0 7500 ******* saylı hesabına 21.06.2019-cu il tarixdə 81215 ABŞ dolları ödənilmişdir. Müqaviləyə əsasən iddiaçı tərəfindən müyyən olunmuş pul məbləği tamamı ilə ödənilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etməmiş və müəyyən olunmuş selitranı göndərməmişdir. Bir müddət aralarında olan mübahisələr nəticəsində cavabdeh “xxxx” MMC tərəfindən ödənilmiş 81215 ABŞ dollarından 35520 ABŞ dollarını onların hesabına qaytarmış və qalan 45680 ABŞ dolları pulu isə 30.11.2019cu il tarixədək ödəməli idi. Lakin, cavabdeh “xxxx” MMC bu günə qədər iddiaçıya olan 45680 ABŞ dolları pulu geri qaytarmamışdır. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Daha sonra iddaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək hazırkı iş üzrə cavabdeh “xxxx” MMC-dən 45680 ABŞ dollarının tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Mülki iş materiallarında olan: - 21.06.2019-cu il tarixli, 1/19-51 EA saylı müqavilə ilə “xxxx” MMC ilə İddiaçı MMC arasında gübrənin alqı-satqısına dair sövdələşmə olmuş və müqavilənin ümumi məbləği 81215 ABŞ dolları müəyyən edilmişdir. - 1 saylı spesifikasiyadan göründüyü kimi 1/19-51EA saylı, 21.06.2019-cu il tarixli müqavilə üzrə 81215 ABŞ dolları ödəniş edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşdə olan müqavilənin 1.1-ci bəndinə əsasən satıcı kimi malları satmağı və alıcı isə almağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilnin 5.1-ci bəndinə əsasən mallar cavabdehə təhvil verildiyi gündən 30 gün ərzində ödəniş həyata keçirilməlidir. İşin araşdırılan hallarında da göründüyü kimi iddiaçı tərəfindən cavabdehə qarşı müqavilə üzrə götürdüyü öhdəliyini yerinə yetimriş, lakin cavabdeh satıcı tərəfindən öhdəliklərin yerinə yetirilməmiş, əldə edilmiş ödənişlər işə bugünki günə kimi tam geri qaytarılmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın tam təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 45680 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar